Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayon məktəblərində "Son Zəng" günü qeyd edildi

Tarix:1-06-2014, 01:57

Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.

Son zəngə tələsmə demək istərdim
Ancaq zaman bizlər üçün yaman tələsir.
Oğlanlar kövrəlir, qızlar ağlayır,
Məktəb bizim üçün əlçatmaz qalır.


Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Ənənvi olaraq «Son zəng» tədbirləri Abşeron rayonunun bütün 36 orta məktəbində təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən böyük hazırlıq işləri aparılmış, bilik bayramının yüksək səviyyədə, butun məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan bir əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişlər.

Abşeron rayonunda 36 orta məktəblərində təhsil alan şagirdlərin 11-ci snif şagirdlərindən 1596-sı məzundur. Şəhərin mərkəzində yerləşən 2 saylı tam orta məktəbdə ümumilikdə 3117 nəfər şagird təhsil alır. Bu il 8 sinifdə 166 şagird 11-ci sinifi bitirir.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Tədbirə toplaşan məzunları, onların validenylərini və çoxsaylı qonaqları salamlayan 2 saylı orta məktəbin direktoru Ədalət xanım məktəb kollektivinin uğurlarını qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri ilə respublikamızda təhsilə olan diqqət və qayğıdan, rayon rəhbəri cənab Zakir Fərəcovun göstərişinə əsasən 2 saylı tam orta məktəbin yenidən əsaslı təmir edilməsindən, burada müasir təhsil üçün hər cür şərait yaradılmasından danışdı, məzunları Prezidentimiz kimi vətənpərvər, işgüzar olmağa çağırd, onlara gələcək həyatda uğurlar arzuladı.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Tədbirdə iştirak edə Abşeron rayon təhsil şöbəsinin metodisti Çinarə Sadıqova məktəbi bitirən 11-ciləri təbrik etdi və onlara gələcək həyatlarında uğurlar, eyni zamanda ali məktəbə qəbul olmağı arzuladı.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Tədbirdə qonaqlarla yanaşı həmdə ki, Abşeron rayon icra hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlham Quluyevdə iştirak edirdi.Tədbir iştirakçılarını və məzunları salamlayan İlham müəllim rayon rəhbərinin salamlarını məzunlara catıraraq qeyd etdi ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan gənclərinin hamisi və sevimlisi,Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizdə gənclərin yaşayış səviyyəsi durmadan yaxşılaşır, təhsil və digər problemləri uğurla həll edilir. Rayon Icra Hakimiyyəti başçısı cənab Zakir Fərəcov gündən-günə gözəlləşən,abadlaşan, iqtisadiyyatı surətlə inkişaf edən doğma Abşeronun gələcəyini yalnız bilikli, yüksək təhsilə malik gənclərin yetişdirilməsində görür. İlham Quluyev Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından 2013-2014-cü dərs ilini müvəfəqiyyətlə başa çatdırdıqları üçün məktəb kollektivini təbrik etmiş, bu il məktəbi bitirən məzunlara təhsilin növbəti mərhələlərində uğurlar arzulamışdır. Çıxışında lham Quluyev 2 saylı tam orta məktəbin rayonun ümumtəhsil məktəblərinin içərisində xüsusi yerini qeyd edərək məktəbin ötən ilki yüksək nailiyyətlərindən danışmış və bu il bundan da yüksək göstəricilərə nail olunmasını arzulamışdır.

Sonda tədbirdə valideynlər, müəllimlər qonaqlar onbirinciləri təbrik etdilər, məzunlar isə mahnı və rəqsləri ilə öz məharətlərini göstərdilər.

