Abşeron qəzetinin yeni sayı
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
7-03-2018, 18:28 Oxunub: 1738

Prezident Abşeronlu direktoru “Tərəqqi” medalı ilə təltif etdi

Prezident Abşeronlu direktoru “Tərəqqi” medalı ilə təltif etdi


Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Əliyeva Ruxsarə Məcid qızı “Tərəqqi” medalı ilə təltif edilib.


Martın 6-da Abşeron rayon İcra Hakimiyyətinin başçısı Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə “Tərəqqi”medalını Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru Əliyeva Ruxsarə Məcid qızına təqdim edib.

İcra başçısı Ruxsarə Əliyevanı təbrik edib və bundan sorakı fəaliyyətində ona uğurlar arzulayıb.

R.Əliyeva da öz növbəsində Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə və İcra başçısına göstərdikləri daimi diqqət və dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan xalqına, dövlətinə və dövlətçiliyinə sədaqətlə xidmət edəcəyini qeyd edib.

TƏRCÜMEYİ-HAL


Əliyeva Ruxsarə Məcid qızı 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ziyalı ailəsində anadan olub.

1983-cü ildə Ordubad rayonunda Məmməd Sidqi adına 3 nömrəli məktəbi bitirdikdən sonra, M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun daxil olub və 1988-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Ordubad rayonunda 1 nömrəli orta məktəbdə rus dili və ədəbiyyat müəllimi işləyib.
1996-1997-ci illərdə Nəsimi rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.

1997-ci ildən Təhsil Nazirliyində əmək fəaliyyətini davam etdirən R.Əliyeva 2013-cü ilə kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyib.

2013-cü ildən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru vəzifəsində işləyir.

İşlədiyi müddətdə dəfələrlə Abşeron rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla , Xarici ölkələrdə keçirilən Beynəlxalq və Respublikamızda keçirilən bir çox kursların iştirakçısı olaraq I dərəcəli sertifikatlarla təltif olunub.

Ruxsarə xanım Pedaqogika üzrə fəlsəfə doktorudur, müxtəlif qəzet, jurnal və toplularda dərc olunmuş 500-dən çox elmi məqalənin müəllifidir.

Ailəlidir, 3 övladı var.

1999-cu ildə Yeni Azərbaycan Partiyasının üzvüdür.

Şamo Əliyev

Prezident Abşeronlu direktoru “Tərəqqi” medalı ilə təltif etdi
Prezident Abşeronlu direktoru “Tərəqqi” medalı ilə təltif etdi
XƏBƏR LENTİ
Dünən, 17:11 | Xırdalanın 17 saylı bağçasında Payız bayramı qeyd olundu-VideoDünən, 15:28 | Bağçada “Təhlükəsiz həyat” mövzusunda məşğələDünən, 14:43 | İradə Gülməmmədova vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi17-11-2018, 19:09 | Xırdalanda yeni alternativ yol çəkilir-FOTOLAR17-11-2018, 19:00 | Xırdalan şəhərinin küçə və dalanlarına yeni asfalt örtük çəkilir-FOTOLAR17-11-2018, 16:10 | Körpə fidanlar Milli Dirçəliş Günü qeyd ediblər16-11-2018, 18:47 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib16-11-2018, 15:48 | Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib16-11-2018, 15:41 | Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib16-11-2018, 15:35 | Prezident İlham Əliyev: "Gənclər siyasəti sosial siyasət kursumuzun və insan kapitalının inkişafı prosesinin əsas istiqamətlərindən biridir"16-11-2018, 11:23 | İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib16-11-2018, 11:15 | Abşeron idmançısı ABŞ-da dünya çempionu oldu (Video+Foto)16-11-2018, 10:38 | Nazirin rəhbərliyi ilə nümayəndə heyəti VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda16-11-2018, 10:36 | KXDR ən müasir yüksəktexnologiyalı silahı sınaqdan keçirib15-11-2018, 21:22 | Abşeron idmançıları dünya çempionatından qızıl medalla qayıtdılar15-11-2018, 18:12 | Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Açıq məşğələ" keçirildi15-11-2018, 18:03 | Xırdalanda “Fərqli dil, fərqli bir ruh” adlı seminar keçirilib.15-11-2018, 17:57 | Xırdalan bağçasında “Fövqəladə hallar zamanı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirildi15-11-2018, 15:35 | Prezident İlham Əliyev Bakıya yeni icra başçısı təyin etdi15-11-2018, 15:30 | Prezident İlham Əliyev: Ölkəmizdə aparılan idman siyasəti Azərbaycanın ictimai həyatında böyük rol oynayır15-11-2018, 15:20 | Səfir: Azərbaycan "Bir kəmər - Bir yol" layihəsi çərçivəsində Şərqi Avropa üçün ən cəlbedici ölkədir15-11-2018, 15:12 | Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub