Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
30-11-2017, 14:36 Oxunub: 574

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib


Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözlərinə uyğun olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Masazır kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Masazır kənd sakinləri ilə keçən il noyabrın 4-də görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüş zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Hazırda Masazır kəndinin elektik enerji təminatında problemlərin olmadığı vurğulanaraq kənd ərazisində yeni yarımstansiyanın inşa edildiyi qeyd olunub. Çıxışçılar rayonunda, eləcə də Masazır kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, qazın təziqinin artırılmasına, küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib
İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti  səyyar qəbulu keçirilib

XƏBƏR LENTİ
19:30 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 15:00 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi. 00:41 | Bakı Mühəndislik Universiteti yeni bir uğura imza atıb 23:38 | Xırdalanda Eluca Atalının “Tiqranizm Xocalıda” kitabının təqdimatı olub. 23:12 | Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi 22:34 | Abşeronun məktəbəqədər təhsil müəssisələrində Heydər Əliyevin anım günü tədbirləri keçirilib. 20:35 | Abşeronda təhsil işçiləri Heydər Əliyevin anım gününü qeyd ediblər 20:00 | Heydər Əliyevin anım günü ilə əlaqədar Xırdalan şəhər 17 nömrəli körpələr evi-uşaq bağçasında tədbir keçirilib. 12:31 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib 12:17 | Mehdiabad məktəbliləri Heydər Əliyev Mərkəzi ilə tanış olublar 09:40 | Xırdalan bağçasında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. 00:15 | 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib. 21:51 | Məleykə Abbaszadə Sumqayıtda Abşeron sakinlərini qəbul edəcək 21:39 | DTV- Aşağı Güzdək qəsəbəsində səyyar qəbul və bağça açılışı 16:43 | Abşeronda 29 saylı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTO 15:28 | Abşeronda növbəti səyyar qəbul-görüş Aşağı Güzdək qəsəbəsində keçirildi 21:20 | Xırdalanda “Gənclik və Vətən” mövzusunda tədbir keçirilib 21:08 | Xırdalanda Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunub 20:43 | Mehdiabad qəsəbəsində valideynlərlə görüş keçirilib 19:59 | Digah bağçasının körpə fidanları Heydər Əliyev Mərkəzini ziyarət ediblər - Fotolar 19:20 | Abşeronda kecirlən ödənişsiz İKT kursunun sertifikatları təqdim edilib 15:33 | Xırdalan şəhərində Narkomaniya ilə mübarizəyə həsr olunmuş növbəti maarifləndirici tədbir keçirilib