Abşeron qəzetinin yeni sayı
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-04-2018, 19:12 Oxunub: 951

Azərbaycanda ilk dəfə olaraq "Qarabağ qaziləri"ndən ibarət futbol komandası yaradıldı

Azərbaycanda  ilk dəfə olaraq "Qarabağ qaziləri"ndən ibarət futbol komandası yaradıldı

Tanrı öz bəndələrini eyni yaratmır, səs, görkəm, fikir və düşüncələrinə görə bir-birindən seçilən insanlar talelərinə görə də fərqlənirlər. Kimisi həyatın bütün gözəlliklərindən zövq alaraq sağlam bir həyat sürür, kimisi də əksinə, hansısa bir səbəb üzündən sağlamlığını itirir. Nə yazıqlar ki, bəzən onların bir qisminin taleyi daha acı olur. Təəssüf ki, əlil dediyimiz bu insanlara cəmiyyətin özündə də münasibət fərqlidir: kimisi kinayə edir, kimisi isə şəfqət və mərhəmət göstərir, dərdinə şərik olub könlünü ovudur, bir anlığa hər şeyi unutdurmağa çalışır. Əslində bizim gözümüzdə fərqli görünür onlar. Lakin yaratdığı bütün bəndələr Tanrı qarşısında eynidir. Artıq dünyada belə bir fikir formalaşıb: o dövlət güclüdür ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarına hörmətlə yanaşır, onlara daha çox diqqət və qayğı göstərir.

Bu mənada müstəqil, gənc Azərbaycan dövləti dünyanın bir çox inkişaf etmiş dövlətləri ilə müqayisə edilə bilər. Dövlətimizin ildən-ilə artan sosialyönümlü büdcəsi də bunu söyləməyə haqq verir.

Hər bir ölkənin və onun əhalisinin təhlükəsiz, əmin-amanlıq şəraitində, rifah halında yaşaması güclü dövlətin ən mühüm şərtidir. Dövlətin və cəmiyyətin idarə olunmasında müəyyən mexanizmlər mövcud olsa da, bütün maddi və mənəvi problemlərin həllində dövlət məhz cəmiyyətin dəstəyinə arxalanır. Bu gün Azərbaycanda formalaşdırılan vətəndaş cəmiyyəti mənsub olduğu ölkənin bugününə və sabahına görə məsuliyyət daşıdığını aydın görür və öz fəaliyyətini bu istiqamətdə qurur.

Bu gün Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə "Qarabağ qazilərinin futbol komandası yaradıldı. Respublikada ilk olaraq yaradılan bu komandada yalnız Qarabağ qaziləri, ehtiyyatda olan veteran hərbiçilərdən ibarətdir.

Abşeron rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron Olimpiya İdman Komleksinin direktoru Əjdər Abbasov, Abşeron rayonunda İctimai birliklərin, cəmiyyətlərin rəhbərləri ilə görüşən bu lahiyənin rəhbəri, komandanın üzvləri komplekslə tanış oldular.

Sonra İdman zalında yarışmanın başlanması barədə məlumat verən R. Quliyev qeyd etdi ki,Ümummilli Liderimiz, Dahi rəhbər Heydər Əliyevin 10 may tarixində 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təşkilatçılığı ilə Parolimpiada keçiriləcək.

Hər bir insan öz taleyini yaşayır və bu tale nə qədər acı olsa belə, onunla barışıb həyatına davam edir. Əlillik də insan taleyinə yazılmış ağır bir dərddir. Dərd isə o zaman yüngülləşir ki, onu səninlə bölüşən olsun, cəmiyyətin diqqəti bu dərdli insanlara yönəlsin. Bu gün Azərbaycan dövləti əlilliyin acılarını yaşayan vətəndaşlarını taleyin ümidinə buraxmır, onların cəmiyyətə inteqrasiyası istiqamətində mühüm tədbirlər görür. Elə ayrı-ayrı qurumlar, müvafiq təşkilatlar da bu ali məqsədə xidmət edir: fiziki cəhətdən qüsurlu insanların cəmiyyətdə bərabərhüquqlu üzv kimi qəbul edilməsinə yardımçı olmaq.

Qarabağ qazisi vurğuladı ki, "komandanın adında olduğu kimi bu idmançılarımız Qarabağ müharibəsində əl, ayaqlarını itirmiş veteran döyüşçülərimizdən yaradılıb. Məqsədimiz bu mərd vətən övladlarını cəmiyyətdə tutduqları yüksək yeri birazda idman sahəsində tanıtmaq, futbolumuzun inkişafı yolunda öz töhfəmizi verməkdir.
Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyi bu gün ölkəmizdə xeyriyəçilik, idmana, təhsilə, mədəniyyətə öz köməkliyini göstərməklə yanaşı əlil, kimsəsiz, şəhid ailələrinə də yardım göstərir. Bu yolda hamılıqla birləşərək öz imkanlarımız daxilində səfərbər olmalıyıq. Yeni seçilmiş Ali baş komandanımız cənab İlham Əliyevin ətrafında olmalı, Prezidentimizə daima dəstək olmalıyıq.Çıxışının sonunda R. Quliyev idmançılarımıza uğurlar arzuladı.

Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin sədr müavini Elmar Hüseynov yarışmanın şərtlərini, tunirin məqsədi haqqında məlumat verdi. Komanda 12 nəfərdən təşkil olunub.Komandanın hər bir üzvü tibbi sığortalanıb, komandanın həkimi və məşqçi heyyəti hər gün idmançıların yanında fəaliyyət göstərəcək.

Toplantıda "Qarabağ qaziləri mini futbol komandasının kapitanı Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin Abşeron şöbəsinin sədri Rasim Ələkbərov seçildi.

Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin sədr müavini Elmar Hüseynov

XƏBƏR LENTİ
19:34 | Abşeronda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub 12:48 | Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edəcək 12:37 | Abşeron şahmatçısı beynəlxalq turnirin qalibi oldu 12:32 | Xırdalan bağçasında AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib 19:10 | Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi. 15:17 | Masazırda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib 14:58 | İkram Manafov Türkiyədə mükafatlandırıldı 17:39 | Abşeronda Aprel şəhidinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib 22:02 | Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib 19:39 | Abşeronda "Yol hərəkəti təhlükəsizliyi" adlı tədbir keçirilib 19:20 | Abşeron şahmatçısı Azərbaycan çempionu oldu 18:25 | Abşeronda beynəlxalq muzeylər günü qeyd edilib 15:17 | İradə Gülməmmədovanın Pirəkəşkül kənd sakinləri ilə səyyar qəbulu keçirilib 13:59 | Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib 17:33 | Xırdalanda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə şahmat turniri keçirilib 16:42 | Abşeronda karbon qazı tullantılarının azaldılması məqsədilə tədbir keçirilib 16:14 | Xırdalan məktəbində AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirildi. 14:30 | Abşeronda Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. 17:51 | Səyyar “ASAN xidmət” Xırdalanda 17:42 | Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur 17:34 | Bağçada “Alma bağı” nağılı səhnələşdirilib 22:54 | "Sərhədsiz teatr" festivalı Xırdalanda