Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
13-11-2017, 23:02 Oxunub: 1049

YAP Qadınlar Şurası «Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya» adlı tədbir keçirib

YAP Qadınlar Şurası «Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya» adlı tədbir keçirib

Noyabrın 13-də YAP Yasamal rayonunun qərargahında Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının təşəbbüsü ilə partiyanın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş «Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyəti olan partiya» adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları qərargahın foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, Ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Tədbirdə Dövlət himninin səsləndirilməsindən sonra YAP-ın 25 illik fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva bildirib ki, bu günlər xalqımız partiyamızın yaradılmasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd edir. Onun sözlərinə görə, bunun çox böyük mənası var: “1992-ci il tariximiz üçün, xalqımız üçün sınaq dövrü idi. Çünki Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizə uzanan əllər bir fürsət gözləyirdi. İnsanlar həmin dövrdəki rəhbərliyin qurtuluş yolu tapacağına inanmırdı. Ona görə də ölkədə təbəddülatlar, hərc-mərclik baş alıb gedirdi. Belə bir dövrdə insanların mənəvi gücünü səfərbər etmək üçün Ulu öndər Heydər Əliyev YAP-ı yaratdı və əmin idi ki, bu partiyanın sıralarına məhz ölkənin ən kamil, vətənpərvər, ziyalı insanları gələcək”.
N.Əliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyev qadınların cəmiyyətdəki nüfuzuna, onların mənəvi potensialına, dərin müşahidəsi və həyati biliyinə bələd idi: “Odur ki, bu zərif, həm də çox güclü zümrənin dövlətçilik və müstəqilliyimizin çətin yollarında böyük dayaq olacağına inanırdı. Bu inam ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı”.
N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin hər bir qadın üçün örnək olduğunu deyib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan qadınları tərəfindən birmənalı şəkildə dəstəkləndiyini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova partiyanın 25 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Ölkəmizin hər yerində bu münasibətlə tədbirlərin keçirildiyini deyən B.Muradova partiyanın yubileyini ümumxalq bayramı kimi səciyyələndirib. O, YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. B. Muradova partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdiyini, xalqımızı nicat yoluna çıxardığını vurğulayıb. Bildirib ki, müxalifət partiyası kimi yaranan YAP-ın qısa müddətdə iqtidara gəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə böyük inam və etimadından qaynaqlanırdı.

YAP İdarə Heyətinin üzvü ölkəmizin qazandığı nailiyyətlərdən danışaraq, bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu söyləyib. Bahar Muradova xalqımızı, o cümlədən Azərbaycan qadınlarını Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.

Tədbirdə həmçinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova v Xalq artisti Məleykə Əsədova çıxış edərək partiyanın keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən və qadınların ictimai-siyasi proseslərdən iştirakından bəhs ediblər.

Sonra YAP Qadınlar Şurasının fəaliyyətində fərqlənən bir qrup qadına fəxri fərmanlar təqdim olunub.

Şamo Əliyev

XƏBƏR LENTİ
Dünən, 11:18 | Yeni Apple kompüterlərində Linux olmayacaqDünən, 11:16 | Deputatımız Şimali Kiprdə səfərdədir12-11-2018, 10:49 | Azərbaycanda Konstitusiya Günüdür12-11-2018, 10:46 | Yapon tədqiqatçılar Parkinson xəstəliyinin müalicəsi istiqamətində mühüm uğur qazanıblar12-11-2018, 10:44 | Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur10-11-2018, 19:56 | İradə Gülməmmədova şahmat üzrə üçqat Avropa çempionu ilə görüşdü- FOTO10-11-2018, 11:18 | Süni intellektli ilk bankomat istifadəyə verilib10-11-2018, 11:16 | Çikaqoda Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib10-11-2018, 11:12 | Azərbaycan ilə Türkiyə arasında QHT-lərlə bağlı memorandum imzalanıb9-11-2018, 19:05 | Abşeronun yeniyetmə cüdoçuları zona mərhələsinin qalibi adını qazanıblar9-11-2018, 16:44 | Ceyranbatan 1 nömrəli məktəbdə Bayraq Günü tədbiri-Video9-11-2018, 15:25 | Xırdalanın 23 saylı bağçasında Dövlət Bayrağı Günü qeyd olunub (Foto+Video)9-11-2018, 15:09 | Xırdalan şəhər 3 saylı uşaq bağçasında “Dövlət Bayrağı Günü” qeyd edildi.9-11-2018, 09:27 | 100 yaşlı Dövlət bayrağımız8-11-2018, 19:36 | Abşeronda Dövlət Bayrağı Günü münasibətilə ümumrayon bayramı keçirildi8-11-2018, 10:00 | "Xiaomi" ən ucuz noutbuk təqdim edib8-11-2018, 09:58 | Xiaomi Mi 9 bir ilk olacaq8-11-2018, 09:54 | Dövlət Bayrağının 100 illiyinə həsr olunan sərgi8-11-2018, 09:46 | Bostonda Azərbaycanın Dövlət Bayrağı Günü təntənəsi8-11-2018, 09:11 | Məmmədli bağçasında Dövlət bayrağı günü ilə əlaqədar bayram tədbiri keçirilib7-11-2018, 22:18 | Masazır 3 nömrəli məktəbdə “Bayraq günü” ilə bağlı flaşmob-Video7-11-2018, 21:49 | Ceyranbatan 1 saylı məktəbin Bayraq Günü fləşmobu - Video