Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
22-06-2018, 16:02 Oxunub: 1211

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib

İradə Gülməmmədovanın Masazır kənd sakinləri ilə növbəti səyyar qəbulu keçirilib

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Abşeron rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır”, "xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər” sözlərinə uyğun olaraq Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın növbəti səyyar-qəbul görüşü rayonun ən böyük yaşayış məntəqələrindən olan Masazır kəndində keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Masazır kənd sakinləri ilə keçən il noyabrın 30-da görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev və digər natiqlər hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.

Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüş zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Hazırda Masazır kəndinin elektik enerji təminatında problemlərin olmadığı vurğulanaraq kənd ərazisində yeni yarımstansiyanın inşa edildiyi qeyd olunub. Çıxışçılar rayonunda, eləcə də Masazır kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrində qazın təziqinin artırılmasına, küçələrin abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub