Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Müasirləşən Abşeron

Tarix:6-03-2014, 14:26

"Dünya quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib"

Heydər Əliyev




Bəşəriyyətə məlum olan sivilizasiyaları biri-birindən fərqləndirmək üçün həmin dönəmdə yaşayışın, quruculuq işlərinin keyfiyyətinin, elmi-texniki tərəqqinin inkişaf səviyyəsi əsas meyar kimi götürülmüşdür. Qədim türklərin maddi mədəniyyət nümunəsi olmuş Şumer sivilizasiyası bu göstəricilərlə müqayisədə mövcud sivilizasiyaların fövqündə dayanmışdır. Odlar Yurdu Azərbaycanımız da bir çox sivilizasiyaların beşiyi olmuşdur. Bölgələrdə aparılan arxeoloji qazıntılar zamanı həmin sivilizasiyalara aid həyat tərzi üzə çıxır.

Tarixi keçmişə nəzər...

Doğma Azərbaycanımızın qədim yaşayış məskənlərindən biri də Abşerondur. Tanrının bütün gözəllikləri bəxş edilmiş Abşeron məkanı ərazisində yaşayışın mövcud olduğu zamandan əvəzsiz və misilsiz mədəniyyət nümunələri ilə daim zəngin olmuşdur. Əsrarəngiz gözəl təbiətə malik olan Abşeron Xəzər dənizinin qərb sahilində yerləşir. Bu diyarın keçmişi haqqında məlumatlar tarixin lap qədimliklərinə gedib söykənir. Belə ki, Abşeronun Corat kəndinin adı eramızdan əvvəl IV, III minilliklərə aid tarixi mənbələrdə çəkilir. Xəzər dənizinin Abşeron sahillərində yerləşən Çora vilayətinin paytaxtı olan Çora şəhəri böyük liman və ticarət şəhəri kimi tarixə məlumdur. Hətta bəzi tarixi mənbələrin faktlarına əsasən alban katalikosunun iqamətgahı da bu şəhərdə yerləşirmiş. Bizim eradan əvvəl yaşamış və tarixin atası sayılan Heredot Azərbaycana səyahət edərkən Məhəmmədi kəndində olan məşhur "Yanar dağ"da olmuş, yaxınlıqdakı yaşayış məskənini isə "Qurd yuvası" adlandırmışdır. Ümumiyyətlə, bütün Abşeron yarımadasında tunc dövrünə və erkən dəmir dövrünə aid qədim insan məskənlərini sübut edən kurqanların sayı-hesabı yoxdur.

Abşeron sözünün ehtimal olunan etimoloji açılımından biri də fars dilində - ab (yəni su) və şoran (yəni duzlu) sözlərindən ibarət olan "Şor su" anlamında işlədilir. Xanlıqlar dönəmində Abşeronun böyük bir hissəsi Bakı xanlığının ərazisinə daxil olub. Abşeron rayonu mərkəzi Xırdalan qəsəbəsi olmaqla Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli fərmanı əsasında yaradılmışdır. Abşeron rayonunun inzibati ərazisi 1466.1 kv.km-dir.

01 yanvar 2014-ci il tariхə rayon statistika idarəsinin rəsmi məlumatına əsasən rayon əhalisinin sayı 204 min 26 nəfər, rayon icra hakimiyyətinin apardığı rəsmi araşdırmaya əsasən isə 300 min nəfərə yaxındır. Rayon ərazisində Erməni daşnaqlarının etnik təmizləmə siyasəti nəticəsində 3327 nəfər qaçqın, torpaqlarımızın işğalı nəticəsində isə 35029 nəfər məcburi köçkün müvəqqəti məskunlaşmışdır.

Abad və çiçəklənən Abşeron...

Dahi öndər, ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın hər yerində xoş nəfəsli yeniliklər çiçəklənir. Bu gün Abşeronun hər yerində sözün əsl mənasında çox böyük abadlıq, quruculuq işləri gedir. 2005-ci ildən bu yana bütün problemlərin həlli yönündə ciddi addımlar atan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov başda olmaqla, bütün yerli strukturlar əhalinin xoş güzəranı naminə bir çox yeniliklər ediblər. Abşeronun bütün kənd və qəsəbələri eyni ahəngli inkişaf dinamikası ilə yeniləşir. Göz çevirib hara baxsan, orada bir yenilik, coşğunluq və qaynarlıq görmək olur. Hiss olunur ki, qədim və müasir Abşeron öz tarixiliyini, qədimliyini qorumaqla müasirliyinə doğru irəliləyir.

Bakının 10 kilometrliyində yerləşən, bir vaxtlar kiçik bir kənd, 1936-cı ildə şəhər tipli qəsəbə olmuş, 2 oktyabr 2006-cı il tarixindən isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında şəhər statusu alan Xırdalan sanki qalaktika harmoniyası ilə müasirlik zirvəsinə doğru irəliləyir. Şəhərin mərkəzində salınmış Heydər Parkı burada yaşayan bütün sakinlərin və şəhərdən gələn qonaqların əsl istirahət məkanına çevrilib. 10 hektara yaxın süni salınmış şam meşəsində təmiz və oksigenlə zəngin müalicəvi hava mövcuddur. Müasir texnologiyalar əsasında inşa edilən musiqili fəvvarədə musiqi sədaları altında havaya qalxaraq rəqs edən təzyiqli su kütlələri isə bu harmoniyaya xüsusi bir gözəllik qatır. Parkda inşa edilmiş Tarix diyarşünaslıq muzeyi nadir və zəngin eksponatları ilə intellektual səviyyəli insanların ziyarətindədir. Əlamətdar bayram günlərində rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan konsertlər də daxil olmaqla, ümumiyyətlə, şəhər sakinləri asudə vaxtlarını çox səmərəli və yaddaqalan keçirirlər. Xırdalan şəhərinin simasına uyğun gəlməyən bütün ticarət və iaşə obyektləri yenilənərək siması dəyişdirilib və üzəri müasir üzlüklərlə bəzədilir. Küçələrdə sərbəst gediş-gəlişə mane olmayacaq formada inşa edilən müasir üslublu çoxmərtəbəli binalar Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisə edilə bilər. Piyadaların rahat hərəkəti üçün səkilərə döşənən üzlük daşlar rahatlığı ilə bərabər, həm də gözəlliyi ilə göz oxşayır. Hər səhər tezdən kommunal xidmət işçiləri şəhərin küçə və parklarını təmizləyərək şəhəri gözəlləşdirirlər.

Xırdalan şəhərində "Misir parkı" kimi tanınan istirahət guşəsi də şəhər sakinlərinin dincəldiyi gözəl məkandır. Burada Misirin qədimliyinə və müasirliyinə uyğun qurulmuş dekorasiya insana xoş təsir bağışlayır. Bütün bunlar Abşeronun müasirləşməsinə və milli memarlıq üslubunun bir qədər də zənginləşməsinə bir töhfədir.

Tanrı bu məkanın torpağına bol ruzi-bərəkət bəxş edib. Təmiz havalı Abşeronun səhəri də, gecəsi də insana əsrarəngiz gözəlliklər bəxş edir. İsti yay və sərin payız günlərində Abşeron bağları sanki cənnəti xatırladır. Abşeron rayonu ərazisində dünyada oxşarı olmayan təbiət möcüzələri də mövcuddur. Məhəmmədi kəndindəki "Yanardağ" turizm baxımından gələcəkdə Azərbaycan iqtisadiyyatına böyük gəlirlər gətirə bilər. Yer kürəsinin müxtəlif ölkələrində mövcud olan 800 məlum palçıq vulkanından 400-ü Abşeron yarımadasında yerləşdiyinə görə Azərbaycan palçıq vulkanlarının sayına və müxtəlifliyinə görə dünyada birinci yeri tutur. Bu gözəllikləri və nümunələri sadalamaqla bitirmək olmaz.

Həmçinin Abşeronun kənd və qəsəbələrindən dünya miqyasında tanınan onlarca dövlət xadimi, şair, dramaturq, aktyor, rəssam və s. sənət adamları yetişmişdir. Onlardan Məmməd Əmin Rəsulzadə, Vəli Axundov, Qara Qarayev, Mehdi Hüseynzadə, Mikayıl Ələkbərov, Əliağa Vahid kimi məşhurlar Azərbaycan xalqı üçün heç vaxt unudulmayan şəxsiyyətlərdir.

Uğurlu gələcəyə...

Sadaladığımız uğurlu inkişaf və göz oxşayan gözəlliklər qısa zaman ərzində, daha doğrusu, son 9 il içində yaradılıb. İcra başçısı cənab Zakir Fərəcov daim rayon sakinləri ilə görüşlər təşkil edir və onların problemlərinin köklü həlli üçün aidiyyəti qurumlara göstərişlər verir. Buna görə də artıq Abşeronda qaz, su, işıq problemi, demək olar ki, tam həll olunmuşdur. Onda əminliklə inanmaq olur ki, çox yaxın gələcəkdə digər problemlər də öz müsbət həllini tapacaq.

İcra başçısı cənab Zakir Fərəcov rayonla bağlı hər bir əlamətdar hadisəyə xüsusi diqqət və qayğı göstərir. Gənclərin inkişafına mane olacaq problemlərin aradan qaldırılması Abşeronda sağlam ruhlu, istedadlı və savadlı gənc nəslin yetişməsinə təkan verir. Hər il yüksək balla ali məktəblərə qəbul olmuş abşeronlu tələbələrə pul mükafatlarının, hədiyyələrin, fəxri fərmanların verilməsi Zakir müəllimin dərin idarəetmə qabiliyyətindən və elmə, təhsilə verdiyi üstünlükdən xəbər verir. İcra hakimiyyətində, həmçinin "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" proqramı çərçivəsində sahibkarlarla mütəmadi görüşlər keçirərək onların problemlərinin həllinə yardımlar edir. Onların azad iqtisadi rəqabət aparmaları üçün yaranan maneələri ortadan qaldırmaq üçün xüsusi göstərişlər verilir.

Öz şan-şöhrəti, füsunkar təbiəti, tükənməz təbii sərvətləri ilə Azərbaycanı dünyada tanıdan, ona baş ucalığı gətirən Abşeron rayonu əzmkar rayon rəhbərliyinin əməyi nəticəsində parlaq zirvələrə ucalacaq. Dinamik inkişaf edən Abşeron isə öz qədimliyini qoruyaraq, müasirliyinə doğru irəliləyəcək...


Yazar.Şəmsi Əliyev


Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron
Müasirləşən Abşeron

Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Bu gün müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır