Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xanım icra başçı Qobu qəsəbəsində növbəti səyyar qəbul keçirdi

Tarix:25-05-2018, 18:55

Xanım icra başçı Qobu qəsəbəsində növbəti səyyar qəbul keçirdi

Abşeronda ənənəvi hal alan, rayon icra hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.

Növbəti səyyar qəbul mayın 25-də Qobu qəsəbəsində kecirilib.

Mədəniyyət mərkəzində baş tutan görüşdə rayon rəhbəri İradə Gülməmmədova, icra hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak edib.

Qəsəbə sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı İ.Gülməmmədova qəsəbə sakinlərini salamlayaraq, onlarla keçirilən hər bir görüşdən sonra ərazidə xeyli abadlıq və quruculuq işlərinin görüldüyünü diqqətə çatdırıb.

Rayon rəhbəri həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dünən açılışı olan məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin bütün infrastrukturu yaradılıb. Elektrik, su, qaz xətləri, bütün infrastruktur məsələləri həll olunub, yollar çəkilib, həm qəsəbədaxili, həm də magistral yola çıxış yolu salınıbdır. Doqquzmərtəbəli on bir yaşayış binası tikilib, gözəl şərait yaradılıb.

Xanım başçı çıxışında onuda vurğulayıb ki, 47 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən, yük və sərnişin daşımasının yaxşılaşdırılmasına xidmət edən Lökbatan-Qobu avtomobil yolunun açılışı sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Abşeron rayonunda əhalinin elektrik enerjisi təminatı ilə bağlı “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti xeyli işlər görüldüyünü vurğulayan İ.Gülməmmədova Qobu, Hökməli və Atyalı ərazilərini qidalandıracaq 110/35/10 kilovoltluq yarımstansiya artıq istifadəyə verildiyini bildirib. Qeyd olunub ki, bu stansiya 80 min abonentə xidmət göstərmək gücünə malikdir. Qobu yarımstansiyası qəsəbə sakinlərinin etibarlı, təhlükəsiz və daha səmərəli şəkildə elektrik enerjisi ilə təminatını həyata keçirilməsində mühüm rol oynayacaq.

Son illər ərzinə qəsəbədə müasir mədəniyyət evi, musiqi məkəbi, kitabxana, bağça, səhiyyə oçağının tikilib istifadəyə verildiyini qeyd edən rayon rəhbəri bildirib ki, bütün bunlar Qobu və qobululara daim diqqət və qayğı ayrıldığının təzahürüdür.

Abşeron RİH başçısının Qobu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Daşdıyev, Qobu bələdiyyəsinin sədri Araz Nəcəfov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər. Bununla yanaşı əhalinin təbii qazla fasiləsiz təmin olunmasına və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş ediblər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran İ.Gülməmmədova əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib. .

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib