Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
14-05-2018, 17:42 Oxunub: 571

Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur

Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir.

Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyul ayında başlanılmış layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan + 118 “Abşeron” və +82 “Masazır” su anbarlarının , həmçinin anbarlardan şəhərə qədər 4,5 km uzunluğunda 1020 və 820 mm diametrli magistral su xəttinin tikintisi nəzərdə tutulur.Hazırda tutumu 10 min kubmetr olan +118 “Abşeron” su anbarının inşası davam etdirilir, +82 “Masazır” su anbarlarının tikintisinə isə hazırlıq görülür.

Xırdalan şəhərində 168 km paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ədəd ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 75 km-lik hissəsində işlər yekunlaşıb və ev birləşmələrinin verilməsinə başlanılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının quraşdırılması da nəzərdə tutulub.

Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək 37 km-lik hissəsi tikilib.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.

Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
Xırdalan şəhərində içməli su və kanalizasiya infrastrukturu yenidən qurulur
XƏBƏR LENTİ
Bu gün, 11:11 | Ceyranbatan bağçasında Savad təlimindən açıq məşğələ keçirildi.Bu gün, 10:37 | Əbilhəsən Dilavərliyə qızıl medal təqdim edildi (Video+Foto)Dünən, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizDünən, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniDünən, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Dünən, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarDünən, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibDünən, 10:08 | Google Docs APİ təqdim olunduDünən, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb15-02-2019, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir15-02-2019, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"15-02-2019, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"15-02-2019, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdi15-02-2019, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb15-02-2019, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"15-02-2019, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb15-02-2019, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir15-02-2019, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib15-02-2019, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib15-02-2019, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək15-02-2019, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub15-02-2019, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib