Abşeron qəzetinin yeni sayı
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
17-07-2018, 15:41 Oxunub: 747

Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi

Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi

Xırdalanda daha bir neçə nümunəvi məhəllə salınır


Son 3 ildə Xırdalan şəhərində çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 700-dən çox daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənmiş, bəzi məhəllələrdə park və uşaqlar üçün meydança olmaqla nümunəvi məhəllə yaradılmışdır.Hazırda Xırdalan şəhərində , rayonun kənd və qəsəbələrində məhəllədaxili ərazilərdə əhalinin gəzintisi və istirahəti üçün müvafiq şəraitin yaradılması işləri davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü ilə icrasına başlanılmış "Nümünəvi məhəllə" layihəsi çərçivəsində abadlıq-quruculuq işləri yüksək templə davam etdirilir. Ötən 3 il müddətində layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilib, rayonun müxtəlif ərazilərində 60-a yaxın nümunəvi məhəllə yaradılaraq sakinlərin ixtiyarına verilib.

Rayon rəhbəri İradə Gülməmmədovanın daimi nəzarəti əsasında həyata keçirilən abadlıq, təmizlik işlərinin keçirilməsində əsas məqsəd rayon ərazisində, küçə və məhəllələrdə abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, yaşayış evlərini, həyətləri, məhəllələri, küçələri daha təmiz və səliqəli saxlamaq, salınmış yaşıllıqları qorumaq, ağaclar, bitkilər əkməklə yeni-yeni yaşıllıq zolaqları yaratmaq, rayonu abadlaşdırmaqla yanaşı, həm də vətəndaş məmnunluğunu qazanmaqdır.

Görülən işlərin tərkib hissələrindən biri olan “Nümünəvi məhəllə” layihəsi çərcivəsində Xırdalan şəhərində əhalinin asudə vaxtlarının xoş və səmərəli keçirmələri üçün nümunəvi abad məhəllələr yaradılır. Məhz belə həyətlərdən biri də 27-ci məhəllədə çoxmərtəbəli yaşayış binaların əhatə etdiyi ərazidə Abşeron Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına işlərə başlanılıb.

Əsaslı təmir işləri çərcivəsində binaların giriş hissəsi təmir olunacaq, pilləkənlər yenidən qurularaq aqlay döşənəcək.Burada səkilərə yeni bordür daşları düzüləcək, sakinlərin istirahəti üçün geniş söhbətgah quraşdırılacaq, həyət boyunca oturacaqlar qoyulacaq.Ərazidə əsaslı təmizlik işləri aparılır, zəbt olunaraq hasarlanmış bağ sahələri, qanunsuz qaraj və digər tikililər sökülür, yeri təmizlənir, həyətə və ətraf əraziyə isə yeni asfalt örtüyü çəkiləcək.

Ərazidə yaşayan rayon sakini Vəfa Əliyeva görülən işlərin hamının ürəyincə olduğunu bildirdi: "İndi rayonun hər tərəfində abadlıq işləri aparılır. 15 ildir bu rayonda yaşayıram, amma belə genişmiqyaslı abadlıq işlərinin şahidi olmamışam. Yaşadığımız binanın arxa tərəfi bərbad vəziyyətdə idi. Orada “Nümünəvi məhəllə”nin yaradılacağını eşidəndə çox sevindik. İndi səbirsizliklə abadlıq işlərinin yekunlaşmasını gözləyirik”.

Digər rayon sakini Əli Kamalov isə qeyd etdi ki, son vaxtlar Abşeron rayonunda aparılan genişmiqyaslı yaşıllaşdırma işləri göz oxşayır: “ Xırdalanda bundan əvvəl də bir neçə nümunəvi məhəllə yaradılıb. Əksər yaşayış binalarının qarşısında mini-parklar, geniş yaşıllıqlar salınıb. Görülən işlərin nəticəsidir ki, Xırdalan şəhəri ən gözəl və baxımlı məkanlardan birinə çevrilib”.

Rayon sakini Elşad Məmmədovun sözlərinə görə, son vaxtlar rayonda görülən işlər sakinlərin arzularının reallaşmasına səbəb olur: “Abşeron rayonunda həqiqətən də böyük işlər görülür - park və bağlar salınır, Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Vaxtilə zibillə çirklənmiş ərazilər təmizlənir, yerində abad məhəllələr salınır. «Nümünəvi məhəllə" layihəsi çərçivəsində yeni zibil qutuları qoyulur. Abadlıq-quruculuq işləri çərçivəsində qanunsuz tikililər, çəpərlər sökülərək ləğv edilir”.

Şamo Əliyev

Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
Xırdalan şəhərində nümunəvi həyətlərin qurulmasına start verildi
XƏBƏR LENTİ
22-03-2019, 19:58 | Oktay Yılmaz bu posta ən layiqli namizəd olduğunu çoxdan təsdiqləyib21-03-2019, 22:26 | Novruz bayramı Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyində təntənə ilə qeyd olunub21-03-2019, 22:21 | Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib21-03-2019, 13:53 | Abşeronluların cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi20-03-2019, 18:42 | Abşeron RİH sağlamlıq imkanları məhdud uşaqlar üçün Novruz şənliyi təşkil edilib20-03-2019, 15:47 | Abşeron RİH-i hərbi hissədə Novruz şənliyi keçirdi19-03-2019, 22:13 | Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasında Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib19-03-2019, 19:04 | Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu19-03-2019, 18:11 | Xırdalan məktəbinin şagirdləri Cocuq Mərcanlıya səfər etdilər19-03-2019, 14:49 | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edirlər19-03-2019, 14:46 | Səfir: Birinci vitse-prezident Mehriban Əliyevanın Parisə səfəri Azərbaycanla Fransa arasında münasibətlərin dinamik xarakter daşıdığını nümayiş etdirdi19-03-2019, 10:19 | “Xiaomi” yeni ucuz smartfonunu satışa çıxarır19-03-2019, 10:18 | “Ericsson” bir sıra ölkələrdə 5G-ni istifadəyə verəcək19-03-2019, 10:17 | 64 MP və 100 MP + kameralı smartfonlar olacaq19-03-2019, 10:14 | Asus 2 yeni smartfon buraxdı18-03-2019, 23:03 | Abşeronlular Novruz bayramını cəbhə bölgəsində Aprel şəhidlərinin ailələri ilə qarşıladı18-03-2019, 18:46 | Abşeronda “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi18-03-2019, 14:11 | Aşağı Güzdək bağçasında Novruz bayramı qeyd olundu18-03-2019, 14:05 | İradə Gülməmmədova vətəndaşların fərdi qəbulunu keçirdi18-03-2019, 13:09 | Azərbaycanda yeni yem emalı müəssisələri fəaliyyətə başlayıb18-03-2019, 13:06 | Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, 20 Yanvar və Çernobıl hadisələri zamanı əlil olanlar avtomobillə təmin olunacaq – Prezident sərəncamı18-03-2019, 13:03 | Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye nazirini qəbul edib