Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova uğur qazanmış məktəblilərlə görüşüb-FOTOLAR

Tarix:24-04-2018, 21:22

İradə Gülməmmədova uğur qazanmış məktəblilərlə görüşüb-FOTOLAR

Aprelin 24-də Abşeron rayon İcra Hakimiyyətində "Ölkəmizi tanıyaq" tur-aksiyada iştirak edən rayon məktəbliləri, ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən beynəlxalq şahmat turnirində bürünc medala layiq görülmüş Ümid Aslanov və “Bir gəncin düşünçələri” adlı kitabın müəllifi Emin Rzazadə ilə görüş keçirilib.

Məktəbliləri salamlayan icra başçısı bildirib ki, cənab Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Dövlət başçısının tapşırığına uyğun olaraq məktəblilərin tətil günlərində “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur. Ölkə başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb.

Rayon rəhbəri qeyd edib ki, məktəblilərin biliklərinin artırılmasında, şagirdlərin dünyagörüşlərinin formalaşmasında və zənginləşməsində tur-aksiyanın mühüm əhəmiyyəti var. Bildirib ki, artıq son turlarda rayonumuzun məktəbliləri bilik yarışlarında uğurlu göstəricilər əldə ediblər. Bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmamış, 42 rayon arasında keçirilmiş bilik yarışında 1-ci və 2-ci yeri tutmuşdur.

Məktəbliləri “Nə? Harada? Nə zaman?” milli intellektual oyununda qazanılmış qələbələr münasibətilə təbrik edən icra başçısı bildirib ki, Abşeron məktəblilərin oyuna olan maraqlarının və hazırlıqlarının yüksək səviyyədə olması, intellektual oyunların tarixində ilk dəfə bir rayonun 2 komandası birincilik əldə edib. Abşeronun “Xəmsə” komandasının birinci yeri, “Qəzəlxan” komandası ikinci yeri tutduğunu vurğulan İ.Gülməmmədova qeyd edib ki, Abşeronlu şagirdlərin kubok, medallar və sertifikatlarla rayonumuza qayıdışı çox sevindirici haldır .

Sonra tur-aksiya iştirakçısı olmuş Şükürlü Şükür ,Aqşin Rzayev, Xanməd Müslümov, Əliosman Atakişiyev, Ziya Nəcəfli və başqaları öz səfər təəssüratlarını bölüşərək gəzdikləri rayonlarda gördüklərindən danışıblar. Tur-aksiyanı təşkil etdiyinə görə Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya bütün iştirakçılar adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Ümid Aslanovu təbrik edən icra başçısı bildirib ki, Ümid Gürcüstan, Yunanıstan və Bolqarıstanda keçirilən beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pillələrinə qalxmağı bacarıb

Abşronlu məktəbli Ümid Aslanov görüşdə vurğulayıb ki, ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirilən 15 ölkədən 100-dək şahmatçının qatıldığı beynəlxalq şahmat turnirində yarışın qalibləri sırasında yer alıb. O, Vətənə bürünc medalla qayıdıb.

Toplantıda Ümidin atası Fuad Aslanov qeyd edib ki, yeddi oyuna çıxan 12 yaşlı Ümid bu qarşılaşmaların 5-də qələbə qazanıb. Bir oyunu heç-heçə başa vurub, birində isə məğlub olub. Ümid 5 yaşından etibarən Azərbaycanda və beynəlxalq yarışlarda keçirilən turnirlərdə ,çempionatlarda dəfələrlə birinci yer tutub.

Yığıncaqda İ.Gülməmmədova Emin Rzazadənin “Bir gəncin düşünçələri” adlı ilk kitabında müəllifin öz yaşına uyğun müdrikliyindən, yazıların səmimiliyindən, fərqli şəxsiyyətindən bəhs edərək, Eminə gələcəkdə dərslərində və yaradıcılığında uğurlar arzu edib.

Bildirilib ki, “Bir gəncin düşünçələri” kitabına ölkəmizin dünəni və bu günü, tariximizin unudulmaz hadisələri və şəxsiyyətləri haqqında müəllifin düşünçələrindən ibarət məqalələri toplanıb. Məqalələrin mövzusu müxtəlif olsa da, hər birində yazıçının özünəməxsus yazı ahəngi seçilir.

Çıxış edən məktəblillərdə rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərinə, tur-aksiyanın yüksək səviyyədə təşkil edilməsinə, məktəblilər üçün yaradılmış şəraitə görə rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məktəblilər, valideynlər, müəllimlər adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırıblar.

Tədbirin sonunda bir qrup məktəbliyə Abşeron RİH başçısı tərəfindən təhsil və idman sahəsində göstərdikləri səmərəli fəaliyyətlərinə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib