Abşeron RİH başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə rayonun avtomobil yollarının mühafizə zolağında keçirilən ağacəkmə aksiyası davam etdirilir. Bu gün Bakı-Sumqayıt avtomobil yollunun sağ və sol hissəsində ekoloji balansın bərpası, ətraf mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədi ilə keçirilən aksiyaya 20 nəfərdən artıq işçi və 4 ədəd maşın mexanizmi cəlb edilib, ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və ağaclar əkilib. Əkilən ağaclar üzvi gübrə verilərək suvarılıb.
Belə ki, Bakı-Sumqayıt avtomobil yollunun sağ və sol hissəsində 400-dən çox zeytun ağac əkilib. Fevralın sonuna kimi əlavə olaraq daha 2 min ədəd ağacın əkilməsi nəzərdə tutulub. Ümumilikdə isə son bir ayda Abşeron rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına rayonun avtomobil yollarının mühafizə zolağında 5 min ədəd zeytun ağacı əkilib. Qeyd edək ki, yaşıllaşdırma tədbirləri rayonun digər avtomobil yollarında da davam etdirilir.
Avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.
Şamo Əliyev