Abşeron qəzetinin yeni sayı
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
17-05-2018, 13:59 Oxunub: 634

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib


Laçın rayonunun 1992-ci il mayın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti il dönümündə bu rayondan olan və Abşeronda məskunlaşan şəhid ailələri ilə görüş keçirilib.

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sukutla yad edilib.

Toplantıda çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.

Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.

Düşmən tapdağında olan torpaqlarımızın işğal altından azad edilməsi istiqamətində dövlət tərəfindən uğurlu siyasət aparıldığını qeyd edən F. Cəbrayılov bildirib ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox tez bir zamanda biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.

Görüşdə Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə toxunan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Rayon üzrə baş məsləhətçisi Abuş Məmmədov və Laçın Rayon İcra Hakimiyyətinin Abşeron rayonu üzrə ictimai əsaslarla səlahiyyətli nümayəndəsi Varaşil Məmmədov qeyd ediblər ki, Abşeron rayonunda Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Abşeron RİH başçısı tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hələ Abşeron RİH-də müavin vəzifəsində çalışdığı ilk gündən məcburi köçkünlərə diqqət və qayğı göstərir, onların qarşılaşdıqları çatışmazlıqları aradan qaldırır. “Siz ən böyük diqqət və qayğıya layiqsiniz” - deyən İcra Başçısı mütəmadi olaraq məcuri köçkünlərlə görüşlər keçirir, daima onların yanında olur. Bunu keçirilən görüşlər zamanı məcburi köçkünlər də öz çıxışlarında dəfələrlə qeyd etmişlər. “Biz indiyə qədər bu qədər diqqət və qayğı ilə təmin olunmamışdıq” - söyləyərək öz minnətdarlıqlarını bildirirlər.

Daha sonra Laçın rayonundan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Şamo Əliyev

Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib

XƏBƏR LENTİ
14:40 | Abşeronun komandası İntellektual oyun üzrə regional məktəb çempionatının qalib oldu 13:38 | Cümhuriyyətin 100 illiyi Saray bağçasında da qeyd edildi. 12:56 | Xırdalan məktəbi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirdi 15:55 | Xanım icra başçı Qobu qəsəbəsində növbəti səyyar qəbul keçirdi 14:56 | İradə Gülməmmədova xalçaçı sənətkarların iş şəraiti ilə tanış oldu 14:33 | İradə Gülməmmədova İmam Hüseynin Cümə məscidində yaradılan şəraitlə tanış olub 17:12 | Cümhuriyyətin 100 illiyi Xırdalan bağçasında qeyd edildi 16:36 | Prezident İlham Əliyev yenidən qurulan Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib 20:53 | Abşeron bağçalarında azyaşlılar riyazi hesablamaları sevərək öyrənir 20:42 | Cümhuriyyətin 100 illiyi Xırdalan 4 saylı məktəbdə də qeyd edilib 19:51 | AXC-nin 100 illiyi münasibətilə Abşeronda futbol turniri keçirilib 19:26 | Abşeronda bağça uşaqları da yol hərəkəti qaydalarını öyrənir (VideoFoto) 17:18 | Ceyranbatanın 1 saylı məktəbində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib 19:34 | Abşeronda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunub 12:48 | Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edəcək 12:37 | Abşeron şahmatçısı beynəlxalq turnirin qalibi oldu 12:32 | Xırdalan bağçasında AXC-nin 100 illiyinə həsr olunan tədbir keçirilib 19:10 | Körpə fidanlar AXC-nin 100 illiyi ilə bağlı tədbir keçirdi. 15:17 | Masazırda “Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirilib 14:58 | İkram Manafov Türkiyədə mükafatlandırıldı 17:39 | Abşeronda Aprel şəhidinin xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə turnir keçirilib 22:02 | Laçının işğal günü ilə bağlı dəyirmi masa keçirilib