Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda növbəti səyyar qəbul-görüş Hökməli qəsəbəsində keçirildi

Tarix:9-03-2018, 19:59

Abşeronda növbəti səyyar qəbul-görüş Hökməli qəsəbəsində keçirildi

Abşeronda ənənəvi hal alan, rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

Növbəti səyyar qəbul martın 9-da Hökməli qəsəbəsində kecirildi.

Qəbuldan önçə Abşeron rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova qəsəbədəki “Hacı Məhəmməd Həsən bəy cümə” və Ellik məscidlərində yaradılan şəraitlə tanış oldu.

Görüşdə rayon rəhbəri İradə Gülməmmədova , İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 170 nəfər qəsəbə sakini iştirak edirdilər.

Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qəsəbə sakinlərini salamlayaraq, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri həmçinin qeyd etdi ki, son illər ərzinə qəsəbədə bağça, səhiyyə oçağının tikilib istifadəyə verilməsi Qobululara daim diqqət və qayğının ayrıldığının təzahürüdür. Bütün bunlar qəsəbədə təlim–tərbiyənin, təhsilin, mədəni istirahətin normal həyata keçrilməsinə əlverişli şərait yaradır.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildirdilər. Bununla yanaşı əhalinin təbii qazla fasiləsiz təmin olunmasına və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş etdilər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım İradə Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.

Görüşün yekununda xanım İradə Gülməmmədova bildirdi ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva

Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır

"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim

Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur

Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi

Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib

Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib

Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər

Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir

Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib