Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ

Tarix:22-06-2014, 22:23

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ
Yalçın Fərəcov: “ Zakir müəllim 9 illik fəaliyyəti dövründə bütün gücünü prezidentin etimadını doğrultmağa, Abşeronun ötən əsrin 70-80-ci illərdəki şöhrətini bərpa etməyə sərf edib”

Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına xüsusi diqqət yetirməsi təbii ki, Abşeron rayonunun inkişafında da özünü göstərib. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş 2 Dövlət Proqramı Abşeronda çox böyük uğurla həyata keçirilib. Bilirsiniz ki, cənab İlham Əliyev ilk gündən inkişaf prosesində tarazlığın və davamlılığın təmin edilməsini, hər bir bölgənin faydalı məşğulluq ənənələrinin bərpasını strateji məqsəd kimi qarşıya qoyub. Bu prinsip Abşeronun sosial-iqtisadi inkişafında da əsas götürülüb. Bundan əlavə, cənab Prezident rayon rəhbərliyinin qarşısında ölkənin paytaxtının giriş qapılarından sayılan Abşeronun simasını tamamilə dəyişmək, onu respublikanın ən inkişaf etmiş bölgələrindən birinə çevirmək vəzifəsi qoyub. Qeyd edim ki, 2005-ci ilin avqustunda Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilərkən, rayonun sosial-iqtisadi göstəriciləri orta respublika səviyyəsindən kəskin surətdə aşağı idi. Bundan əlavə, infrastruktur dağılmış, sosial problemlər, işsizlik artmışdı. Eyni zamanda ictimai binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə və mədəniyyət ocaqlarının yerləşdiyi binaların böyük əksəriyyəti qəzalı vəziyyətə düşmüş, küçə və yolları bərbad halda idi.

Məhz belə bir vaxtda cənab Prezident yüksək etimad göstərərək, Abşerona Zakir müəllimi icra başçısı təyin edərək, onun qarşısında qısa müddətdə rayonu bu vəziyyətdən çıxarmaq vəzifəsini qoydu. Zakir müəllim də bu 9 illik fəaliyyəti dövründə bütün gücünü Prezidentin etimadını doğrultmağa, Abşeronun ötən əsrin 70-80-ci illərdəki şöhrətini bərpa etməyə sərf edib. Bununla bağlı olaraq qısa müddətdə böyük işlər görülüb. Bu işlərin görülməsi üçün rayonun bütün yaşayış məntəqələrində yerli ziyalılarla, nüfuzlu ağsaqqallarla görüşülüb, onların fikirləri öyrənilib. Onların rəyləri Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan şuranın iclaslarında vaxtaşırı müzakirə edilərək, tədbirlər planı tutulub və həyata keçirilib.

Bu müddətdə görülən işlərin miqyası o qədər böyükdür ki, onları bir müsahibədə sadalayıb-qutarmaq mümkün deyil. Ancaq oxucularınızda müəyyən təsəvvür yaransın deyə, bəzi işlər barədə məlumat vermək istərdim. Qeyd edim ki, son 8-9 ildə Abşeron rayonunda 100-ə yaxın mühüm əhəmiyyətə malik obyekt tikilərək istifadəyə verilib. Bunları müxtəlif istiqamətlərdə qruplaşdırmaq olar. İlk növbədə Abşeronun tamamilə dəyişməsinə səbəb olan abadlıq- quruculuq işlərindən başlamaq istərdim. Zakir müəllim fəaliyyətə başlayan kimi, yaşayış məntəqələrinin, ilk növbədə, əsas küçə və yolların abadlaşdırılmasına dair proqram müəyyən edildi. Son 9 ildə yaşayış məntəqələri arasındakı yollara, daxili küçə və meydanlara 520 min kubmetr qırmadaş tökülüb bərkidilmiş, 3,2 milyon kvadratmetrdən artıq asfalt örtük çəkilmişdir.
“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ
Piyada səkilərinin nəqliyyatın hərəkət zolağından ayrılmasını təmin etmək üçün 30 min metrdən artıq uzunluqda bardür quraşdırılmış, 21 min kvadratmetrdən artıq səki daşı, səkilərin təxminən 9 min kvadratmetrinə tamet döşənmişdir. 10 min kvadratmetrdən artıq hasar örülmüşdür. Şəhər, qəsəbə və kəndlərin əsas küçə və yolları boyunca yaşayış evləri, ictimai binalar, özəl obyektlər və hasarların üst-üstə 100 min kvadratmetrə yaxin fasadları müasir üzlük materiallardan yonulmuş milli ornamentlərlə bəzədilmişdir. Rayonun elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatındakı problemlər demək olar ki, aradan qaldırılmışdır.

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ


Yaşayış məntəqələrində 400-dən çox müxtəlif gücə malik transformator quraşdırılmış, 1200 km-dən çox hava elektrik ötürücü xətləri çəkilmiş, şəbəkədaxili 183,2 km uzunluqda özünü izolyasiya örtüklü kabel xətləri çəkilərək sayğaclaşdırma başa çatdırılmışdır. Xırdalan şəhərindəki Əliağa Vahid elektrik yarımstansiyası yenidən qurulmuş, Masazırda 50 meqavolt amperlik yeni yarımstansiyanın tikinti-quraşdırma işləri tamamlanmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçəvəsində rayonun qaz təsərrüfatı da əsaslı surətdə yenidən qurulub. Təkcə bir faktı – 1300 km-ə yaxın daşıyıcı qaz xəttinin çəkilməsini qeyd etmək kifayətdir ki, bu sahədə görülən işin həcmi barədə əyani təsəvvür yaransın. Bundan əlavə, 32 yeni qaz tənzimləyici şkaf qurulmuş, minlərlə ev qazlaşdırılmışdır.

Eyni zamanda 114,7 km yeni su xətləri çəkilmiş, 20,2 km korroziyaya uğramış xətt bərpa olunmuş, mövcud kanalizasiya şəbəkəsi xeyli genişləndirilmişdir. Qəsəbə və kəndlərdə qar-yağış sularını kənarlaşdırmaq üçün 18,5 km arx tikilmiş, 80,1 km kanalizasiya xətləri çəkilmişdir.

Qobu, Görədil, Masazır, Hökməli və dıgər qəsəbələrdə yeni su nasosxanaları tikilib istifdəyə verilmişdir. Eyni zamanda daxili imkanlar hesabına rayonun demək olar ki, bütün qəsəbələrində su və kanalizasiya xətləri yenidən qurulmuşdur.

Qeyd edim ki, rayonda abadlıq və quruculuq sahəsində 2005-ci ildən başladığımız çoxşaxəli tədbirlərin miqyası ildən-ilə artırılır. Rayonda yol infrastrukturunun inkişafı istiqamətində mühüm işlər görülmüşdür. 2013-cü ildə daxili imkanlarımız hesabına rayonun yaşayış məntəqələrinin küçə və yollarına 329 min kv.metr asfalt örtük çəkilmişdir.

Rayon ərazisindən keçən Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfinin abadlaşdırılması tamamlanmaq üzrədir . Prezident İlham Əliyevin sərəncamlarının icrası ilə əlaqədar uzunluğu 27,9 km olan Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulmuş, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta və Masazır-Saray-Novxanı avtomobil yolları genişləndirilərək yenidən qurulur.

Bunlarla yanaşı yeni binların tikintisi də davam etdirilmişdir. Rayonun əksər qəsəblərində icra nümayəndəlikləri və bələdiyyələr üçün ya yeni inzibati binalar tikilmiş, ya da əsaslı təmir edilmişdir. Fatmayı kəndində yeni klub, Qobuda 2 mərtəbəli mədəniyyət sarayı, Ceyranbatan qəsəbəsinə mədəniyyət evi tikilib istifadəyə verilmişdir. Xırdalan şəhərində 2 saylı Ərazi Vergilər İdarəsinin terminalı, ƏSMM-in rayon şöbəsi, Statistika idarəsi, MTN-in rayon şöbəsi, 45 saylı Abşeron Seçki Dairəsi, rabitə xidməti üçün yeni inzibati binalar və sair istifadəyə verilmişdir. Rayonda Heydər Əliyev adına mədəniyət və istirahət parki salınmışdır. Parkın ərazisindəki Tarix-diyarşünaslıq Muzeyi əsaslı qaydada yenidən quruldu, əlavə eksponatlarla zənginləşdirildi. Parkdakı Heydər Əliyev Mərkəzi üçün tikilən 4 mərtəbəli, ümumi sahəsi 4000 kv.metr olan yeni bina yaxın günlərdə istifadəyə veriləcəkdir. Bundan əlavə rayonda ümumilli liderin abidəsi də ucaldılmışdır. Əbəttə, görülən abdlıq–quruculuq işlərinin miqyası bunlarla yekunlaşmır, çox genişdir. Bir sözlə, Abşeron bu gün dinamik inkişafdadır.
“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ

- Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Abşeron rayonu uğurlu sosial-iqtisadi inkişaf mərhələsini yaşayır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarıında qarşıya qoyulan məqsədlərin uğurla icra edilməsi Abşeron rayonunun 50 illik tarixində inkişafın ən yüksək zirvəsinə çatmasına, tərəqqi mərhələsinin başlanmasına əsaslı surətdə təkan verib. Prezidentin təlimatı əsasında Zakir müəllim içra başcısı təyin olunduqdan az sonra rayon iqtisadiyyatının gücləndirilməsini təmin etmək üçün Abşeronda iri müəssisələrin açılmasına çalışdı. Qısa müddətdə iri istehsal müəssisələri tikilərək işə salındı. Abşeronda “Mətanət-A”, “Azbentonit” MMC-lər, “Ay qida”, “Aysu”, “Səhliyalı”, “Karmen” MMC makaron fabriki kimi sənaye müəssisələrinin, Masazır duz zavodu, Qobu, Aşağı Güzdək, Məmmədli kərpic zavodlarının və digərlərinin işə düşməsi rayon iqtisadiyyatının güclənməsində, eyni zamanda məşğulluğun təmin edilməsi və yoxsulluğun azaldılmasında mühüm əhəmiyyət kəsb edir. Son illər bura AZMDF , “M-Line” mebel zavodları, “Milla” süd məhsulları və dondurma istehsalı zavodunu və sairi müəssisələrin ələvə olunması həm rayon iqtisadiyyatının güçlənməsinə, həm də əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb.

Ölkə Prezidentinin regionların iqtisadiyyatının gücləndirilməsi, respublikada qeyri-neft sektorunun inkişafı ilə bağlı siyasəti Abşeronda çox uğurla həyata keçirilir. Bunun nəticəsidir ki, əvvəllər rayonumuzda da büdcə xərclərinin cəmi 10-15 faizi yerli gəlirlər hesabına ödənilirdisə, indi bu tam şəkildə ödənilir. Son üç ildə, o cümlədən 2013-cü ildə də rayonumuzun iqtisadiyyatının güclənməsi respublikanın regionları arasında ilk olaraq bizə imkan yaratmışdır ki, yerli gəlirlər hesabına büdcəmizi formalaşdırmağı təmin edək. Ötən il yerli büdcəyə 28 milyon 253 min manat vəsait cəlb olunaraq proqnoza 102 faiz əməl edilmiş, rayonun yerli büdcəsinin xərcləri isə 99 faiz icra olunmuşdur.

Ötən il rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri 106,7 milyon manatlıq məhsul istehsal etmişlər. Bunun 74 faizi qeyri-dövlət sektorunun payına düşür. Vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin tam aradan qaldırılmasına yönəldilmiş tədbirlər öz səmərəsini verməkdədir. Ötən il iş axtaran və işsiz vətəndaşlardan 917 nəfəri rayon məşğulluq mərkəzinə müraciət etmiş, onlardan 501 nəfəri münasib işlə təmin olunmuş, 52 nəfərə isə işsiz statusu verilərək müavinət təyin edilmişdir.

Rayonda məşğul əhalinin sayı artaraq 123 738 nəfərə çatmışdır. Bunu rayonda sahibkarlığa dəstəyin artırılması, yeni müəssisələrin işə salınmasına geniş imkanlar yaradılması və istehsalın genişləndirilməsinin nəticəsi kimi qiymətləndirmək olar. Bu hesaba 2834 yeni iş yeri açılmış, 2004-cü ildən bəri rayonda açılmış yeni iş yerlərinin ümumi sayı 18 mini ötmüşdür.

Rayon iqtisadiyyatının güclənməsi aztəminatlı və şəhid ailələrinə, kimsəsizlərə yardımları artırmağa da imkan verib. 2013-cü ildə rayon üzrə 383 aztəminatlı və şəhid ailəsinə, kimsəsizlərə və tənha ahıllara, məcburi köçkünlərə Rayon İcra Hakimiyyəti Başçısı yanında Büdcədənkənar İnkişaf və Bərpa Fondundan 94930 manat yardım göstərilmişdir.

Cənab İlham Əliyevin 2014-cü ili ölkəmizdə «Sənaye ili» elan etməsi ilə əlaqədar rayonumuzda bu sahənin inkişafına ciddi önəm verilir. İxrac yönümlü sənaye məhsullarının istehsalının və emalının əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ

- Məlumdur ki, Abşeron rayonu Azərbaycanın ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Rayonun ərazisi 1966,1 kv km-dir, qeydiyyatda olan əhalinin sayı isə 200 min nəfərdən çoxdur. Rayon ərazisində 1 şəhər, 8 qəsəbə və 6 kənd var. Bu baxımdan Abşeron camaatının məyyən hissəsi daima kənd təsərrüfatı ilə – tərəvəzçilik, bağçılıq, heyvandarlıqla məşğul olub. Son illər qeyri-neft sektorunun prioritet sahələrindən biri kimi aqrar sferanın yüksəlişinə Abşeronda da diqqət artırılıb.
Uzun illər rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatı məhsullarının istehsalı bir dövr laqeydlik ucbatından kəskin surətdə azallb. Ötən əsrin 90-cı illərində, ölkənin hər yerində olduğu kimi, Abşeronda da kənd təsərrüfatı istehsalı tənəzzülə uğramış, suvarma sistemi bərbad vəziyyətə düşmüş, hətta bu diyarın özünəməxsus nemətləri olan zəfəran, zeytun, məşhur Hövsan soğanı, dəmyə şəraitdə yetişdirilən Zirə qarpızı, yüksək şəkərliyi ilə seçilən Bilgəh kökü və sair nadir bitkilərin əkilib-becərilməsi unudulmağa doğru gedirdi. 2005-ci ildə əvvəlki illərə nisbətən meyvə istehsalı 997 ton, o cümlədən zeytun istehsalı 905 ton, badam 107 ton, innab 20 sentner azalmışdı. Buna görə də, yerli gəlirlər hesabına büdcə xərclərinin vur-tut 10-12 faizi ödənilirdi. Bütün bunlar ölkə rəhbərliyini də qayğılandırdığından, rayonun rəhbərliyi möhkəmləndirildi, qarşıya təxirəsalınmaz vəzifələr qoyuldu. Rayona investisiya qoyuluşlarına, kiçik və orta sahibkarlığın genişlənməsinə şərait yaradıldı. İri sənaye müəssisələri tikilib işə salınmaqla yanaşı, aqrar sahənin dirçəldilməsinə qayğı artırıldı. 2005-ci ilə nisbətən ötən dövr ərzində rayon üzrə orta illik ümumi daxili məhsulun həcmi 10 dəfə artırılaraq, təxminən 1, 2 milyard manata, sənaye məhsulları istehsalı 3 dəfə artırılaraq 400 milyon manata, kənd təsərrüfatı məhsulları istehsalı 3 dəfə artırılaraq 200 milyon manata çatdırılmışdır..

Son illər aqrar sektorun sənaye əsasında inkişafı daha sürətlə gedir. Yeni-yeni fermer təsərrüfatları yaranır, il boyu tərəvəz istehsalına imkan verən istixanalar şəbəkəsi genişlənir. Ət və süd, digər heyvandarlıq məhsullarının istehsalının artımı ilə yanaşı, kiçik və orta emal müəssisələri işə salınır.

Bunun nəticəsində Abşeron rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı aparıcı mövqeyini bərpa edir. Hazırda 3131 hektar torpaq çoxillik əkmələr altındadır. Əkin və dincə qoyulmuş torpaq sahələri cəmi təhkim edilmiş torpaqların 6,8 faizini, çoxillik əkmələr altında olan torpaq sahələri isə 1,4 faizini təşkil edir.

Rayonda kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər öz nəticəsini artıq verməkdədir. 2014-cü ilin yanvarın 1-ə olan statistik məlumata əsasən, qəsəbə və kəndlərimizin əhalisinin şəxsi mülkiyyətində 19418 baş iri buynuzlu mal-qara, o cümlədən 105 min başa yaxın davar vardır. İl ərzində rayonda 2409 ton ət, 40959 ton süd, 52,5 milyon ədəd yumurta istehsal olunmuşdur. Tərəvəzçiliyin örtülü sahələrdə yerləşdirilməsi və ümumi sahəsi 67 hektara çatdırılmış yeni istixanaların tikilib işə salınması ildən-ilə şəhər bazarlarına çıxarılan məhsulun artımını təmin edir. Keçən il rayonda 6650 ton tərəvəz istehsal olunmuşdur ki, bu da əvvəlki ildəkindən 204,5 ton çoxdur.

Təqdirəlayiq haldır ki, kənd təsərrüfatının Abşerona xas sahələri olan zəfərançılıq bərpa edilir, zeytun bağlarının və üzüm plantasiyalarının sahəsi genişlənir. Həyətlərdə becərilən zəfəranı nəzərə almadan son beş il ərzində quru zəfəran istehsalının 17 kiloqrama, əkin sahəsinin 23 hektara çatdırılması, üzümlüklərin sahəsinin genişləndirilməsi, nadir nemətimiz olan zeytunun istehsalı və emalı rayonumuzun kənd təsərrüfatı sahəsində uzun illər unudulmaqda olan şöhrətinin qaytarılmasını təmin etməkdədir.

Ötən il rayonda 1000 tona yaxın meyvə, o cümlədən 454 ton zeytun istehsal olunmuş, 32 hektarda yeni zeytun bağı salınmış, üzümlüklərin sahəsi 300 hektara çatdırılmışdır.

Təbii ki, bu inkişafda dövlətin sahibkarlara olan dəstəyinin də böyük rolu vardır. Təkçə ötən il ərzində Sahibkarlığa Kömək Milli Fondundan rayon üzrə 90 nəfərə 12,3 milyon manat vəsait verilmişdir. Bu da rayonda sahibkarlığın iqdisadi inkişafına böyük təkan olmuşdur.

-Yalçın müəllim, hər bir rayonun inkişafını xarakterizə edən əsas göstəricilərdən biri də təhsil və səhiyyənin inkişaf səviyyəsidir. Bu istiqamətlərdə Abşeronda hansı işlər görülüb?

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ
Bəli, təhsil, səhiyyə, həmçinin idman və mədəniyyət diqqət tələb edən çox vacib sahələrdir. Dövlətimiz də bu sahələrə xüsusi qayğı göstərir. Cox təəssüf ki, 1982-ci ildən 2005-ci ilədək rayonun ərazisində nəinki ümumtəhsil məktəbi tikilməmiş, hətta mövcud məktəblərin əsaslı təmiri belə təmin olunmamışdı. Möhtərəm Prezidentin böyük qayğısı və ümumiyyətlə, ölkədə təhsilin kökündən yaxşılaşdırılması problemlərinə diqqətini rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsində, məktəb şəbəkəsinin genişləndirilməsində bir daha yaxından gördük. Rayonda “təhsil ili” elan etdiyimiz 2006-cı ilin 12 sentyabrında Abşerona tarixi səfəri çərçivəsində Xırdalan şəhərində 1296 yerlik orta məktəbin təməlini qoyan möhtərəm Prezident İlham Əliyevin xeyir-duası ilə 2006-2007-ci illərdə rayonda 12 yeni orta ümumtəhsil məktəbi tikilib istifadəyə verildi. 1660 şagird yerlik 83 əlavə sinif otağından ibarət tədris korpusları inşa olundu. 2008-2009-cu dərs ili ərəfəsində daha iki orta məktəbin tikintisi başa çatdırıldı.Ümumiyyətlə, 2005-ci ildən sonra rayonda 15 orta məktəb binası tikili istifadəyə verilib. Burda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da rolunun böyük olduğunu xüsusi qeyd eməliyəm. Məhz onun təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Abşeron rayonunda üst-üstə 980 şagird yeri olan 3 orta ümumtəhsil məktəbi tiklib istifadəyə verilmiş, həmin təhsil ocaqları ən müasir tədris vasitələri, avadanlıq və inventarla təchiz olunmuşdur. Bunların içində Masazırda tikilən, memarlıq baxımından bəlkə də analoqu olmaya 500 şagird yerlik möhtəşəm 3 saylı kənd orta məktəbini xüsusi qeyd etmək olar.

