Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
1-12-2017, 18:14 Oxunub: 727

Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş olub

Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş olub

Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş olub.

Müəssisədə yaşayan əlilliyi olan şəxslərin hazırladıqları əl işlərindən ibarət sərgi də təşkil edilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində dövlət uşaq müəssisələrinin məzunu olan 207 nəfər gənc mənzillə təmin edilib ki, onlardan 40 nəfərdən çoxu əlilliyi olan insanlardır. Ölkəmizdə müvafiq təbəqədən olan digər vətəndaşlar kimi, onların da sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası yönündə müvafiq işlər aparılır. Bu fikir 3 Dekabr-Beynəlxalq Əlillər günü ilə əlaqədar “Məzun evi”nin əlilliyi olan sakinləri ilə görüş zamanı vurğulanıb.

Görüş iştirakçıları ilk növbədə “Məzun evi”ndə yaşayan əlilliyi olan şəxslərdən 10 nəfərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar və təqdim olunan əl işləri maraqla qarşılanıb.

Abşeron RİH başçısının birinci müavini Məhəmməd Həsənov qeyd edib ki, ölkəmizdə dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin fəaliyyət göstərməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasət kursunun hər bir vətəndaşın, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum gənclərin rifahına təminat verdiyinin əyani təzahürüdür. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü ilə burada iki yaşayış binası inşa edilərək qeyd olunan gənclərin istifadəsinə verilib və daha bir 120 mənzilli binanın tikintisi də yekunlaşmaq üzrədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müaviniSədaqət Qəhrəmanova bildirib ki, “Məzun evi”ndə mənzillə təmin edilmiş gənclərdən əlilliyi olan insanların müvafiq sosial təminat növləri – pensiya və sosial müavinətlərlə təminatı həyata keçirilir. Həmçinin onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində tez-tez bərpa müalicə kursu keçmələri təmin edilir, nazirliyin əlilliyi olan şəxslərlə bağlı təşkil etdiyi müxtəlif müsabiqə və yarışlarda iştirak etmələrinə şərait yaradılır. Nazirlik tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili ilə bağlı tədbirlərə, habelə peşə hazırlığı kurslarına bu müəssisədəki müvafiq təbəqədən olan şəxslər də cəlb edilirlər. Müsbət haldır ki, “Məzun evi”nin əlilliyi olan sakinləri sırasında idmana maraq göstərənlər, müxtəlif idman növlərində özünü sınayanlar da var. Onlardan Bahar Şıxıyeva isə fəal paralimpiyaçılardan biridir.

“Məzun evi” sosial müəssisəsinin direktoru Rüxsarə Axundova vurğulayıb ki, müəssisədəki digər şəxslər kimi, buradakı əlilliyi olan şəxslərin də məşğulluğunun təminatı üçün məqsədyönlü işlər görülür. Həmin şəxslərdən 6 nəfərinin elə “Məzun evi”nin özündəki ştat vahidlərində, 3 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə burada yaradılan xalça və tikiş sexlərində, digər bir sıra əlilliyi olan şəxslərin isə ayrı-ayrı iş yerlərində məşğulluğu təmin edilib. Dövlət uşaq müəssisələrinin məzunu olan gənclər buraya köçürüldükdən sonra onların bir hissəsi ailə qurub və hazırda həmin ailələrdə 71 nəfər uşaq vardır. Yaxın günlərdə “Məzun evi”ndəki gənclərdən daha bir nəfəri ailə quracaq və onun üçün toy mərasimi də təşkil ediləcək.
Görüş zamanı “Məzun evi”nin əlilliyi olan sakinlərinə müxtəlif hədiyyələr verilib.

“Məzun evi”nin sakinləri bu gün qayğı mühitində yaşadıqlarını və artıq kimsəsizlik sıxıntısı çəkmədiklərini bildiriblər. Onlar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum gənclərə, eləcə də onların sırasında əlilliyi olan şəxslərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Şamo Əliyev

XƏBƏR LENTİ
Bu gün, 18:19 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilibBu gün, 16:49 | İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 16:40 | İradə Gülməmmədova Masazırda yolların vəziyətilə tanış olduBu gün, 15:37 | Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı veribBu gün, 14:43 | Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilibBu gün, 14:39 | Azərbaycan və FAO dörd yeni layihə reallaşdırmağı planlaşdırırBu gün, 12:39 | Azərbaycan AİB ilə əməkdaşlığı genişləndirirBu gün, 12:07 | Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edibBu gün, 11:59 | Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlərBu gün, 10:54 | Türkiyədə Kosmik Agentlik yaradılıbBu gün, 09:48 | Əşyalar interneti üçün peyklər şəbəkəsi yaradılırBu gün, 09:46 | iPhone-lara spamlar yollanırBu gün, 09:45 | Yeni akkumulyator smartfonlara "uzun ömür" verəcəkBu gün, 09:43 | Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcəkBu gün, 08:57 | Misirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilibDünən, 16:04 | Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunubDünən, 14:48 | İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibDünən, 14:44 | İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibDünən, 13:19 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.Dünən, 13:13 | Avstraliya qərar verdi - Milli Kosmik Agentliyini yaradırDünən, 12:45 | Çavuşoğlu Azərbaycana səfər edəcəkDünən, 11:21 | Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir