Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR

Tarix:11-12-2018, 20:41
Baxış Sayı:873

Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir.

Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyul ayında başlanılmış layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan + 118 “Abşeron” və +82 “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 4,5 km uzunluğunda magistral su xəttinin tikintisi nəzərdə tutulur. Hazırda magistral kəmərin 1,3 km-lik hissəsi inşa edilib və su anbarlarının tikintisi davam etdirilir.

Xırdalan şəhərində 168 km paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ədəd ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 108 km-lik hissəsində işlər yekunlaşıb, 11582 ev birləşmələri və 902 ədəd sayğac quraşdırılıb. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində 570 yanğın hidrantının 251 ədədi quraşdırılmışdır.

Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək 61 km-lik hissəsinin inşası yekunlaşmış, 4899 ədəd kanalizasiya ev birləşməsi verilmişdir.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Artıq şəhər ərazisində su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşan küçələrin asfaltlanması işləri aparılır. Belə ki, bir çox prospekt və küçələrdə işlər yekunlaşıb. Hazırda şəhərin Nizami küçəsində yolun yenidən qurulması işləri aparılır.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.

Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR
Xırdalanın Nizami küçəsində asfaltlanma işləri aparılır-FOTOLAR

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilib
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Türkiyənin müdafiə naziri Azərbaycana yola düşüb
Prezident taksi sürdü - Video
Prezident taksi sürdü - Video
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Abşeronda təbliğat işləri gündəlik həyata keçirilir
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır - Millət vəkili Şahin Seyidzadə
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeronda bu qəsəbənin içməli su problemi həll edildi - Video
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Abşeron təhsilinin növbəti uğuru - şagird imtahanda maksimum bal yığdı
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Mobil qruplar Abşeronda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində təbliğat aparır
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
Xırdalanın daha bir küçəsi əsaslı şəkildə yenidən qurulur - FOTO
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
İradə Gülməmmədova Xırdalanda təbliğat işləri apardı
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Azərbaycanın iqtisadi gücü ən mürəkkəb hallarda mühüm qərarlar qəbul etməyə imkan verir
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Operativ Qərargah avqustun 5-dən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verib
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda SMS icazə sistemi ləğv edilir
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Abşeronda həftəsonları ictimai nəqliyyat işləməyəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Vəkillər vətəndaşlara ödənişsiz hüquqi yardım göstərəcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Avqust 5-dən etibarən çimərliklərə getməyə icazə veriləcək
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Dilşad Abbasovanın 70 yaşı tamam oldu
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var
Masazır kəndində dezinfeksiya işləri aparılıb
Masazır kəndində dezinfeksiya işləri aparılıb