Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
27-06-2018, 20:53 Oxunub: 653

Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi

Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi


Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illik yubileyi münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsində bayram tədbiri keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri və şöbənin əməkdaşları iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı İ.Gülməmmədova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin kollektivini təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Xanım başçı vurğulayıb ki,iyun ayının 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən möhtəşəm hərbi parad bir daha ordumuzun gücünü dünyaya nümayiş etdirdi: “Təntənəli hərbi paradda çıxış edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan etdi ki, 2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində: “Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.

O deyib ki, Ali Baş Komandanın bu bəyanatı Ordumuzun ruh yüksəkliyini daha da artırır, gələcək zəfərlər, qələbələr üçün stimul yaradır”.

İ.Gülməmmədova onu da əlavə edib ki, Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə tam hazırdır: “2016-cı ilin Aprel döyüşləri, eyni zamanda keçən ay Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edilməsi bir daha bu reallığı ortaya qoyur. Lələtəpə, Günnüt zəfərləri ordumuzun gücünün, qüdrətinin göstəricisidir. Düşmən işğalından azad edilən bu torpaqlara sancılan Azərbaycan bayrağı gün gələcək Şuşada, Xankəndidə, Laçında dalğalanacaq. O gün uzaqda deyil…”

Azərbaycan Xalq Cümhuriyyətinin ordusuna ən böyük tarixi qiyməti məhz ulu öndər Heydər Əliyevin verdiyini vurğulayan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik-leytenant Hüseyin Quliyev çıxışında qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olarkən Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edib, eləcə də 1918-ci il iyunun 26-da milli ordunun yaranması gününü Azərbaycan Silahlı Qüvvələri Günü kimi təsis edib. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib, Silahlı Qüvvələrimizin gücü Ermənistana və dünyaya nümayiş olunub.

Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Şamo Əliyev

Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi
XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub