Abşeron qəzetinin yeni sayı
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
11-11-2017, 16:29 Oxunub: 682

Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib

Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib


Abşeron Rayon Mərkəzi Xəstəxanasının tədbirlər planına uyğun olaraq əhali arasında keçirilən növbəti marifləndirici tədbir Masazır həkim məntəqəsində baş tutub.

Kənd sakinlərinin və gənc anaların iştirak etdiyi toplantının 1-ci hissəsində çıxış edən Masazır həkim məntəqəsinin Baş həkimi Zibaxanım Nuriyeva düzgün qidalanmanın əsas prinsiplərindən danışıb, sağlam həyat tərzinin formalaşdırılması üçün gündəlik qida rasionunda zülallar, karbohidratlar və yağlardan necə istifadə olunması, meyvə və tərəvəzlərin faydaları barədə dəyərli məsləhətlər verib. Z.Nuriyeva bildirib ki, rasional və vaxtlı-vaxtında qidalanma uşaqların səhhətini və həmahəng inkişafını təmin edən ən vacib və təsirli, ilkin şərtlərdən biridir. Qidalanma beyinin, uşaq idrakının, mərkəzi sinir sisteminin funksional vəziyyətinə xeyli təsir göstərir. Düzgün qidalanma müxtəlif xəstəliklərə qarşı orqanizmin davamlılığını artırır.

Tədbirin 2-ci hissəsində Masazır həkim məntəqəsinin ailə həkimi Həmayə Quliyeva yığınçaq iştirakçılarına kəskin respirator xəstəliklər haqqında geniş məlumat verib.
H. Quliyeva qeyd edib ki, bu xəstəlikdən qorunmaq üçün insanların sıx olduğu ərazilərdən uzaq durmaq, xəstə insanlarla ünsiyyətdən qaçmaq, ictimai nəqliyyatdan istifadə etdikdə ağzı qapalı saxlamaq vacibdir. Ailə həkiminin sözlərinə görə, uşaqların immun sistemini təbii vasitələrlə qaldırmaq lazımdır: “İmmunomodulyatorlardan çox uşağı meyvə, tərəvəzlə qidalandırmaq, bu yolla onun orqanizmini xəstəliklərə davamlı, müqavimətli etmək lazımdır. Eyni zamanda uşaqları soyuq havadan qorumaq, xüsusilə boğazında iltihaba meylli badamcığı olan uşaqların virus yayılan yerlərdə, xəstə uşaqlarla təmasını minimuma endirmək vacibdir”.

Şamo Əliyev

Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib
Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib
Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib
Masazır həkim məntəqəsində əhali ilə marifləndirici tədbir keçirilib
XƏBƏR LENTİ
Dünən, 13:40 | İradə Gülməmmədova vətəndaşları fərdi şəkildə qəbul etdi22-06-2019, 14:04 | Abşeronlu gənclər “N” saylı hərbi hissədə “ Açıq qapı” günündə iştirak ediblər22-06-2019, 13:12 | Bakı Mühəndislik Universitetində “Məzun Günü” keçirilib21-06-2019, 16:37 | İradə Gülməmmədovanın Mehdiabad qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib21-06-2019, 15:21 | Komitə rəsmisi: Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi bir kilometrdən az radiusda müxtəlif dini icmalar yanaşı yaşamır21-06-2019, 15:20 | Komitə sədri: Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır21-06-2019, 15:18 | Azərbaycan və Koreya arasında səhiyyə sahəsində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək21-06-2019, 12:03 | Böyrək xəstəlikləri zamanı qarpız yemək faydalıdır yoxsa ziyanlı?21-06-2019, 12:01 | Ürəyi xəstə olanlara bu qidalar qadağandır – SİYAHI21-06-2019, 11:59 | Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz21-06-2019, 11:53 | Bogaz ağrısı zamanı 3 SINANMIŞ TƏBİİ VASİTƏ21-06-2019, 11:52 | Bu şəhərdə 5G şəbəkəsi ilə təchiz olunan avtobus xətti istifadəyə verilib21-06-2019, 11:50 | "Prezident sosial islahatları dərinləşdirir"21-06-2019, 11:48 | Minskdə 2-ci Avropa Oyunları çərçivəsində Azərbaycan Günü keçirilib20-06-2019, 22:36 | Birinci vitse-prezident Mehriban Əliyeva sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olub20-06-2019, 18:49 | Ə.N.Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:48 | M.Q.Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:47 | M.Q.Quliyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:46 | “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı20-06-2019, 18:44 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:43 | V.S.Eyvazovun Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı20-06-2019, 18:41 | R.İ.Usubovun Azərbaycan Respublikasının Prezidenti yanında Təhlukəsizlik Şurasının katibi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı