Xırdalan şəhərində genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri davam edir. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və istirahəti üçün mövcud parklarda və binaların həyətlərində yeni oturacaqlar, yeni söhbətgahlar qoyulur, uşaqlar üçün əyləncəli idman qurğuları quraşdırılır.
Şəhərin 28-ci məhəlləsində əhalinin ümumi istifadəsində olmalı olan, binaların həyətlərində sakinlərin istirahəti üçün 5 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı 50-dan çox skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir.
Görülən işlərin davamı olaraq isə 27-ci məhəllədə 10-a yaxın söhbətgahın, 100-dən çox oturacaqların və uşaqlar üçün əyləncəli idman qurğularının quraşdırılması nəzərdə tutulub. Şamo Əliyev