Abşeron qəzetinin yeni sayı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
28-11-2018, 16:23 Oxunub: 533

İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü

İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü


Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Məmmədli kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədov səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Məmmədli kənd sakinləri ilə cari ilin iyulun 6-da görüş keçirildiyini vurğulayan başçı ötən müddət ərzində bir çox işlərin görüldüyünü, sakinlər tərəfindən qaldırılan problemlərin həlli olunduğunu qeyd edib.

Daha sonra Məmmədli kənd bələdiyyəsinin sədri Xəyaləddin Məmmədov çıxış edərək kənddə görülən quruculuq və abadlıq işləri barədə ətraflı məlumat verib.

Qəbula gələn sakinlər keçən görüşdən sonra Məmmədli kəndində abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildiriblər.

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.

Şamo Əliyev

İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
İradə Gülməmmədova Məmmədli kəndində sakinlərlə görüşdü
XƏBƏR LENTİ
Dünən, 17:28 | İradə Gülməmmədova yubilyarları təbrik edibDünən, 16:34 | İradə Gülməmmədova növbəti dəfə vətəndaşları fərdi qaydada qəbul edibDünən, 16:28 | Dövlət Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşübDünən, 16:08 | Azərbaycan ilə Hindistan arasında gömrük sahəsində saziş imzalanacaqDünən, 14:50 | Sergey Markov: "Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində Cənubi Qafqazın ən mühüm ölkəsidir"Dünən, 14:48 | "Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün böyük iş aparılır"Dünən, 14:34 | Respublika Veteranlar Təşkilatında Ulu Öndər Heydər Əliyeyin anım mərasimi keçirilibDünən, 14:30 | Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı ahıska türkləri ilə görüşübDünən, 11:23 | Prezident İlham Əliyev Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirini qəbul edibDünən, 11:18 | Azərbaycan Prezidenti Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edibDünən, 09:45 | Kolumbiyada ölkəmiz barədə sənədli filmin hazırlanması arzusu bildirilib9-12-2018, 19:05 | Masazır və Məhəmmədi qəsəbələrində əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı təmin olunub8-12-2018, 11:39 | Ekspert: Azərbaycanın MDB məkanı üçün nə qədər önəmli olduğunu bu təşkilatın son qeyri-rəsmi sammiti bir daha göstərdi8-12-2018, 10:56 | Yeni AirPods hazırlanır8-12-2018, 10:55 | Ultrasəslə işləyən barmaq izi sensoru hazırlanıb8-12-2018, 10:54 | Android planşetləri üçün WhatsApp olacaq8-12-2018, 09:52 | "Ağıllı" əlil arabaları mimika ilə idarə olunacaq7-12-2018, 16:11 | Qarabağ qaziləri ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)7-12-2018, 15:55 | İradə Gülməmmədovanın Novxanı kənd sakinləri ilə səyyar qəbulu keçirilib7-12-2018, 15:21 | Hikmət Hacıyev: Sankt-Peterburqdakı tədbirdə Prezident İlham Əliyevin Nikol Paşinyanla da söhbəti olub7-12-2018, 15:21 | Polşada “Azərbaycan Ticarət Evi” açılıb7-12-2018, 15:11 | Xırdalan sakinlərinin nəzərinə!