YAP Abşeron rayon təşkilatı Abşeronda ağacəkmə aksiyası keçirib.
Aksiyada YAP Abşeron rayon təşkilatının Şura üzvləri, Qadınlar Şurasının və Gənclər Birliyinin fəalları iştirak ediblər. Rayon ərazisində park və bağlarda, xiyabanlarda yeni ağaclar və gül kolları əkilir, ərazidə təmizlik işləri aparılır, ağaclara aqrotexniki qulluq göstərilir.
Qeyd edək ki, aksiya zamanı ümumilikdə 200 ədəd ağac əkilib və onlara qulluq göstərilib.