Abşeron rayonu 04 yanvar 1963-cü ildə təşkil edilmişdir. Abşeron yarımadasında yerləşən rayon Abşeron iqtisadi zonasına daхildir.
Rayonun ərazisi 1966,1 kvadrat kilometrdir.
01 oktyabr 2013-ci il tariхə rayon statistika idarəsinin rəsmi məlumatına əsasən rayon əhalisinin sayı 202,8 min nəfər, rayon icra hakimiyyətinin apardığı rəsmi araşdırmaya əsasən isə 300 min nəfərə yaxındır.
Abşeron rayonunun ərazisində Ermənistan respublikasından etnik təmizləmə nəticəsində 3327 nəfər qaçqın, torpaqlarımızın işğalı nəticəsində isə 35029 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.