Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib

Tarix:18-10-2018, 19:31

Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib


Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsində cənab Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Yığınçaqda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron rayon şöbəsinin rəisi Ruslan Rəhimov, Respublikanın əməkdar müəllimi, rayon Ağsaqqallar şurasının sədri Nadir Ağayev, YAP Abşeron Rayon Təşkilatının sədri Bilman Vəliyev, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova , Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecin direktoru Ruxsarə Əliyeva çıxış edərək dövlət başçısının hakimiyyətdə olduğu dövrdə mühüm uğurların qazanıldığını qeyd ediblər.

Müstəqilliyin əvvəllərində Azərbaycanın bütün sahələrdə dərin böhran içində olduğu qeyd edilib, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dinamik inkişaf yoluna qədəm qoyduğu diqqətə çatdırılıb. Ümummilli lider Heydər Əliyevin siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində on illər ərzində əldə edilə biləcək nailiyyətlərin qısa müddətdə qazanıldığı xüsusi vurğulanıb. Bildirilib ki, postsovet ölkələri arasında bazar iqtisadiyyatına sürətlə keçid edən ilk respublika olan Azərbaycan regionun güclü ölkəsinə, dünyada söz və nüfuz sahibinə çevrilib.

Qeyd edilib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Ölkənin valyuta ehtiyatları 2003-cü ildəki 1,8 milyard dollardan 46 milyard dollara qədər artıb. Bu illərdə ölkə iqtisadiyyatına 250 milyard dollardan çox investisiya yatırılıb.

Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması Azərbaycanı enerji sahəsində önəmli ölkəyə çevirib. Prezident İlham Əliyevin liderliyi ilə nəhəng enerji və nəqliyyat layihələri reallaşdırılıb. Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri istifadəyə verilib. Dəyəri 40 milyard dollardan çox olan “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi başa çatmaq üzrədir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində dünyanın ən nüfuzlu enerji şirkətləri ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadılıb.

Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə Azərbaycanın nəqliyyat sahəsində əldə etdiyi nailiyyətlər arasında ötən il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyəti süjetdə xüsusi vurğulanaraq, bunun beynəlxalq yükdaşımalarda önəmi diqqətə çatdırılıb.
Bildirilib ki, İlham Əliyevin prezidentliyi dövründə inkişaf etdirilən ən mühüm sahələrdən biri də yüksək texnologiyalar sahəsidir. Ölkədə 2010-cu ildə “Azərkosmos” ASC qurulub. Bundan sonra - 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”, 2014-cü ildə “Azersky”, keçən ay isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.

Toplantıda Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Silahlı Qüvvələrinin dünyanın 50 ən güclü ordusu sırasına daxil olduğu qeyd edilib. Azərbaycan Ordusunun 2016-cı ilin aprelində və 2018-ci ilin mayında Ermənistanın növbəti təxribatlarının qarşısını qətiyyətlə alaraq, torpaqlarımızın bir hissəsini işğaldan azad etdiyi qeyd olunub.

Qeyd edilib ki, hərbi sahədəki uğurlar diplomatiya sahəsində də davam etdirilib və Azərbaycan Ermənistanı dünyada işğalçı ölkə kimi tanıtmağa nail olub. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi torpaqları boşaltması üçün qərar və qətnamələr qəbul ediblər. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Toplantıda oda vurğulanıb ki, dünyada sabitlik və əmin-amanlıq diyarı kimi tanınan Azərbaycan son illərdə bir sıra mötəbər tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, dünyada ilk dəfə keçirilən I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları Bakıda yüksək səviyyədə təşkil olunub. 2016-cı ildən etibarən Bakıda hər il Formula 1 yarışları keçirilir. 2020-ci ildə isə Azərbaycan futbol üzrə Avropa çempionatının bir neçə oyununa ev sahibliyi edəcək.

Tədbirdə ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə əsası qoyulan Azərbaycan-Türkiyə qardaşlığının Prezident İlham Əliyevin hakimiyyəti illərində daha da inkişaf etdiyi, ölkələrimizin birlikdə nəhəng layihələr həyata keçirdikləri bildirilib. Belə layihələrdən birinin - SOCAR-ın İzmirdə inşa etdiyi STAR neft emalı zavodunun yaxın günlərdə istifadəyə veriləcəyi qeyd olunub.

Görüşdə Azərbaycanın inkişafında Prezident İlham Əliyev ilə yanaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın da mühüm rolu olduğu diqqətə çatdırılıb.

Şamo Əliyev

Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib
Abşeronda Prezident İlham Əliyevin ölkə rəhbəri vəzifəsində fəaliyyətinin 15 ililliyinə həsr olunmuş dəyirmi masa keçirilib

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib