Abşeron qəzetinin yeni sayı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
28-02-2018, 19:19 Oxunub: 970

Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur

Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur


Bu ilin ilk qəsəbələrarası avtomobil yolu layihəsi olaraq Lökbatan-Güzdək yolunun yenidən qurulması işlərinə başlanılıb. Yolun uzunluğu 9.1 km təşkil edir.

Lökbatan-Güzdək avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edəcək.

Artıq yolun 4.6 km-lik hissəsində yeni yol yatağı inşa olunub. Yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı ortalama 1 metr hündürlüyə qaldırılıb. Hazırda sözügedən hissədə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılır.

Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənəcək. Asfaltlanma işləri yolun 60 min m2-dən çox sahəsində aparılacaq. Bundan başqa layihəyə uyğun olaraq 3 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü borular quraşdırılacaq və1 ədəd mövcud 5 metr uzunluğunda dörbucaqlı su keçidi əsaslı şəkildə bərpa olunacaq.

Uzun müddət istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti yolun hərəkət hissəsində dağılma və çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəldiyindən əsaslı təmirə ehtiyac var idi. Yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq, ən əsası 3 yaşayış məntəqəsinin 43 minə yaxın əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yolun birləşdirdiyi qəsəbələrarası yük və sərnişin daşıması rahatlaşacaq.

Abşeron rayon İcra Hakimiyyəti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin vərəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işlərindən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Şamo Əliyev

Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
Abşeron rayonu ərazisindəki magistral yol yenidən qurulur
XƏBƏR LENTİ
Dünən, 19:50 | İradə Gülməmmədovanın Məmmədli kənd sakinləri ilə növbəti dəfə səyyar qəbulu keçirilibDünən, 14:01 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edib19-09-2019, 17:47 | Abşeron rayon səhiyyə şöbəsində YAP GB-nın ərazi ilk partiya təşkilatı yaradılıb19-09-2019, 12:04 | Adi soyuqdəymə ilə səhv salınan TƏHLÜKƏLİ XƏSTƏLİKLƏR19-09-2019, 12:03 | Şəkərdən xərçəngə minbir dərdin dərmanı - Cənnət meyvəsinin inanılmaz faydaları19-09-2019, 12:01 | Azərbaycan ilə Belarusun ikitərəfli münasibətlərində təhlükəsizlik fəaliyyəti mühüm əhəmiyyət kəsb edir19-09-2019, 11:04 | Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi19-09-2019, 10:09 | Hacı Əliyev dünya çempionatında “Amerikanların qənimi” ilə qarşılaşacaq18-09-2019, 17:24 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub.18-09-2019, 15:01 | Varikoz zamanı türkəçarə vasitələr – alma sirkəsi, zeytun yağı, sarımsaq…18-09-2019, 14:59 | Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib18-09-2019, 14:56 | Aİ və BMT İnkişaf Proqramı Azərbaycanda gender bərabərliyi sahəsində layihəni davam etdirir18-09-2019, 13:00 | Birinci vitse-prezident Mehriban Əliyeva: Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 12:54 | Təmas xəttində monitorinq insidentsiz başa çatıb18-09-2019, 09:56 | Bunlar da qaraciyəri zədələyir. Çox təəccüblənəcəksiniz!18-09-2019, 09:55 | Azərbaycan və Gürcüstanın ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub17-09-2019, 14:53 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 14:52 | Təmas xəttində növbəti monitorinq keçiriləcək17-09-2019, 14:51 | Prezident İlham Əliyev Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirini qəbul edib17-09-2019, 10:49 | Azərbaycan Ordusunun keçirdiyi təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur17-09-2019, 09:55 | Karbondioksiddən maye yanacaq əldə edildi