Abşeron qəzetinin yeni sayı
«    Fevral 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728 
7-02-2018, 14:48 Oxunub: 814

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib


Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib

Bu gün Abşeron rayonunun 2017-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər.

İclasda rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, royonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, KİV nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak edib.

Hesabat yığıncağında rayonun həyatında ötən ildə baş verən mühüm hadisələri, mədəni kütləvi tədbirləri əks etdirən filmə tamaşa olunub.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən iclada rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahı yaxşılaşdırılıb, sosial problemlərin həlli məsələləri diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin 3 dəfə Abşeron rayonuna səfər edərək, Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, Masazır kəndində orta məktəb binasının, Corat-Novxanı və Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının açılışlarında iştirakı Abşeron rayon əhalisində böyük ruh yüksəkliyi yaratmış, qurub-yaratmaq əzmini daha da artırmışdır. Cənab Prezident İlham Əliyev 2003-cü ildən ötən dövr ərzində 17 dəfə Abşeron rayonunda olub ki, bu da Ölkə Prezidentinin abşeronlulara olan yüksək diqqət və qayğısının bariz bir nümunəsidir.

Hesabat dövründə Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılması rayonun həyatında çox mühüm bir hadisədir. Azərbaycan Höküməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, dəyəri 108 milyon manat olan layihə çərçivəsində 2 il ərzində 168 km uzunluğunda içməli su xəttinin, 110 km uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı 2017-ci ilin iyul ayından bugünə qədər 47 km su, 18 km uzunluğunda kanalizasiya xətti çəkilib və hazırda bununla bağlı işlər davam etməkdədir.
Bundan əlavə ötən il Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri çəkilib istifadəyə verilmiş, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılmış, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri davam etməkdədir.

Rayonun Məmmədli kəndində yeni yaşayış massivində mövcud olan gölün daşması ilə əlaqədar yaranan ciddi problemin aradan qaldırılması məqsədilə aidiyyəti yuxarı orqanlar qarşısında məsələ qaldırılmış, kənd ərazisində 900 metr uzunluğunda xətt çəkilmişdir. Bununla da ərazidə yaşayan 500-dən çox ailənin yaşayış evinin və Zabrat-Kürdəxanı yolunun subasması ilə bağlı problem tamamilə aradan qaldırılmışdır.
Hökməli qəsəbəsi ərazisindəki Daşgil gölünün ətrafında olan evlərin subasması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə edilən müraciətlərin nəticəsi olaraq, 5.5 km uzunluğunda xətt çəkilmiş və göl üzərində dairəvi tipli nasosxana inşa olunmuşdur. Görülmüş tədbirlər nəticəsində ətrafda olan evlərin subasma təhlükəsi tamamilə aradan qaldırılmışdır. Bundan əlavə Mehdiabad qəsəbəsində yeni yaşayış massivində olan mövcud gölün daşması nəticəsində ətrafda olan evlərin subasması ilə əlaqədar nasos qoyularaq, 500 metr məsafəyə xətt çəkilmiş və göldə suyun səviyyəsi tamamilə aşağı salınaraq, subasma ilə bağlı problemin qarşısı alınmışdır.

Rayon ərazisində ən ciddi problemlərdən biri də respublika əhalisini duzla təmin edən “Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı idi. Bununla da bağlı Ölkə Prezidentinə dərin təşkkürümü bildirirəm ki, gölə axıdılan suların qarşısının alınması ilə bağlı dərhal göstəriş vermiş və qısa bir müddətdə Masazır və Novxanı kəndləri ərazisində 13,2 km uzunluğunda çirkab suların axıdılması üçün xətt çəkilişi işlərinə başlanmışdır. Hazırda işlər sürətlə davam etdirilir.
Bağlar Sukanal idarəsi tərəfindən Saray-Novxanı 300 mm diametrli su boru xəttinin 300 paqometr, Mehdiabad-Fatmayı 273 mm diametrli su boru xəttinin 100 paqometr qəzalı hissəsi təmir edilmiş, Digah qəsəbəsi Qara Qarayev küçəsində təmir tikinti təşkilatları tərəfindən yarımçıq qalmış işlər başa çatdırılaraq ev birləşmələri verilmişdir.
Xırdalan şəhərinin 26-cı məhəlləsində yağış yağan zaman subasmanın qarşısının alınması məqsədilə 350 paqometr uzunluğunda yeni xətt çəkilmiş, 500-dən çox sakinin istifadə etdiyi nasosxana təmir olunaraq, yenidən qurulmuşdur.