Rayonumuzun mərkəzindəki 9 saylı məktəbində keçirilən son zəng tədbirləri xüsusi təntənə təşkil olunmuşdur. 7 yaşlı, böyük ənənələrə malik 9 saylı məktəbdə hazırda 2325 şagird təhsil alır. Bu il məktəbi 109 məzun bitirir.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Rayon rəhbəri cənab Zakir Fərəcovun göstərişinə əsasən 2007-cu ildə tikilmiş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuş 9 saylı Təhsil Kompleksi bu gün şəhərimizin mərkəzi üçün gözəl memarlıq abidəsinə çevrilmişdir.
«Son zəng» tədbirində məzunları və birinciləri, onların valideynlərini və çoxsaylı qonaqları salamlayan 9 saylı Təhsil Kompleksin direktoru Həcər xanım çıxışını Ümummmilli liderimiz Heydər Əliyevin «Təhsil millətin gələcəyidir» sözləri ilə başladı, Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışdı, son vaxtlarda məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verdi və bu ilki məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar arzuladı. Həcər xanım həmçinin bu gözəl və hər cür tələblərə cavab verən Məktəbə görə məktəb kolletivi adından ölkə rəhbərliyinə və rayon rəhbəri cənab Zakir Fərəcova minnətdarlığını bildirmişdir.
Tədbir məktəblilərin musiqili-bədii çıxışları ilə davam etdi, müəllimlər, valideynlər, çoxsaylı qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzuladılar.

9 saylı məktəblərdə keçirilən tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyətinin Başçısının müavini,Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Faiq Kərimov rayon rəhbəri cənab Zakir Fərəcov tərəfindən Abşeron rayonunda təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın da təhsilin inkişafı istiqamətindəki fəaliyyəti barədə danışdı.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Faiq Kərimov müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və bu qəbildən Abşeron rayonunda həyata keçirilən layihələr barədə də ətraflı məlumat vermiş, məktəblərin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulamışdır.
Tədbirlərdə iştirak edən digər qonaqlar müstəqil həyatın astanasında duran məzunlara uğurlar, olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi


Bir çox məktəblər kimi Xırdalan 1 saylı orta məktəbdə də “Son zəng” tədbiri təmtəraqlı təşkil edilmişdi. Məktəbin direktoru Kamran Rzayev Abşeron Xəbərə açıqlamasında bildirdi ki, bu il 1 saylı məktəb 8 sinifi ilə vidalaşır.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Ümumilikdə 165 şagird məktəbi bitirir. Onlardan 143 Azərbaycan, 22 rus bölməsinin payına düşür.Qeyd edək ki,Ümummilli liderimiz Heydər Əliyev 1981-ci ildə bu məktəbdə olmuş,müəllim və şagird kollektivi ilə görüşmüşdür.
2014-2015-ci dərs ilindən Abşeron rayon icra hakimiyyəti başçısı Zakir Fərəcovun dəstəyi ilə 840 yerlik yeni məktəb korpusu şagirdlərin istifadəsinə veriləcəkdir.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi


Abşeron rayonundakı Masazır 3 nömrəli tam orta məktəbində son zəng mərasimi oldu.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Mərasimdə təhsil müəssisəsinin direktoru Səidə xanım Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğıdan, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışdı.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Rəhbərlik etdiyi məktəbdə qazanılan nailiyyətləri xatırladan direktor, eyni zamanda, bu il təhsil müəssisəsini 26 şagirdin bitirdiyini söylədi
Məktəbin direktoru onbirinciləri, birinciləri, onların valideynlərini və müəllimləri təbrik etdi.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Məktəbin təhsildə fərqlənən müəllim və şagirdlərinə fəxri fərmanlar təqdim olundu.
Daha sonra çıxış edən Abşeron rayon icra hakimiyyətinin işçisi Elvin Zalov məzunlara gələcək həyatlarında uğurlar arzuladı, onları məktəbi başa vurmaqları münasibəti ilə təbrik edi.
Abşeron rayon məktəblərində "Son Zəng"  günü qeyd edildi

Sonra onbirincilər və birincilər vətənpərvərlik mövzularında şeirlər söylədi, mahnılar ifa etdilər.

Abşeron rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçmiş və məzunların həyatında yaddaqalan bir günə çevrilmişdir.
Ənənəvi olaraq orta məktəblərdə keçirilən son zəng tədbirlərində Abşeron rayon İcra Hakimiyyətinin kollektivi və ictimaiyyətin nümayəndələri, ağsaqqallar, mədəniyyət xadimləri iştirak etmişlər.
Son zəng boyunca Abşeron rayon polis şöbəsinin əməkdaşalrı məktəblərdə gücləndirilimiş iş rejimində çalışıblar.
Baş redaktor: Şamo Əliyev

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib