Abşeronda vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün səyyar xidmət təşkil olunacaq. Abşeron rayon Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması ilə əlaqədar şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi, vətəndaş məmnunluğunu təmin edilməsi məqsədi ilə səyyar xidmət təşkil ediləcək.
Abşeron rayon Polis idarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşları bu sənədlərin verilməsi və dəyişdirilməsi prosesini sürətləndirmək, vətəndaş məmnunluğunu təmin etmək üçün aşağıdaki cədvəldə göstərilmiş tarixlərdə Abşeron rayonun kənd və qəsəbələrində səyyar xidmət təşkil edəcəklər.