Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Tarix:17-10-2018, 21:24

Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib


Abşeron rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan iclasda Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova cari il oktyabr ayının 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini, dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin geniş məruzəsi dinlənilib. İ.Quliyev bildirib ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Onun sözlərinə görə, Xırdalan şəhərində 30 binanın dam örtüyü, 14 binanın fasadı, 12 binanın pilləkən qəfəsəsi və kanalizasiya xətləri əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir. Bundan əlavə Ceyranbatan qəsəbəsində 6 çoxmənzilli yaşayış binasının dam örtüyü, fasadı təmir edilmiş, hazırda pilləkən qəfəsəsində əsaslı təmir işləri həyata keçirilir. Ceyranbatan qəsəbəsində Təbrik 1, 3 , 5 və Gündüz Abdullayev 28 saylı çoxmənzilli yaşayış binalarının zirzəmilərinin subasmasının qarşısının alınması məqsədilə 360 metr uzunluğunda 300 və 200 mm diametrli borularla kanalizasiya boru xətti çəkilmiş, hazırda binanın zirzəmilərində kanalizasiya xətlərinin təmiri və xətt çıxışlarının verilməsi işləri həyata keçirilir. Yaxın günlərdə məhəllənin asfalt olunması da nəzərdə tutulur.

Rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhərində nümunəvi məhəllələrin yaradılması istiqamətində prinsipial mövqeyiniz sayəsində çox böyük işlər görülmüş, son 3 ildə binaların həyətlərindən ümumilikdə 260 qaraj götürülmüş, 412 daş və metal hasar və 40 kiçik tikili sökülmüşdür. Ötən 9 ay ərzində binaların həyətlərində park və uşaqların əyləncəsi üçün meydançaların yaradılması istiqamətində işlər davam etdirilmişdir. 27-ci məhəllədə 3952 p/m bardür, 800 m2 tomet düzülmüş, 8000 m2 asfalt örtüyü salınmış, 3 bulaq inşa olunmuş, 34 ədəd karusel və idman qurğusu , 5 ədəd söhbətgah və 100 ədəd oturacaq, 28-ci məhəllədə 10 ədəd söhbətgah və 30 ədəd oturacaq quraşdırılmışdır. 4 saylı Mənzil İstismar Sahəsi tərəfindən Xırdalan şəhərində Rəşid Behbudov küçəsində əlillər üçün inşa edilmiş binaların qarşısında sakinlərin asudə vaxtlarını keçirməsi üçün park salınmışdır. Eyni zamanda Aşağı Güzdək qəsəbəsində 6500 m2-lik ərazidə park salınmış, qəsəbə ərazisində 100 ədəd oturacaq quraşdırılmışdır.

Masazır kəndində Ağaxan Abdullayev, Saray küçəsi ilə Əlağa Vahid küçəsinin birləşdiyi yerə 15 min m2 , Çingiz Mustafayev küçəsinə 7.5 min m2 , Park Salori, Bağçalı evlər və İnteqral tikinti təşkilatlarının köməkliyi ilə yeni salınmış massivlərdə 15 min m2 sahəyə asfalt örtüyü çəkilmişdir. 2 şəhid bulağı yenidən qurulmuş, Zaur Həsənov və Akim Abbasov küçələrində 3 km uzunluğunda 200 mm diametrli boru ilə kanalizasiya xətti çəkilmişdir. Daxili imkanlar hesabına Saray qəsəbəsində Nəbi Xəzri küçəsində diametri 200 mm olan 1200 p/m uzunluğunda kanalizasiya xətti çəkilmiş, Digah qəsəbəsində 200 p\m uzunluğunda kanalizasiya xətti bərpa olunmuş, hazırda əlavə 300 p\m uzunluğunda xətt çəkilir. Mehdiabad-Digah- Məmmədli yolunun Digah qəsəbəsi ərazisində 5 sərnişin dayanacağı quraşdırılmış, Hökməli-Qobu yolu boyunca hasarların suvanması və rənglənməsi istiqamətində işlər davam etdirilmişdir.

Məmmədli kəndində qrunt sularının axıdılması məqsədilə Nəsrəddin Tusi, Səməd bəy Mehmandarov və İsmət Qayıbov küçələrində ümumi uzunluğu 1200 metr olan açıq kanal çəkilərək mərkəzi kanalizasiya xəttinə birləşdirilmişdir. Kəndin mərkəzi küçəsinin ətrafında olan divarlara 2160 kv.metr bəzək daşı vurulmuş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Saray qəsəbəsində Cabir Novruz və Sülh küçələrinə 660 kubmetr çınqıl tökülərək yayılmış və avtobus marşrutlarının işləməsi üçün normal vəziyyətə gətirilmişdir.

2018-ci ilin ötən dövrü ərzində yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara ümumilikdə 9111 kub metr çınqıl tökülərək yayılmış, 81220 kvadratmetr sahə asfaltlanmışdır. Hesabat dövründə uzunluğu 18 km olan Hökməli-Qobu-Lökbatan yolu əsaslı yenidən qurulmuş, Güzdək-Buta yolunda 4.6 km uzunluğunda yolun birinci qat asfalt örtüyü verilmişdir. Mehdiabad-Pirşağı yolunun kənarında 1500 metr uzunluğunda piyada səki çəkilmiş, 500 metr uzunluğunda sıradan çıxmış 159 mm-lik su borusu yenisi ilə əvəz olunmuş, hazırda asfalt yolun təmiri işləri aparılır. Bundan əlavə Bakı-Quba avtomagistralından Saray-Novxanı istiqamətindəki tikintisi yarımçıq qalmış dairəvi yolun 3 km hissəsinə asfalt örtük verilməsinə başlanılmışdır ki, yolun bu hissəsinin yaxın günlərdə istifadəyə verilməsi ilə Masazır kəndinin mərkəzi Əlağa Vahid küçəsindəki avtomobil sıxlığı aradan qaldırılacaqdır.

Ötən illərdə olduğu kimi cari ilin doqquz ayında da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılmışdır. 9 ay ərzində rayonun yaşayış məntəqələrində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağaclar əkilmişdir.

Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 52 yeni transformator quraşdırılmış, 15 transformator təmir edilmiş, 2622 ədəd dayaq və 67785 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 112900 metr uzunluqda “SİP” kabelləşməsi aparılmışdır. Hökməli, Qobu, Aşağı Güzdək, Saray, Masazır, Fatmayı, Görədil, Novxanı, Məmmədli yaşayış məntəqələrində elektrik təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilmiş, Güzdək qəsəbəsinin enerji təchizatının Qaradağ rayonundan ayrılması məqsədilə Paylayıcı Transformator Məntəqəsinin tikintisi başa çatdırılaraq Qobu yarımstansiyasından qəsəbəyə xətt çəkilişi işlərində son tamamlama işləri görülməkdədir. Hazırda Xırdalan, Masazır yaşayış məntəqələrində inşa olunmuş yeni yarımstansiyaların şəbəkəyə qoşulması istiqamətində işlər aparılır.

2018-ci ilin 9 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 68951 p/m uzunluqda yeni içməli su , 61542 p/m uzunluqda kanalizasiya xətləri çəkilmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə ayrılmış vəsait həcmində 5200 p/m uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri həyata keçirilmişdir. Rayon Sukanal idarəsi tərəfindən Aşağı Güzdək qəsəbəsinə gələn yararsız 159 mm diametrli mərkəzi su xəttinin 1700 metri dəyişdirilmişdir.

Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 2017-ci ilin iyul ayından başlanılmış işlər davam etdirilmiş, ötən müddət ərzində 107 km uzunluğunda içməli su, 60 km uzunluğunda kanalizasiya xətti çəkilmiş, 14529 ev birləşməsi verilmişdir.

“Azərduz” İstehsalat Birliyinin fəaliyyət göstərdiyi Masazır duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 16 km xəttin və iki nasosxananın inşası işləri başa çatmış, yaxın günlərdə xəttin istismara verilməsi nəzərdə tutulur.

Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Qobu, Hökməli yaşayış məntəqələrində müxtəlif diametrli 13.9 km uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, rayon üzrə ümumilikdə 7500 ədəd sayğac quraşdırılmışdır. Xüsusilə qeyd etmək istərdim ki, Hörmətli başçı! Sizin aidiyyəti orqanlar qarşısında qaldırdığınız məsələnin nəticəsi olaraq, Qobu qəsəbəsinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan qəsəbəsi istiqamətindən 7 km uzunluğunda 250 mm diametrli xətt çəkilişi həyata keçirilmişdir. Eyni zamanda Qobu qəsəbəsinin yeni yaşayış massivində 1000-dən çox ailənin yaşadığı əraziyə yeni daşıyıcı xəttin çəkilişi ilə bağlı hazırlıq işləri görülür.

Hesabat dövründə Abşeron Telekommunikasiya Qovşağı tərəfindən vətəndaşların telefonla təmin edilməsi məqsədilə daxili imkanlar hesabına 60 eskiz layihəsinin icrasına başlanılmışdır. Sarayda 100, Qobuda 120 abunəçilik yeni xətt şəbəkələri tikilib istifadəyə verilmişdir. 9 ay ərzində 50362 metr müxtəlif tutumlu kabellərdən, 531 ədəd yeni ağac və dəmir dirəklərdən istifadə etməklə 1635 ədəd telefon çəkilişi işləri həyata keçirilmişdir. Ötən 9 ayda internet abunəçilərinin sayı 4200 artmaqla 39515-ə çatmışdır.

Xırdalan, Pirəkəşkül, Hökməli, Novxanı, Ceyranbatan, Masazır, Görədildə təşkil olunmuş “Asan xidmət”in səyyar fəaliyyətindən rayonumuzun 7 min nəfərə yaxın sakini istifadə etmişdir. Hazırda “Asan xidmət”in səyyar briqadası Qobu kəndində fəaliyyət göstərir.

Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır.

Ötən müddət ərzində Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, İxtisaslaşdırılmış Təmir Abadlıq idarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanmış, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, təmir olunacaq 7 çoxmənzilli yaşayış binası müəyyən edilmişdir. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 470 nəfər rayon sakini işlə təmin olunmuşdur.

Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 24 investisiya layihəsi üçün 17 milyon 896 min manat güzəştli kredit verilmişdir ki, həyata keçiriləcək bu layihələr üzrə 242 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artmış, ərazidə fəaliyyət göstərən 38 şirkət tərəfindən istehsal olunan 355 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir.

Eyni zamanda diqqətə çatdırılıb ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 22 mart 2018-ci il tarixli Sərəncamına əsasən dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0.7 hektar ərazidə xalça istehsalı emalatxanasının tikintisində son tamamlama işləri görülməkdir. Müəssisənin fəaliyyətə başlaması ilə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hazırda Qobu Sənətkarlıq evində xalça toxunmasının öyrənilməsi ilə bağlı kurs həyata keçirilir.

Hesabat dövründə rayonda kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunmuşdur. Rayon ərazisində 1413 hektar sahədə taxıl biçini itkisiz başa çatmışdır. 9 ay ərzində 759 hektar tərəvəz sahəsindən 69078 ton məhsul yığılmışdır. Hesabat dövrü ərzində 28014 sentner ət, 227748 sentner süd istehsal edilmiş, yumurta istehsalı isə 105.7 milyon ədəd olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndiriməsi ilə bağlı işlər davam etdirilmiş, Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı torpaqlarında 3570 hektar sahədə aqropark yaradılması istiqamətində işlər sürətlə davam etdirilir. Bununla bağlı 210 hektar sahədə badam əkilərək damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılmış, 16.3 km uzunluğunda su xətti çəkilmiş, 140 min kubmetrlik 3 su hovuzu tikilmiş, 30 ədəd müxtəlif təyinatlı texnika alınmışdır. Artıq salınmış badam bağından məhsul yığımına başlanılmışdır.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində cari ilin 9 ayı ərzində 444 nəfərə pensiya təyinatı aparılmış, pensiyaçıların sayı 21758 nəfərə çataraq rayon üzrə orta pensiyanın məbləği 235 manat təşkil etmişdir. Mərkəzin 11 nəfər sosial işçisi tərəfindən 116 nəfər ahıl və tənhaya xidmət göstərilmiş, 106 nəfər əlil istirahət və müalicə zonalarına göndərilmişdir. Hazırda rayon üzrə 1152 ailə ünvanlı dövlət sosial yardımı alır.

Hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 50 nəfərə işsizlik statusu verilmiş, 73 nəfər mərkəzin qeydiyyatında olan qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədrisi Mərkəzində mühasib, qənnadçı, xalçaçı, ingilis dili ixtisasları üzrə peşə kursuna göndərilmişdir. Bundan əlavə qeydiyyatda olan işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təmin edilməsi üçün 169 nəfər kursa cəlb olunmuş və onlardan 151 nəfəri biznes planını müdafiə etmişdir. Yaxın günlərdə həmin vətəndaşlara aktivlərin verilməsi həyata keçiriləcəkdir.

Cari ilin ötən doqquz ayında Məşğulluq Mərkəzinin xətti ilə 825 nəfər işə düzəlmişdir ki, bunun da 68 nəfəri qaçqın və məcburi köçkünlər olmuşdur.
Rayon ərazisində məskunlaşmış 10844 məcburi köçkün ailəsinin qayğıları da daim diqqət mərkəzində saxlanılır. Həmişə olduğu kimi məcburi köçkün rayonlarının işğal günü ərəfələrində həmin rayondan olan şəhid ailələri ilə görüşlər keçirilərək onlara maddi köməkliklər olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlara Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası başa çatmışdır.

2018-ci ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətlərinin təmin edilməsi istiqamətində işlər davam etdirilmişdir.
Yeni dərs ilində rayonun Mehdiabad qəsəbəsində 1200 şagird yerlik çox müasir məktəb binası istifadəyə verilmişdir.