2017-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminat sahəsində də çox böyük layihələr həyata keçirilmişdir. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhərində və Masazır kəndinin hər birində 35 kv-luq yeni yarımstansiyalar inşa olunmuş, hazırda Xırdalan şəhərində 110 kilovoltluq və 35 kv-luq daha iki yarımstansiyanın tikintisində son tamamlama işləri həyata keçirilməkdədir. Qobu 110 kilovoltluq yarımstansiyasına Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün yeni transformator məntəqəsi tikilmişdir. Bağlar elektrik şəbəkəsi tərəfindən Mehdiabad-Novxanı yolu üzərindəki 6 kv-luq hava veriliş xətləri kabel xətləri ilə əvəz olunmuş və 7 ədəd 3 girişli yeni Kompleks Transformator Məntəqəsi quraşdırılmışdır. Digah qəsəbəsində elektrik enerjisi verilişinin Binəqədineftdən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılmışdır. Xırdalan şəhərində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatmış, hazırda Hökməli, Aşağı Güzdək, Saray qəsəbələrində, Masazır, Məmmədli, Fatmayı və Görədil kəndlərində daxili elektrik təsərrüfatlarının yenidən qurulması işləri həyata keçirilir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Ceyranbatan, Qobu, Hökməli, Masazır, Novxanı və Pirəkəşkül yaşayış məntəqələrində müxtəlif diametrli 4546 paqometr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, 13 ədəd qaz tənzimləyici şkaf və 8084 ədəd sayğac quraşdırılmışdır.

Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilmişdir. Novxanı kəndindən Sumqayıt şəhərinə gedən 2.5 km uzunluğunda yolda rayonun daxili imkanları hesabına genişləndirmə işləri aparılaraq asfalt örtük verilmişdir. Hazırda Hökməli-Qobu, Güzdək-Buta, Mehdiabad-Fatmayı-Pirşağı yollarının təmirinə və Masazır-Novxanı istiqamətində alternativ yol çəkilişi işlərinə başlanılmışdır.
Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılmışdır.
Bundan əlavə rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilmişdir.

Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülmüş, ümumilikdə yol kənarlarında, parklarda və digər ərazilərdə 50 mindən çox zeytun, xan çinar, şam və digər növ ağaclar əkilmişdir. Mehdiabad qəsəbəsində və Məmmədli kəndində parklar yenidən qurularaq, istifadəyə verilmişdir. Aşağı Güzdək qəsəbəsində şəhidlərin xatirəsinə abidə ucaldılaraq ətrafı abadlaşdırılmışdır. Xırdalan şəhərinin Qalubiyyə küçəsində baxımsız qalmış ərazi abadlaşdırılaraq, park salınmışdır. Eyni zamanda şəhərin çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 215 daş və metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, 28-ci məhəllənin 12 yaşayış binasının ətrafında səkilər yenilənmiş, asfaltlanaraq nümunəvi məhəllələr yaradılmışdır. Ümumilikdə ötən il Xırdalan şəhərinin Heydər Əliyev prospektində və şəhərin məhələlərində 11295 paqometr səki daşı düzülmüş, 6334 kvadratmetr tomet döşənmiş, 76300 kvadratmetr sahəyə asfalt örtük verilmişdir. Həmçinin hesabat dövründə yaşayış binaları arasında mövcud olan 291 ədəd daş və metal konstruksiyalı qaraj sökülmüşdür. Hazırda bu ərazilərin sakinlərin ümumi istifadəsinə verilərək, istirahətləri üçün müvafiq şəraitin yaradılması istiqamətində işlər həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Ceyranbatan qəsəbəsi ərazisində 12 çoxmənzilli yaşayış binasında, Xırdalan şəhərində isə 8 binada təmir işləri aparılmışdır. Hazırda Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ayrılmış vəsait hesabına Xırdalan şəhərində 23 çoxmənzilli yaşayış binasının əsaslı təmiri işləri həyata keçirilir.

