Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
22-12-2017, 16:47 Oxunub: 489

Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib

Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib


“Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğunun ərazisi yaşıllaşdırılır.

Bu gün ulu öndər Heydər Əliyevin ekoloji siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi, Abşeronda da ətraf mühitin mühafizəsinə mühüm önəm verilir. Rayonda davamlı yaşıllaşdırma tədbirlərinin icrası mütəmadi şəkildə təşkil olunur. Növbəti ağacəkmə kampaniyası Məmmədli və Digah kəndlərindən “Yanardağ” Dövlət tarix-mədəniyyət və təbiət qoruğuna gedən yolun sağ və sol hissəsində keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşan bu aksiyada müvafiq təmizləmə (rekultivasiya) işləri aparılıb. Məhəmmədi-Digah avtomobil yolunun ərazisində 200-dən yuxarı kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilmiş, ətraf sahələr məişət tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır.

Əkilən ağacların Abşeron yarımadasının iqliminə uyğun olaraq küləkdən qorunması, mühafizəsi və onlara mütəmadi olaraq qulluq göstərilməsi üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Yol kənarında təmizlik, abadlıq işləri aparılmışdır.

Rayon icra hakimiyyəti rəhbərliyinin dəstəyi ilə rayonun bütün kənd və qəsəbələrində vaxtaşırı ağacəkmə kampaniyası keçirilir, təmizlik və abadlıq işləri aparılır. Son vaxtlar rayonda 10 mindən çox ağac əkilmişdir.

Şamo Əliyev

Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
Abşeronda ağacəkmə aksiyasında kənd təsərrüfatı əhəmiyyətli zeytun ağacları əkilib
XƏBƏR LENTİ
Bu gün, 18:19 | Xırdalan bağçasında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilibBu gün, 16:49 | İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə səyyar qəbulu keçirilibBu gün, 16:40 | İradə Gülməmmədova Masazırda yolların vəziyətilə tanış olduBu gün, 15:37 | Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı veribBu gün, 14:43 | Latviyada “Heydər Əliyev irsi və Azərbaycanın müasir inkişafı” adlı konfrans keçirilibBu gün, 14:39 | Azərbaycan və FAO dörd yeni layihə reallaşdırmağı planlaşdırırBu gün, 12:39 | Azərbaycan AİB ilə əməkdaşlığı genişləndirirBu gün, 12:07 | Prezident İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edibBu gün, 11:59 | Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlərBu gün, 10:54 | Türkiyədə Kosmik Agentlik yaradılıbBu gün, 09:48 | Əşyalar interneti üçün peyklər şəbəkəsi yaradılırBu gün, 09:46 | iPhone-lara spamlar yollanırBu gün, 09:45 | Yeni akkumulyator smartfonlara "uzun ömür" verəcəkBu gün, 09:43 | Rusiyanın XİN rəhbəri bu gün Azərbaycana səfər edəcəkBu gün, 08:57 | Misirdə ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilibDünən, 16:04 | Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunubDünən, 14:48 | İlham Əliyev Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edibDünən, 14:44 | İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibDünən, 13:19 | Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi.Dünən, 13:13 | Avstraliya qərar verdi - Milli Kosmik Agentliyini yaradırDünən, 12:45 | Çavuşoğlu Azərbaycana səfər edəcəkDünən, 11:21 | Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir