Abşeron qəzetinin yeni sayı
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
6-07-2018, 16:03 Oxunub: 1831

Xanım başçı növbəti səyyar qəbul keçirdi

Xanım başçı növbəti səyyar qəbul keçirdi


Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Məmmədli kənd sakinləri ilə keçən il avqustun 12-də görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Daha sonra Məmmədli kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov çıxış edərək kənddə görülən quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verib.

Qəbula gələn sakinlər keçən görüşdən sonra Məmmədli kəndində abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

Xanım başçı növbəti səyyar qəbul keçirdi
Xanım başçı növbəti səyyar qəbul keçirdi
Xanım başçı növbəti səyyar qəbul keçirdi
Xanım başçı növbəti səyyar qəbul keçirdi
Xanım başçı növbəti səyyar qəbul keçirdi
Xanım başçı növbəti səyyar qəbul keçirdi
XƏBƏR LENTİ
16:57 | Xırdalan sakinlərinə şad xəbər - yolların asfalt örtüyü yenilənir 16:16 | AZTV-Artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir. 15:41 | Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi 13:50 | Abşeronun iki yaşayış məntəqəsinə qaz xətti çəkilir 13:30 | Xırdalanda içməli su xəttinin 94,8 kilometri, kanalizasiya xəttinin isə 52,8 kilometri artıq çəkilib 18:15 | Abşeronda elektrik enerjisi təchizatı yenilənir 18:00 | Masazır və Novxanı sakinlərinə şad xəbər! 15:17 | İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi 16:03 | Xanım başçı növbəti səyyar qəbul keçirdi 15:04 | Abşeronda bu məscid təmir olunacaq 14:03 | İradə Gülməmmədovanın fransız jurnalist Alain Roumestand ilə görüşü keçirildi. 13:08 | Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib 15:16 | Azərbaycan polisinin 100 illik yubileyi Abşeron rayonunda təntənəli qeyd edilib 17:51 | Azad Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək 17:34 | Abşeron rayonuna yeni rəis təyin olundu 16:37 | Xırdalan musiqi məktəbinin şagirdləri Beynəlxalq müsabiqənin qalibi olublar 12:13 | Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində iməcilik keçirilib 19:46 | Hüseyin Həsənov doğum günündə təltif olundu 10:52 | BMU-da möhtəşəm məzun günü keçirildi 10:38 | Azərbaycan ordusu-100 - Gürcüstanda tədbir keçirilib - FOTOLAR 20:53 | Xırdalanda Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirildi 18:10 | Tbilisidə Ulu Öndərin abidəsi ziyarət olunub