Vətəndaşların telefonla təmin edilməsi məqsədilə daxili imkanlar hesabına 68 eskiz layihəsi icra edilmiş, 70 min metr müxtəlif tutumlu kabellərdən istifadə etməklə rayonun yaşayış məntəqələrində 3124 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilmişdir. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 93-ə, internet istifadəçilərinin sayı isə 45-ə çatdırılmışdır. 2017-ci il ərzində Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 7 milyon 632 min manat gəlir əldə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 945 min manat çoxdur.

“Azərpoçt” MMC-nin Abşeron Poçt filialı 2017-ci ildə 915 min manat plan proqnozuna qarşı tarif gəlirini 989 min manat yerinə yetirmişdir. Ötən il Xırdalan şəhərinin AAAF yaşayış kompleksində 2 saylı poçt şöbəsinin yeni agentliyi fəaliyyətə başlamışdır.
Ötən il Ceyranbatan, Saray, Masazır, Novxanı, Mehdiabad, Məmmədli, Qobu, Digah yaşayış məntəqələrində təşkil olunmuş “Asan xidmət”in səyyar fəaliyyətindən rayonumuzun 11 min nəfər sakini istifadə etmişdir.

29 yanvar 2018-ci il tarixdə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Ölkə Prezidenti cənab İlham Əliyev investiya qoyuluşu ilə bağlı Abşeron rayonunda görülən işləri müsbət qiymətləndirmiş və qeyd olunmuşdur ki, cəlb edilmiş investisiyalarınn həcminə görə Abşeron rayonu birinci yerdə durur. 2017-ci ildə sahibkarlar tərəfindən 179 milyon manat dəyərində özəl investisiya qoyulmuşdur. 68 hüquqi və ya fiziki şəxs tərəfindən həyata keçirilən və ümumi dəyəri 250 milyon manat olan investisiya layihələrinin icrası nəticəsində rayonda 4 minə yaxın yeni iş yerinin yaradılması təmin ediləcəkdir.

2017-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara investisiya layihəsi üçün 26 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası nəticəsində 658 yeni iş yeri yaradılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayon ərazisində və Bakı şəhərindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda istixana komplekslərinin inşası, zeytun və badam bağlarının salınması daha geniş vüsət almışdır. 2017-ci ildə 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunmuşdur. Burada artıq pomidor, xiyar və digər tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsinə başlanılmışdır. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına rayonun Aşağı Güzdək qəsəbəsində 50 hektar sahədə zeytun bağı salınaraq, 22 min ədəd ting əkilmişdir. Bundan əlavə Novxanı kəndində 55 hektar sahədə 13800 ədəd zeytun, Mehdiabad qəsəbəsində isə 4 hektar sahədə 2 min ədəd badam tingi əkilərək bağlar salınmışdır. Eyni zamanda ötən il Xəzər rayonunun Abşeron rayonuna təhkim olunmuş 3570 hektar torpaq sahəsində “Grand-Aqro” MMC tərəfindən aqropark yaradılması istiqamətində işlərə başlanmışdır. Bu məqsədlə 8 km uzunluğunda su xətti çəkilmiş, 70 min kub metr tutumu olan su hövuzu tikilmiş və 80 hektar sahəyə damla üsulu ilə suvarma sistemi quraşdırılaraq 58 min ədəd badam tingi əkilmişdir. Bu il aqropark ərazisində 2370 hektar sahədə zeytun, 130 hektar sahədə badam bağı salınması,həmçinin zeytun emalı müəssisəsinin tikilərək, işçilərin sayının 200 nəfərə çatdırılması nəzərdə tutulur.
2017-ci ildə rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 22365 baş, davarın sayı 110218 baş olmuş, quşların sayı isə 1 milyon 54 min başa çatmışdır. Ötən dövr ərzində 2215 ton ət, 49 min ton süd, 2430 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı isə 210 milyon ədədə çatmışdır. Hesabat dövründə 73.7 min ton tərəvəz toplanılmışdır ki, bunun da 71.6 min tonu istixanaların payına düşür.

Ötən il ərzində sənaye məhsulları istehsalı üzrə investisiyaların cəlb edilməsi işində də irəliləyişlərə nail olunmuşdur. Sənayenin yeyinti sahəsinin tərəvəz məhsullarının konservləşdirilməsi, süd, spirtli içki, mineral su, un, şirniyyat məhsulları istehsalı üzrə 8 sahibkar tərəfindən 23 milyon manatlıq , tikinti materialları istehsalı üzrə isə 11 milyon manatlıq investisiya qoyulmuşdur. Hazırda ümumi investisiya dəyəri 79 milyon manat olan Hökməli qəsəbəsində “Şahin Dəri” MMC tərəfindən dəri emalı müəssisəsinin, Məmmədli kəndində “Konform” MMC tərəfindən metal məmulatlar istehsalı müəssisəsinin, Saray qəsəbəsində “Attariki” MMC tərəfindən radiator istehsalı müəssisəsinin, Xırdalan şəhərində “Azdersan” MMC tərəfindən kişi və qadın dəri üst geyimləri müəssisəsinin, Məmmədli kəndində “Çıraq İnşaat” MMC tərəfindən əlvan metal məmulatlar istehsalı müəssisəsinin, Ceyranbatan qəsəbəsində “Fiber Karton” MMC tərəfindən karton qutu istehsalı müəssisəsinin, Mehdiabad qəsəbəsində “Prometal” MMC tərəfindən polimer örtüklü dəmir istehsalı müəssisəsinin inşası işləri həyata keçirilir.
Görülmüş tədbirlərin nəticəsidir ki, ötən il rayonda sənaye məhsulunun həcmi 60 faiz artaraq 195.3 milyon manata çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun 73.8 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 174 manat təşkil etmişdir.

2017-ci ilin ötən dövrü ərzində rayon ərazisində tikinti sektorunda da işlər canlanmış, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi işləri davam etdirilmişdir. Qeyd olunan ərazilərdə 7 Mənzil Tikinti Kooperativi tərəfindən 11683 mənzildən ibarət 126 çoxmənzilli yaşayış binasının tikintisinə başlanılmış və bu məqsədlə 2017-ci ilin ötən dövründə 42.4 milyon manatlıq investisiya qoyulmuşdur. Hazırda bu sahədə işlər davam etdirilir.

Sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, 2017-ci il ərzində rayonda yüzlərlə insanın işlə təmin olunduğu Masazır kəndində “Araz” və Saray qəsəbəsində “Bolmart” supermarketlər şəbəkələrinin filialları, Mehdiabad qəsəbəsində “Brend Şopinq” və “Metro market” ticarət mərkəzləri, Mehdiabad qəsəbəsində və Məmmədli kəndində üç yanacaqdoldurma məntəqəsi, Xırdalan şəhərində 650 yerlik və Masazır kəndində 1250 yerlik iki şadlıq sarayı,Saray qəsəbəsində yük maşınlarının təmiri müəssisəsi, Məmmədli kəndində qida məhsullarının xüsusi nəqliyyatla daşınması mərkəzi və digər iri ticarət, xidmət obyektlərinin tikintisi həyata keçirilmişdir.

Çox sevindirici haldır ki, rayon sahibkarları tərəfindən ixrac yönümlü məhsul istehsalına da diqqət artmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi maarifləndirici tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 330 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında məlumatlar yerləşdirilmişdir.
Hazırda rayon üzrə 215 ailəyə hər ay orta hesabla 153 manat olmaqla ünvanlı dövlət sosial yardımı ödənilir. Ötən il 156 nəfər əlil istirahət və müalicə zonalarına göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 20584 nəfər olmuş və rayon üzrə orta aylıq pensiyanın məbləği 212 manat təşkil etmişdir.
Vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Rayon Məşğulluq Mərkəzinin xətti ilə 997 nəfər işə düzəlmiş, 318 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuş, 72 nəfər mərkəzin qeydiyyatında olan qeyri-məşğul vətəndaş müxtəlif peşələr üzrə kursa göndərilmişdir.

