Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Tarix:20-04-2018, 22:58

Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib


Aprelin 20-də Abşeron Rayon Prokurorluğunda Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının və rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanın inkişaf strategiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbirdə çıxış edən Abşeron rayon prokuroru Rahib Seyidov öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, cəmiyyətdə haqq-ədalətin zəfər çalması, insanların hüquq və azadlıqlarının müdafiəsi, hər bir ictimai münasibətin qanunla nizamlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi ulu öndərin rəhbər seçildiyi 1969-cu ildən başlayaraq daim diqqət mərkəzində olmuşdur.

R.Seyidov prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşmasının, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılmasının ulu öndər Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirib, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına daim diqqət və qayğı göstərilməsini, prokurorluq əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsini xüsusi qeyd edib.

Rayon prokuroru rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracağını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini vurğulayıb.

Konfransda Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədr müavini İlham Manafov “Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir” mövzusunda çıxış edib, ulu öndərin həyat yolu, siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib

Konfransda prokurorluğun gənc əməkdaşları adından rayon prokurorunun köməkçisi Əsgər Həsənovun ümummilli liderin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə dinamik inkişafı, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımların atılması, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş möhtəşəm işlər barədə geniş məruzəsi dinlənilib.

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü işlər barədə YAP rayon təşkilatının aparat rəhbəri Abbas Əliyev və digər natiqlər çıxış ediblər.

Şamo Əliyev

Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib
Abşeron Rayon Prokurorluğunda Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş konfrans keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib