Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb

Tarix:19-09-2018, 17:04

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşüb.

Rayon İcra Hakimiyyətində baş tutan görüşdə İ.Gülməmmədova Abşeron rayonu haqqında Adel İbrahimə məlumat verib. Rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçı Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

Görüşdə xanım başçı 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın adını daşıyan məktəbin olması iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan səfir Adel İbrahim Azərbaycan ilə Misir arasında əlaqələrin 2006-cı ilin mayın 6-da Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, həmin səfər zamanı Abşeron RİH və Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandumda tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, yerli inkişaf, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd olunan istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Hazırda Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayan səfir, iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən həyata keçiriləcək.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.Cənab səfirə xatirə hədiyyələri təqdim olunub.

Şamo Əliyev

İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb
İradə Gülməmmədova Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir

Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib

Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib

Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu

XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır

Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə

Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi

Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib

Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib

Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir