7 mart tarixində Abşeron rayonunda 8 mart “Beynəlxalq Qadınlar Günü”-nə həsr olunmuş yeniyetmə və gənc qızlar arasında “Abşeron rayon açıq birinciliyi” kecirildi. Yarışın keçirilməsinə rəhbərliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Abşeron rayon Gənclər və İdman İdarəsi həyata keçirir.
Abşeron rayonu Gənclər və İdman idarəsinin ardıcıl olaraq ikinci il həyata keçirdiyi yarışda Respublikamızın 11 rayonundan ümumilikdə 84 nəfər idmançı təşkil olunan yarışda 10 çəki dərəcəsində öz qüvvəsini sınamışdır. İdmançılar arasında Avropa çempionatının mükafatçıları da yer almışdılar. Onların çıxışları yarışın daha da maraqlı və gərgin keçməsinə səbəb olmuşdur.
Yarış Xırdalan şəhərində yerləşən AAAF istirahət parkının idman zalında təşkil edilmişdir.
Qaliblər Abşeron rayonu Gənclər və İdman idarəsi tərəfindən medal, diplom, kubok və hədiyyələrlə təltif olunmuşlar.