Gənclər Mərkəzi 20 avqust 2008-ci ildə istifadəyə verilmişdir.
Mərkəz 2 mərtəbədən ibarət olmaqla ,ümumi sahəsi 820 kv.m-dir.
I mərtəbədə:Ümumilikdə 8 otaq yerləşir.1 otaq Yazıçılar Birliyinin Abşeron rayon şöbəsinin otağı,5 otaq Abşeron Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin otağı və 2 yardımçı otaqlardan ibarətdir.
II mərtəbədə: Ümumilikdə 6 otaq və 1 zal yerləşir.1 otaq Abşeron qəzeti redaksiyasının otağı ,4 otaq Zəngin Tədris Mərkəzinin otağı,1 bilyard zalı və 1 yardımçı otaqlardan ibarətdir.
Qeyd edək ki, bərpa işləri aparılarkən binanın ilkin quruluşu saxlanmaqla yanaşı, müasir su-kanalizasiya, istilik, işıqlandırma və havalandırma sistemləri də qurulacaq.
Mərkəz rayonun daxili imkanları hesabına təmir edilir.
Baş redaktor: Şamo Əliyev