Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 22-ci ildönümü ilə əlaqədar bu gün Abşeron rayon YAP GB-nın fəal üzvləri "Ana Yurdum Şuşa" adlı tədbir keçirdilər.
Tədbir Şuşanın tarixi və ermənilər tərəfindən işğalına həsr edilmiş "Ana Yurdum Şuşa" adlı sənədli filmin nümayişi ilə başladı.
Tədbirdə çıxış edən YAP GB-nın fəal üzvü Şamo Əliyev qeyd etdi ki, ermənilər 1988-ci ildən başlayaraq Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal ediblər. BMT-nin qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq, Ermənistan onları yerinə yetirmək imtina edir və işğalçılıq siyasətini bu gün də davam etdirir. Bu təcavüz nəticəsində on minlərlə insan şəhid olub, yaralanıb, 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi şəkildə köçkün düşüb, işğal olunmuş maddi-mədəniyyət abidələri məhv edilib.
Daha sonra çıxış edən YAP GB-nin sədr müavini Çinarə Sadıqova qeyd etdi ki,Azərbaycan Prezidentinin rəhbərliyi altında işğal olunmuş torpaqlarımız azad ediləcək, məcburi köçkünlər doğma yerlərinə qayıdacaq, azad edilmiş torpaqlarda Azərbaycanın üçrəngli bayrağı dalğalanacaq.