Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda iqtisadi sahədə böyük uğurlar əldə edilib

Tarix:14-02-2018, 19:41

Abşeronda iqtisadi sahədə böyük uğurlar əldə edilib


Abşeron rayonunda digər sahələrdə olduğu kimi iqtisadi sahədə də böyük nailiyyətlər əldə edilib. Belə ki, ötən il ərzində sənaye məhsulları istehsalı üzrə investisiyaların cəlb edilməsi işində də irəliləyişlərə nail olunub. Sənayenin yeyinti sahəsinin tərəvəz məhsullarının konservləşdirilməsi, süd, spirtli içki, mineral su, un, şirniyyat məhsulları istehsalı üzrə 8 sahibkar tərəfindən 23 milyon manatlıq, tikinti materialları istehsalı üzrə isə 11 milyon manatlıq investisiya qoyulub. Hazırda ümumi investisiya dəyəri 79 milyon manat olan Hökməli qəsəbəsində “Şahin Dəri” MMC tərəfindən dəri emalı müəssisəsinin, Məmmədli kəndində “Konform” MMC tərəfindən metal məmulatlar istehsalı müəssisəsinin, Saray qəsəbəsində “Attariki” MMC tərəfindən radiator istehsalı müəssisəsinin, Xırdalan şəhərində “Azdersan” MMC tərəfindən kişi və qadın dəri üst geyimləri müəssisəsinin, Məmmədli kəndində “Çıraq İnşaat” MMC tərəfindən əlvan metal məmulatlar istehsalı müəssisəsinin, Ceyranbatan qəsəbəsində “Fiber Karton” MMC tərəfindən karton qutu istehsalı müəssisəsinin, Mehdiabad qəsəbəsində “Prometal” MMC tərəfindən polimer örtüklü dəmir istehsalı müəssisəsinin inşası işləri həyata keçirilir.

Sənaye məhsulunun həcmi artıb.

Görülmüş tədbirlərin nəticəsidir ki, ötən il rayonda sənaye məhsulunun həcmi 60 faiz artaraq 195.3 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 73.8 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək haqqı 174 manat təşkil edib.

Tikinti sektoruna 42.4 milyon manatlıq investisiya qoyulub.

2017-ci ilin ötən dövrü ərzində rayon ərazisində tikinti sektorunda da işlər canlanıb, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi işləri davam etdiriləb. Qeyd olunan ərazilərdə 7 Mənzil Tikinti Kooperativi tərəfindən 11683 mənzildən ibarət 126 çoxmənzilli yaşayış binasının tikintisinə başlanılıb və bu məqsədlə 2017-ci ilin ötən dövründə 42.4 milyon manatlıq investisiya qoyulub. Hazırda bu sahədə işlər davam etdirilir.

Sahibkarlara şəraitin yaradılması yeni iş yerlərinin açılmasına səbəb olub.

Sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsidir ki, 2017-ci il ərzində rayonda yüzlərlə insanın işlə təmin olunduğu Masazır kəndində “Araz” və Saray qəsəbəsində “Bolmart” supermarketlər şəbəkələrinin filialları, Mehdiabad qəsəbəsində “Brend Şopinq” və “Metro market” ticarət mərkəzləri, Mehdiabad qəsəbəsində və Məmmədli kəndində üç yanacaqdoldurma məntəqəsi, Xırdalan şəhərində 650 yerlik və Masazır kəndində 1250 yerlik iki şadlıq sarayı, Saray qəsəbəsində yük maşınlarının təmiri müəssisəsi, Məmmədli kəndində qida məhsullarının xüsusi nəqliyyatla daşınması mərkəzi və digər iri ticarət, xidmət obyektlərinin tikintisi həyata keçirilib.

Abşeronda xarici bazarlara çıxarılması üçün 330 adda məhsul istehsal edilir.

Çox sevindirici haldır ki, rayon sahibkarları tərəfindən ixrac yönümlü məhsul istehsalına da diqqət artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirdiyi maarifləndirici tədbirlər nəticəsində rayon ərazisində fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 330 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında məlumatlar yerləşdirilib.

Kənd təsərrüfatı sahəsindəki 1 illik nailiyyətlər.

Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarda istixana komplekslərinin inşası, zeytun və badam bağlarının salınması daha geniş vüsət alıb. 2017-ci ildə 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunub.. Burada artıq pomidor, xiyar və digər tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsinə başlanılıb. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına rayonun Aşağı Güzdək qəsəbəsində 50 hektar sahədə zeytun bağı salınaraq, 22 min ədəd ting əkilib. Bundan əlavə Novxanı kəndində 55 hektar sahədə 13800 ədəd zeytun, Mehdiabad qəsəbəsində isə 4 hektar sahədə 2 min ədəd badam tingi əkilərək bağlar salınıb. Eyni zamanda ötən il Xəzər rayonunun Abşeron rayonuna təhkim olunmuş 3570 hektar torpaq sahəsində “Grand-Aqro” MMC tərəfindən aqropark yaradılması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə 8 km uzunluğunda su xətti çəkilib, 70 min kub metr tutumu olan su hövuzu tikilib və 80 hektar sahəyə damla üsulu ilə suvarma sistemi quraşdırılaraq 58 min ədəd badam tingi əkilib. Bu il aqropark ərazisində 2370 hektar sahədə zeytun, 130 hektar sahədə badam bağı salınması, həmçinin zeytun emalı müəssisəsinin tikilərək, işçilərin sayının 200 nəfərə çatdırılması nəzərdə tutulur.

Abşeronda iqtisadi sahədə böyük uğurlar əldə edilib
Abşeronda iqtisadi sahədə böyük uğurlar əldə edilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir