Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
5-07-2018, 14:03 Oxunub: 1701

İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.

İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.


5 iyul 2018-ci il tarixində Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın Fransanın www.agoravox.fr internet səhifəsinin redaktoru Alain Roumestand ilə görüşü keçirilib.

Abşeron rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova Abşeron rayonu haqqında və Abşeron RİH-in fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Abşeronun Azərbaycanın iki böyük şəhərinə - Bakı və Sumqayıta ən yaxın ərazidə yerləşdiyini, rayonda 500 mindən çox sakinin yaşadığını qeyd edən İ.Gülməmmədova Abşeronun biri şəhər olmaqla 15 kənd və qəsəbədən ibarət olduğunu qeyd edərək rayonun həm kənd təsərrüfatı, həm də sənaye mərkəzi kimi inkişaf etdiyini Fransız jurnalistin diqqətinə çatdırıb.Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı, tanınmış şəxsiyyətləri barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

İ.Gülməmmədova vurğulayıb ki, son illər ərzində Abşeron rayonu özünün intibah dövrünü yaşayıb. Bu illər ərzində Xırdalanın şəhər statusunun almasını, ümumilli liderin adını daşıyan parkda füsünkar görnüşü ilə hər kəsi heyran qoyan Heydər Əliyev Mərkəzinin inşasını, möhtəsəm Şahmat və Musiqi məktəblərin tikilərək istifadəyə verilməsini və bu kimi sosial layihələrin rayon ərazisində həyata keçirilməsini qeyd edən İcra Hakimiyyətinin başçısı bildirib ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən lazimi tədbirlər görülür.

Xanım başçı Alain Roumestanda dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Bildirilib ki,dövlət uşaq müəssisələrinin məzunları üçün “Məzun evi” Sosial Müəssisəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb: “Abşeron rayonundakı Masazır qəsəbəsindəki Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 200-dən çox gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub. İ.Gülməmmədova qeyd edib ki, hazırda müəssisə üçün dördüncü yaşayış binasının tikintisi də tamamlanıb və yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulub.

Görüş zamanı icra başçısı ölkəmizdə azad medianın inkişafı istiqamətində aparılan tədbirlərdən və mətbuata dövlət səviyyəsində göstərilən qayğı və diqqətdən də danışıb.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan Alain Roumestand yaxın günlərdə Azərbaycan haqqında geniş bir məqalə dərc edəcəyini bildirib.

Görüşün sonunda xatirə şəkli çəkdirilib, fransız jurnalistə xatirə hədiyyələri təqdim olunub.

Şamo Əliyev

İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi.
XƏBƏR LENTİ
Bu gün, 11:11 | Ceyranbatan bağçasında Savad təlimindən açıq məşğələ keçirildi.Bu gün, 10:37 | Əbilhəsən Dilavərliyə qızıl medal təqdim edildi (Video+Foto)Dünən, 11:26 | Yeni tədqiqat: Abşeronda banan, manqo, avokado yetişdirə bilərsinizDünən, 11:21 | Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib - Nazir müaviniDünən, 11:18 | "Ölkəmizin əldə etdiyi maliyyə imkanları vətəndaşların sosial rifahına yönəlib"Dünən, 10:12 | Aparıcı İT şirkətləri 5G şəbəkəsi üzərində birgə çalışacaqlarDünən, 10:11 | Vyetnamın televiziya kanalında Azərbaycan haqqında film nümayiş etdirilibDünən, 10:08 | Google Docs APİ təqdim olunduDünən, 10:07 | Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb15-02-2019, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilir15-02-2019, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"15-02-2019, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"15-02-2019, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdi15-02-2019, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşüb15-02-2019, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"15-02-2019, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşüb15-02-2019, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilir15-02-2019, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilib15-02-2019, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib15-02-2019, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək15-02-2019, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunub15-02-2019, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilib