Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
19-10-2017, 16:46 Oxunub: 236

Abşeronda 18 yeni komplekt transformator məntəqəsi quraşdırılıb

Abşeronda 18 yeni komplekt transformator məntəqəsi quraşdırılıb

Rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması, mövcud olan problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi olmuşdur. Bu sahələrdə olan vəziyyət müntəzəm olaraq təhlil edilmiş, ilk növbədə maddi-texniki təchizatın yaxşılaşdırılması, əhalinin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təmin edilməsi üçün işin daha şəffaf şəkildə qurulması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Beləki, cari ilin doqquz ayında əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 18 ədəd yeni transformator quraşdırılmış, 3 ədəd yanmış transformator bərpa edilmiş, 400 ədəd dayaq və 50 min metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 36.5 min metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri və Masazır kəndində isə 35 kv-luq yarımstansiyaların tikintisi, şəhər ərazisində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatmış, Xırdalan şəhərində əlavə olaraq 1 yeni 35 kv-luq yarımstansiyanın tikintisində son tamamlama işləri görülür. Qobu qəsəbəsində inşa olunmuş 110 kv-luq yarımstansiyaya Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün Qobu-Güzdək yolunun üzərində yeni transformator məntəqəsinin tikintisi işləri həyata keçirilir.

Bağlar elektrik şəbəkəsi tərəfindən Mehdiabad-Novxanı yolu üzərindəki 6-kv-luq hava veriliş xətləri kabel xətləri ilə əvəz olunmuş və 7 ədəd 3 girişli yeni Kompleks Transformator Məntəqəsi quraşdırılmışdır. Digah qəsəbəsində elektrik enerjisi verilişinin Binəqədineftdən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılmışdır. Eyni zamanda hazırda Hökməli, Aşağı Güzdək və Saray qəsəbələrində daxili xətt şəbəkəsinin yenidən qurulması işləri həyata keçirilir. Görədil, Fatmayı, Mehdiabadda 6 minlik və 0.4 şəbəkənin yenidən qurulması işləri ilə bağlı sənədləşmə işləri aparılır.

Şamo Əliyev
XƏBƏR LENTİ
15:44 | 17 saylı bağçada Milli Dirçəliş Günü qeyd olunub 14:32 | 27 saylı bağça 1 illik yubileyini qeyd edib 12:30 | 23 saylı bağçada "Qızıl Payız" adlı tədbir keçirilib 21:57 | “Ölkəmizi tanıyaq” layihəsinin Abşerondan olan iştirakçıları Gəncə şəhərinin qonağı olublar 21:31 | Abşeronda Davamlı Tibbi Təhsil mövzusunda mühazirə keçirilib 20:41 | 24 nömrəli körpələr evi-uşaq bağçasında məhsul bayramı keçirildi 19:51 | APA TV -Prezident İlham Əliyev Abşeron rayonuna səfər edib (Video) 19:49 | İlham Əliyev Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib-Video 19:47 | Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəbin açılışı olub-Video 19:45 | İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında-Video 19:43 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub-Video 19:19 | Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 19:07 | İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 16:59 | 15 nömrəli körpələr evi- uşaq bağçasında 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib 14:37 | Masazır qəsəbə 5 nömrəli tam orta məktəbin açılışı-FOTOLAR 14:30 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub-FOTOLAR 14:28 | İlham Əliyev Abşeron rayonunda “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub 14:22 | Abşeron Olimpiya İdman Kompleksinin açılışı-FOTOLAR 12:30 | İlham Əliyev Xırdalan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib 12:25 | İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib 12:20 | İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib 10:57 | Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar