Abşeron qəzetinin yeni sayı
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
14-06-2018, 16:29 Oxunub: 1760

Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”

Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”


İyunun 14-də Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, valideynlər və şagirdlər iştirak ediblər.

“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra məktəbin direktoru Roza Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binası 2016-cı ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1400-dən artıq şagird təhsil alır ki, onlardan 22 nəfəri bu il məzun olur.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb. Bu gün Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirən Firudin Qurbanov son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib. Nazir müavini Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinin yaradılması məzunlara iş təklif etmək imkanının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb.


İlk öncə tədbir iştirakçılarını rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev bildirib ki, bu gün respublikamızda 2017/2018-ci dərs ilinə yekun vurulur. Mən bu münasibətlə başda Təhsil naziri Ceyhun müəllim olmaqla bütün təhsil kollektivini rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın adından səmimi qəlbdən təbrik edirəm. Sizlərə cansağlığı , işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
İ.Quliyev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda hər bir sahədə olduğu kimi təhsil sahəsində də çox böyük nailiyyətlərə imza atılıb. Bu diqqət və qayğıdan bəhrələnən Abşeron rayonunda da son 12 ildə 50-dən çox ümumtəhsil məktəbi , məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilibdir. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, son illər orda yeni məktəb binası tikilməsin. Bu gün tədbirə toplaşdığımız Masazır 4 saylı tam orta məktəb binası artıq 2 ildir ki, tikilib Masazır sakinlərin istifadəsinə verilibdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bu məktəb binasının açılışında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva iştirak edibdir. Ötən il 70 min nəfər əhalisi olan Masazır kəndində daha bir 1200 şagird yerlik məktəb binası tikilib istifadəyə verildi və Ölkə Prezidenti cənab İlham Əliyev həmin məktəb binasının açılışında iştirak edibdir. Bütün bunlar Prezident İlham Əliyevin, Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın Abşeron rayonuna göstərdiyi diqqət və qayğının bariz bir nümunəsidir.

Rayon rəhbərliyinin rayonda təhsilə və təhsil işçilərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan başçının müavini onuda qeyd edib ki, əgər 2005- ci ildə ali məktəbə qəbul faizi 7-8% təşkil edirdisə, ötən il bu nəticə 65 faizdən yuxarı olmuşdur. 10 dəfədən çox irəliləyişə nail olunubdur. Mən əminəm ki, “Təhsildə keyfiyyət ili”nin elan olunduğu 2017/2018 dərs ilinin yekunlarına görə Abşeron rayonu Ölkəmizdə birincilər sırasında olacaqdır.Bir daha bütün məktəb kollektivinə Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın xoş arzularını, təbriklərini çatdırır və işlərinizdə davamlı uğurlar arzu edirəm.

Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, bu il rayon ümumtəhsil məktəblərindən 2207 şagird məzun olur, onlardan 1184 nəfəri ali təhsil müəssisələrinə birinci qəbul imtahanında iştirak edib və 70-dən çox abituriyent 600-dən çox bal toplayıb.

Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.

Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
XƏBƏR LENTİ
Dünən, 15:32 | Abşeron RİH havanın kəskin pisləşəcəyi ilə əlaqədar uşaq bağçalarına xəbərdarlıq etdiDünən, 15:28 | Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdıDünən, 13:43 | Xırdalanın bu bağçasında uşaqlara 20 Yanvar faciəsi haqqında məlumat verilib15-01-2019, 16:33 | DTX-nin Mədəniyyət Mərkəzi bu dəfə abşeronlu uşaqları sevindirib15-01-2019, 10:17 | Xırdalanda yeni park salınır – FOTO12-01-2019, 17:01 | Abşeron RİH-in təşəbbüsü ilə Saray internat evində Yeni il şənliyi təşkil edilib12-01-2019, 16:35 | “Fənn kurikulumlarının tətbiqi: reallıqlar və hədəflər” mövzusunda zona müşavirəsi12-01-2019, 16:03 | Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş taekvando üzrə birincilik keçirilib11-01-2019, 16:49 | Xırdalan şəhərində növbəti ağacəkmə aksiyası keçirildi4-01-2019, 16:20 | İradə Gülməmmədova Digah qəsəbəsində sakinlərlə görüşdü4-01-2019, 12:14 | Azərbaycan səfirinin Fransanın “Winner” jurnalında müsahibəsi dərc olunub4-01-2019, 12:12 | Deputat: 2018-ci ildə Azərbaycan böyük iqtisadi uğurlara imza atdı4-01-2019, 10:21 | Türkiyə və ABŞ gəmiləri birgə hərbi təlim keçirib3-01-2019, 10:34 | Çinin kosmik gəmisi Ayın görünməyən səthinə enib3-01-2019, 10:32 | Prezident Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib30-12-2018, 11:53 | Xırdalan şəhər 24 saylı körpələr evi-uşaq bağçasında Yeni İl şənliyi28-12-2018, 12:13 | Xırdalan 3 saylı uşaq bağçasında bayramlar münasibəti ilə şənliy keçirilib.28-12-2018, 12:12 | Hindistan səfiri Azərbaycandan getdi28-12-2018, 12:10 | Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib28-12-2018, 12:05 | Saray və Ceyranbatan qəsəbə sakinlərinin nəzərinə28-12-2018, 11:02 | Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib28-12-2018, 10:54 | 1 saylı bağçasda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə bayram şənliyi