Abşeron qəzetinin yeni sayı
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
22-03-2014, 20:03 Oxunub: 1395

Ceyranbatan qəsəbəsində Novruz şənliyi

Ceyranbatan qəsəbəsində Novruz şənliyi Azərbaycan xalqının tarix boyu formalaşan və günümüzədək gəlib çatan adətləri, mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələrini özündə əks etdirən Novruz bayramı Abşeron rayonunun Ceyranbatan qəsəbəsində də təntənə ilə qeyd edildi. Qəsəbənin mədniyyət evinin həyətində keçirilən Novruz şənliyində RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, eləcə də müxtəlif idarə, müəssisələrin rəhbərləri və geniş qəsəbə ictimaiyyəti iştirak etdilər.
İlk öncə qonaqları qarşılayan tarixi keçmişimizdə ululuq rəmzi sayılan Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əminamanlıq arzulaması tədbir iştirakçılarında xoş ovqat yaratdı. Bahar qızı qonaqları bərəkət rəmzi olan duz-çörəklə qarşıladı. Qonaqlar rayon məktəblilərinin və mədəniyyət müəssisələrinin hazırladığı əl işləri ilə tanış olmuş, onların ifasında nümayiş olunan səhnəciklərə tamaşa etdilər.
Bayram şənliyində çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlar qonaqların böyük marağına səbəb oldu. Bayram şənliyində ənənəyə uyğun olaraq tonqal qalandı, Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı.
Milli musiqimizin sədaları altında davam edən Novruz şənliyində Azərbaycanın tanınmış incəsənət ustalarının ifasında bayram konserti tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılandı.Sonda pəhlavanların və kəndirbazın nümayiş etdirdiyi səhnəciklər qəsəbə sakinlərinin ürəyincə oldu

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Dünən, 18:05 | Xocalının “Böyüməyən uşaqlar”ı Ukraynada səhnələşdirilirDünən, 17:44 | "Azərbaycanda gənclər siyasəti dünyada bir nümunədir"Dünən, 17:43 | "Prezidentin qərarı tək sosial addım deyil, dövlətçilik siyasətinin zəruri tərkib hissəsidir"Dünən, 17:41 | Prezident bu sərəncamlarda dəyişiklik etdiDünən, 17:40 | Komitə sədri Mərakeş Krallığının səfiri ilə görüşübDünən, 17:38 | "Azərbaycan gəncinin savadlı olması prioritetdir"Dünən, 17:32 | Müdafiə naziri Rusiyanın hərbi attaşesi ilə görüşübDünən, 17:31 | Bu rayonlarda "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nin tətbiqinə start verilirDünən, 17:30 | Azərbaycanda bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirilibDünən, 17:28 | Prezident İlham Əliyev litvalı həmkarını təbrik edibDünən, 17:20 | Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcəkDünən, 17:19 | Azərbaycanlı polkovnik MDB Dövlət Başçıları Şurasının “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif olunubDünən, 17:16 | Azərbaycanda müəssisələrin enerji şəbəkəsinə qoşulması sadələşdirilibDünən, 17:15 | “Samsung” şirkəti yeni “Galaxy S10” modelini martın 8-də təqdim edəcəkDünən, 16:43 | İradə Gülməmmədova Güzdək qəsəbəsində səyyar qəbul keçirdiDünən, 15:41 | Abşeronda “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda dəyirmi masa keçirilib.Dünən, 13:17 | Qızıl medala layiq görülmüş məzuna medalı təqdim edilib (FOTO)Dünən, 12:55 | "Prezidentin Sərəncamı Azərbaycan gəncliyinə qayğının növbəti təzahüridir"Dünən, 12:41 | Paytaxt məktəblisi ABŞ-da Azərbaycanı yenidən təmsil edəcəkDünən, 12:39 | “Məhəbbət əfsanəsi” baleti Sankt-Peterburqda nümayiş etdiriləcəkDünən, 10:47 | Deputatlarımız Avstraliyaya gedirlərDünən, 10:46 | Nazir: "Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır"