Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yazın gəlişi ilə bağlı genişmiqyaslı təmizlik və abadlıq işləri davam etdirilir. Şəhərin havasının saf qalmasında, yay mövsümündə, qızmar günəşin, qışda soyuq küləklərin qarşısının alınmasında müstəsna rol oynayır parkda yaşıllıq sahələrinə xüsusi qulluq göstərilir.
Şəhər sakinlərinin və qonaqların sevimli istirahət yeri olan bu ərazi bu gün möcüzəli məkana çevrilib. Burada parkın əməkdaşları səliqə-sahmanını, yaşıllığın qorunması üçün var qüvvələri ilə çalışırlar.
Parkda vaxtaşırı ağacların dibi şumlanır, suvarılması təmin edilir. Yeni rəngbərəng dekorativ güllər əkilir, mövcud yaşıllıqlar davamlı diqqət mərkəzində saxlanılır. Bundan əlavə, parkda sahələrə münbit torpaq və üzvü gübrə verilir.
Məlumat üçün bildirək ki, bu gün parkın ərazisində 3 mindən çox gül və çiçək kolları əkilib.
Şamo Əliyev