Abşeronda AXC-nin 100 illiyinə həsr olunmuş möhtəşəm flashmob keçirilib
Tarix:10-04-2018, 14:15
Abşeron rayonunun Qobu qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı möhtəşəm flashmob keçirilib.
Fləşmob Abşeron rayonun Qobu qəsəbəsində düzənlənib. Qəzənfər Xaliqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş fləşmob hazırlayıblar. Şagirdlərin hazırladıqları fləşmob görənlərin marağına səbəb olub.Görüntülər dron çəkiliş vaistəsi ilə lentə alınıb.
Məktəbin həyətində toplaşan şagirdlər canlı Azərbaycan xəritəsini və xəritənin icərisində “ Azərbaycan 100 ” sözünü yazaraq vətənə, millətə, dövlətə sevgilərini nümayiş etdiriblər.
Absheronxeber.Az fləşmobdan video və şəkillər təqdim edir.