Şəhərinin Heydər Əliyev prospektində növbəti iməcilik təşkil olunub. İməcilik zamanı ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda yaşıl budamanın aparılması işləri həyata keçirilib.
Şamo Əliyev