Ali məktəbə qəbulun nəticələrinə görə rayonun ümumtəhsil məktəbləri ötən illərin nailiyyətlərini daha da artıraraq yüksək nəticə əldə etmişlər. Ali məktəbə sənəd verənlərin 1306 nəfəri və ya 74.4 faiz tələbə adını qazanmış, onlardan 94 nəfəri 600-dən , 209 nəfəri 500-dən yuxarı bal toplamış, Xırdalan 9 saylı tam orta məktəbin məzunu Elgün Zamanlı və Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Rüstəm Qarayev maksimum nəticə əldə edərək 700 bal toplamışdır.

Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir.
Ölkə Prezidenti qarşısında qaldırılmış məsələnin nəticəsi olaraq, Xırdalan şəhəri ərazisində Mərkəzi Rayon Xəstəxana binasının inşasının davam etdirilməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2018-ci ilin fevral-may aylarında rayonda sakinlərin tibbi müayinəsinə başlanılmış və 107883 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 3341 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 772 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profilaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində, Xırdalan şəhərindəki çoxmənzilli yaşayış binalarında, su anbarlarında dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun yaşayış məntəqələrində 45 ünvanda qeyri-qanuni zibilliklər aşkar olunaraq ləğv edilmişdir.

Hesabat dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, “20 yanvar”, Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, əlamətdar günlərdə və bayramlarda tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin rəngarəng çıxışlarından ibarət tədbirlər keçirilmişdir.
Xüsusilə qeyd etmək istərdim ki, Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ilə bağlı Türkiyə Respublikasının Bursa şəhərində keçirilmiş bayram tədbiri, Azərbaycan Polisinin, Prokurorluğun və Silahlı Qüvvələrin yaranmasının 100 illik yubileyləri ilə əlaqədar keçirilmiş tədbirlər hesabat dövründə ən yadda qalan tədbirlərdəndir.

Ötən ilin doqquz ayında rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2018-ci ilin 26-29 mart tarixlərində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi ölkəmizin qərb bölgəsinə səfər etmişlər.

Bu gün rayonumuzda 6275 nəfər yeniyetmə və gənc idmanın 28 növündə məşğul olurlar. 2018-ci ilin 9 ayı ərzində rayonun gəncləri 4 respublika gənclər tədbirində, 16 beynəlxalq və 39 respublika idman yarışlarında iştirak etmişlər. İdman yarışlarında gənclərimiz 157 medal, o cümlədən 45 qızıl medal qazanmışlar. Cari ilin doqquz ayında idmançılarımız ABŞ, Türkiyə, İran, Rusiya, Makedoniya, Bolqarıstan və Belarusiyada keçirilən beynəlxalq yarışlarda iştirak edərək 18 qızıl, 10 gümüş və 15 bürünc medal qazanmışdır.

Xüsusilə təqdirəlayiq haldır ki, 10 may 2018-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan və Qarabağ müharibəsi əlillərindən ibarət “Qarabağ Qaziləri” ambutant futbol komandası ilə Gürcüstan Respublikasının əlil veteranlarından ibarət “Tbilisi” komandası arasında Abşeron Olimpiya İdman Kompleksində keçirilmiş oyun, daha sonra Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş və Tbilisi şəhərində keçirilmiş futbol yarışı Azərbaycan və Gürcüstan Respublikaları arasında dostluq əlaqələrinin daha da dərinləşməsində böyük rol oynamışdır.

Gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilmiş, 2018-ci ilin ötən dövrü ərzində 402 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmışdır. Hazırda Ölkə Prezidentinin müvafiq sərəncamına uyğun olaraq gənclərin həqiqi hərbi xidmətə çağırışı rayonda yüksək səviyyədə icra edilir.

Əvvəlki dövrlərdə olduğu kimi hesabat dövründə də yerlərdə sakinlərin səyyar qəbullarına üstünlük verilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova tərəfindən hər həftə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə rayonun qəsəbə və kəndlərində səyyar qəbul-görüşlər keçirilir. Cari ilin 9 ayında 3250 nəfərin iştirakı ilə 28 görüş keçirilmiş, 244 sakinin müraciəti dinlənilmişdir. Qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə həlli ciddi nəzarətə götürülmüşdür.

Sonra Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov, Bağlar Elektrik şəbəkəsinin baş mühəndisi Fizuli Həsənov, Abşeron Qaz Texniki İstismar Xidmətinin mühəndisi Oqtay Kərimov , “Mahmud” kiçik müəssisəsinin rəhbəri Elburus Abbasov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və konalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən başçı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.

Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeronda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib

Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır
Azərbaycanın mövcud resursları Avropanın daha geniş coğrafiyasını qazla təmin etməsinə imkan yaradır