Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda məskunlaşmış məcburi köçkünlərə xüsusi diqqət və qayğı var

Tarix:18-02-2018, 23:38

Abşeron rayonunda məskunlaşmış məcburi köçkünlərə xüsusi diqqət və qayğı var


Respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonumuzda məskunlaşmış məcburi köçkünlər qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.

Abşeron rayonunda məskunlaşmış məcburi köçkünlərə dövlətimizin rəhbərliyi, eləcə də Abşeron RİH başçısı tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hələ Abşeron RİH-də müavin vəzifəsində çalışdığı ilk gündən məcburi köçkünlərə diqqət və qayğı göstərir, onların qarşılaşdıqları çatışmazlıqları aradan qaldırır. “Siz ən böyük diqqət və qayğıya layiqsiniz” - deyən İcra Başçısı mütəmadi olaraq məcuri köçkünlərlə görüşlər keçirir, daima onların yanında olur. Bunu keçirilən görüşlər zamanı məcburi köçkünlər də öz çıxışlarında dəfələrlə qeyd etmişlər. “Biz indiyə qədər bu qədər diqqət və qayğı ilə təmin olunmamışdıq” - söyləyərək öz minnətdarlıqlarını bildirirlər.

Ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonumuzda məskunlaşmış 42 min nəfərdən çox məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi 2017-ci ildə də işğal altında olan rayonların şəhid ailələri ilə görüşlər keçirilmiş və onlara maddi köməkliklər edilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilmiş 9 mart 2017-ci il tarixdə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirənin nəticəsi olaraq rayon ərazisində məcburi köçkünlərin mənzillə təminatı sahəsində çox ciddi işlər görülmüşdür. Mehriban xanım Əliyevanın bu il iki dəfə Abşeron rayonu ərazisində inşa olunmuş 6 çoxmənzilli yaşayış binasının açılışında iştirakı məcburi köçkünlərə göstərilən diqqət və qayğının əyani təzahürüdür.

Ötən il Bakı şəhərinin Xəzər, Xətai və Binəqədi rayonlarından olan, qəzalı binalarda və ağır şəraitdə yaşayan 1190 nəfər məcburi köçkün Masazır və Mehdiabad ərazisində inşa olunmuş binalarda mənzillərlə təmin edilmişdir.

Şamo Əliyev

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır