Xırdalan şəhərində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni skamyalar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Abşeron rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafiq Yusubovun verdiyi məlumata görə , şəhərin 28-ci məhəlləsində əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində özbaşına hasara alınmış ərazilərin çəpərləri sökülərək ərazidə təmizlik işləri aparılırb, mövcud ağaclar budanıb, səliqə-səhman yaradılıb.
Abadlıq quruculuq işləri çərçivəsində sakinlərin istirahəti üçün 3 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı 30-dan çox skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir.İyun ayında isə 28-ci məhəllədə 20-ə yaxın söhbətgahın və 100-dən çox skamyaların qoyulması nəzərdə tutulub.