Əvvəlki illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 226 ailəyə 56300 manat yardım göstərilmişdir. Rayonun Məmmədli kəndində Qarabağ əlili üçün 131 kvadratmetr sahəsi olan 4 otaqlı ev tikilib istifadəyə verilmişdir.
Ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonumuzda məskunlaşmış 42 min nəfərdən çox məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi 2017-ci ildə də işğal altında olan rayonların şəhid ailələri ilə görüşlər keçirilmiş və onlara maddi köməkliklər edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilmiş 9 mart 2017-ci il tarixdə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirənin nəticəsi olaraq rayon ərazisində məcburi köçkünlərin mənzillə təminatı sahəsində çox ciddi işlər görülmüşdür. Mehriban xanım Əliyevanın bu il iki dəfə Abşeron rayonu ərazisində inşa olunmuş 6 çoxmənzilli yaşayış binasının açılışında iştirakı məcburi köçkünlərə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Ötən il Bakı şəhərinin Xəzər, Xətai və Binəqədi rayonlarından olan, qəzalı binalarda və ağır şəraitdə yaşayan 1190 nəfər məcburi köçkün Masazır və Mehdiabad ərazisində inşa olunmuş binalarda mənzillərlə təmin edilmişdir.
Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli yaşayış binasının tikintisində də son tamamlama işləri görülür. Yaxın vaxtlarda binanın açılışı, əlavə olaraq daha bir 12 mərtəbəli yaşayış binasının və orta məktəb binasının təməlinin qoyuıması nəzərdə tutulur.

2017-ci ildə rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.

Masazır kəndində 1200 şagird yerlik məktəb binası, dövlət investisiya xərcləri hesabına Masazır kəndində və Aşağı Güzdək qəsəbəsində körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin 1 və 15 saylı uşaq bağçalarının binaları təmir edilərək ətrafı abadlaşdırılmışdır.Mehdiabad qəsəbəsində 1200 şagird yerlik çox müasir tipli məktəb binasında da işlər başa çatdırılmış, yaxın günlərdə açılışı nəzərdə tutulmuşdur.
Tədris fəaliyyətinə yaradılmış şəraitin nəticəsidir ki, bu il məktəbi bitirmiş məzunlardan 1007 nəfəri və ya 66.1 faizi respublikanın və xarici ölkələrin universitetlərinə daxil olaraq tələbə adını qazanmış, 65 nəfəri 600 dən yuxarı, Xırdalan 5 saylı tam orta məktəbin məzunu Jalə Məmmədova isə maksimum nəticə göstərərək 700 bal toplamışdır. Ötən il rayon müəllimlərinin konfransında yüksək nəticə göstərən 65 nəfər tələbəyə Rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmişdir. Hesabat dövündə Ölkə Prezidentinin Sərəncamı ilə rayon müəllimlərindən 1 nəfər “Əməkdar müəllim”,1 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində rayonun ümumtəhsil məktəblərinin 80 nəfər şagirdi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin qərb bölgəsinə səfər etmişlər.

Ötən dövr ərzində əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin fevral ayından may ayınadək 152390 nəfər sakin tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 2006 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 733 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir. Hesabat dövründə İcra Hakimiyyətinin yaxından köməkliyi ilə rayonda fəaliyyət göstərən idarə və təşkilatların könüllü donorluq aksiyası təşkil olunmuş və 215 nəfər qanvermə aksiyasında iştirak etmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profiaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı Kompleks Tədbirlər Planı əsasında qurmuş, görülmüş işlərin nəticəsi olaraq bir çox yoluxucu xəstəliklərin sayı azalmışdır. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun bütün yaşayış məntəqələrində mütəmadi reydlər aparılmışdır.

Hesabat dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, keçirilən bayram tədbirlərində respublikanın tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur. Novruz və Qurban bayramlarında, 26 iyun-Silahlı Qüvvələr və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə Abşeron rayonun ictimaiyyət nümayəndələrinin Pirəkəşkül və Güzdək ərazisində yerləşən hərbi hissələrdə xidmət edən əsgərlərlə görüşü keçirilmiş və onlara bayram sovqatı aparılmışdır. Rayon üçün ən əlamətdar hadisələrdən biri də 2017-ci ildə Qobu xalçaçıları Rəfiqə Bəşirova və Firəngiz Orucovanın Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə təltif olunmasıdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq, bu il rayonumuzda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialı üçün bina tikintisi həyata keçiriləcəkdir. Bu məqsədlə Qobu qəsəbəsində artıq müvafiq torpaq sahəsi də ayrılmışdır. Filialın açılması yeni iş yerlərinin yaradılması ilə yanaşı, Qobu xalçaçılıq məktəbinin daha da inkişafına böyük təkan verəcəkdir.
Bir məsələni də diqqətinizə çatdırmaq istərdim ki, 29 dekabr 2017-ci il tarixdə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun açılışında Ölkə Prezidenti cənab İlham Əliyev Məmmədli kəndində yerləşən və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Yanardağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunda olmuş və buradakı şəraitin bugünki inkişaf səviyyəsinə uyğun olmadığını bildirərək, mövcud olan vəziyyətin qısa müddət ərzində aradan qaldırılması barədə tapşırıqlar vermişdir.

Ötən müddət ərzində rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Bu gün rayonumuzda 6000 nəfərə yaxın yeniyetmə və gənc idmanın 27 növündə məşğul olurlar. 2017-ci il ərzində rayonun gəncləri 8 respublika gənclər tədbirində, 28 beynəlxalq və 57 respublika idman yarışlarında iştirak etmişlər. İdman yarışlarında gənclərimiz 200 medal qazanmışlar. Ötən il idmançılarımız 15 xarici ölkədə keçirilən beynəlxalq yarışlarda iştirak edərək 56 qızıl, 28 gümüş və 37 bürünc medal əldə etmişlər.
Xüsusilə sevindirici haldır ki, Bakı-2017 Dördüncü İslam Həmrəylik oyunlarında rayonumuzun idmançılarından Hacı Əliyev qızıl, Elçin Eminov gümüş, Firdovsi Fərzəliyev isə bürünc medal qazanmışlar.
Azərbaycanımızı dünyada layiqincə təmsil edən üçqat dünya çempionu Hacı Əliyevə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən mənzil hədiyyə edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ötən il Xırdalan şəhəri ərazisində inşası başa çatdırılan Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi idmançılarımızın uğurlarını daha da artacaqdır

Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olmuş, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri qorunub saxlanılmışdır. 2017-cı il ərzində baş vermiş cinayətlərin 83 faizinin açılması təmin edilmiş, 16 kiloqrama yaxın qanunsuz narkotik dövriyyədən çıxarılmış, 4 odlu silah aşkar edilərək götürülmüşdür. Ötən il Rayon İcra Hakimiyyəti, Polis idarəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi birlikdə “Narkomaniya ümumbəşəri bəladır”, “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 42 görüş keçirilmişdir.
2017-ci ilin “İslam Həmrəyliyi ili” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilmişdir.
Gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilmişdir. 2017-ci il ərzində 500 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmış, çağırışdan yayınma hallarına rast gəlinməmişdir. Ötən il hərbi xidmətə çağırışla bağlı əsgərlərin təntənəli və bayram əhval-ruhiyəsi ilə xidmətə yola salınması tədbirləri də təşkil olunmuşdur.
Rayon İcra Hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. Rayon İcra Hakimiyyətində müraciətləri doğuran səbəblər mütəmadi təhlil olunur, qaldırlan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir. Rayon sakinlərinin müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerlərdə həlli hər bir idarə, müəssisə və təşkilat rəhbərinin bir nömrəli vəzifəsi olmalıdır.
Rayon İcra hakimiyyətinin başçısı olaraq keçirdiyim qəbullarda 624 nəfər vətəndaşın müraciəti dinlənilmiş, onların qaldırdığı problemlərin həll olunması üçün lazımi tədbirlər görülmüşdür. Ötən il yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, qəsəbə və kəndlərdə olmaqla rayon sakinlərinin problemləri dinlənilmişdir. Qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.
2017-ci ildə Rayon İcra hakimiyyəti başçısı yanında Şuranın 26 iclası keçirilmiş, həmin iclaslarda rayonun sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatı ilə bağlı 30 məsələ müzakirə olunmuşdur.
Hər il olduğu kimi rayonda keçirilən bütün ictimai-siyasi əhəmiyyətli tədbirlər haqqında məlumatların Regionların Analitik İnformasiya Sisteminə ötürülməsi təmin edilmişdir.

Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri tərəfindən rayonda rəsmi qeydiyyatda olan 17 siyasi partiyanın, 35 qeyri-hökümət təşkilatının rayon şöbələrinin qanun çərçivəsində fəaliyyətlərinə müntəzəm yardım göstərilmişdir.Kadrların seçilib-yerləşdirilməsi və ehtiyat kadr bazası yaradılmasında “Dövlət qulluğu haqqında” Qanunun və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələbləri əsas götürülmüşdür.

Rayon İcra Hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə sənədlərlə işin Ölkə Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Qanun və təlimatlara əsasən aparılması diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə İcra hakimiyyətinin müvafiq şöbələri tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəlik işçiləri ilə təlimati xarakterli seminarlar keçirilmiş, kargüzarlığın aparılması və vətəndaşların qəbulu ilə bağlı qanun və təlimatlar barədə geniş məlumatlar verilmişdir.

Rayon İcra Hakimiyyətinin həftəlik “Abşeron” qəzeti rayonun ictimai-siyasi həyatını dolğun və obyektiv işıqlandırır. Eyni zamanda rayonda aparılan abadlıq, quruculuq işlərini, keçirilən mədəni-kütləvi tədbirləri operativ işıqlandıran “Abşeron xəbər” saytı da fəaliyyət göstərir.

Sonra Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Rayon Maliyyə idarəsinin rəisi Faiq Şirəliyev, Xırdalan şəhər inzibati ərazi dairəsiüzrə nümayəndəsi Rafiq Yusubov, Abşeron Rayon Məşğulluq Mərkəzinin direktoru Elmir Quliyev, Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova və Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov çıxış edərək hesabat ilində ölkədə və Abşeronda görülən işlərdən, əldə etdikləri uğurlardan , gələcək planlar və məqsədlərdən danışıblar.

Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edildi.

Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin hesabat iclası keçirilib
XƏBƏR LENTİ
18:39 | Bazar günü Abşeron yarımadasında gecə 4-6,gündüz 8-11 dərəcə isti gözlənilir 18:29 | Deputatlarlarımız Ərdoğanla görüşəcək 18:09 | Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır 17:48 | Azərbaycanda prezidentliyə namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 15-ə çatdı 17:35 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunub 16:24 | Xırdalanın 5 saylı məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı 16:12 | Məmmədlidə Xocalı soyqırımının 26-cı ildönümü anıldı 15:34 | Xırdalan məktəbliləri Xocalı abidəsini ziyarət ediblər 14:57 | Xırdalan şəhər 4 saylı məktəbdə “Ana dilimizi sevək!” adlı tədbir 14:01 | Mehdiabad bağçasında Xocalı Soyqırımının 26-cı ildönümü anılıb 22:43 | Xırdalanın 2 saylı məktəbində Xocalı soyqırımı yad edildi 22:30 | 1 saylı uşaq bağçasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb 21:52 | Xırdalan şəhər 17 saylı uşaq bağçasında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə tədbir keçirildi 21:39 | Abşeron RTŞ-nin təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı tədbir keçirildi 20:50 | “Ana dilimizi sevək, qoruyaq” adlı tədbir keçirilib 20:35 | Abşeronda yüksəliş salnaməsinin yeni səhifələri yazılır 17:05 | Yüksəkixtisaslı həkim briqadaları regionlarda əhalinin pulsuz müayinəsinə başlayıb 16:53 | İlham Əliyev “Boeing” şirkətinin nümayəndə heyətini qəbul edib 16:47 | Birinci vitse-prezident Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb 10:03 | Abşeronda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcək 09:50 | Abşeron məktəbliləri hərbi vətənpərvərlik ruhunda tərbiyə olunur-Video 20:23 | Abşerondakı lisey və gimnaziyalara qəbul imtahansız olacaq