Bundan əlavə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Saray qəsəbəsindəki 7 saylı internat evi başdan-başa əsaslı qaydada təmir olunmuşdur.

Ümumiyətlə, rayonda 34 orta, 2 əsas ümumtəhsil məktəbi, 24 məktəbəqədər uşaq müəssisəsi var. Son illər bütün məktəblərin istilik sistemləri tam bərpa edilmiş, inventarları təzələnmiş, müasir kompüter sinifləri yaradılmışdır.

Təkcə ötən il Məmmədli kəndində 960 şagird yerlik tam orta məktəb binası, Xırdalan şəhərində 7 saylı tam orta məktəb üçün 240 şagird yerlik, Masazır kəndindəki 3 saylı məktəb üçün 400 şagird yerlik əlavə tədris korpusları , Digah qəsəbəsində isə dörd qruplu uşaq bağçası tikilib istifadəyə verilmişdir.

Heydər Əliyev Fondun “Təhsilə dəstək” layihəsinə uyğun olaraq rayonun məktəbəqədər uşaq müəssisələri əsaslı təmir olunmuş, bir qayda olaraq uşaq bağçalarının istilik sistemləri bərpa edilmişdir. Beş yaşayış məntəqəsində, o cümlədən Qobu qəsəbəsində hər biri 4 qrupluq 2 uşaq bağçası, Fatmayı kəndi və Aşağı Güzdək qəsəbəsinin hərəsində 2 qrupluq 1 uşaq bağçası, Novxanı kəndində dörd qrupluq yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir.

Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsində dörd qruplu uşaq bağçasının, 1 və 4 saylı tam orta məktəblərin yanında 840 və 400 şagird yerlik əlavə tədris korpsularının, «Abşeron gənclik» şəhərciyində 960 şagird yerlik məktəb və 120 yerlik iki uşaq bağçasının tikintisi davam etdirilir və həmin obyektlər 2014-cü ildə istifadəyə veriləcəkdir. 2014-cü ildə bu istiqamətdə daha geniş proqram həyata keçiriləcək, iki yeni tam orta məktəbin, 1240 şagird yerlik üç əlavə tədris korpuslarının, 24 qrupluq beş uşaq bağçasının tikintisi başa çatdırılacaq, daha 8 ədəd təhsil müəssisəsinin inşasına başlanacaqdır.

“Abşeron rayonu 50 illik tarixində inkişafının ən yüksək zirvəsinə çatıb”– MÜSAHİBƏ
Səhiyyənin inkişafına dövlət qayğısı Abşeronda da özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin rayonda səhiyyə xidmətinin dünya standartları səviyyəsinə yüksəldilməsinə geniş imkanlar açan Mərkəzi Rayon Xəstəxanasının tikilməsi haqqında 17 aprel 2012-ci il tarixli sərəncamı deyilənlərin təsdiqidir. Xırdalan şəhərindəki Mərkəzi rayon xəstəxanası ilə yanaşı poliklinika və ayrıca Uşaq Poliklinikası yenidən qurulub, müasir avadanlıqlarla təmin olunub. Qəsəbə və kəndlərin demək olar ki, hamısında həkim və ya tibb məntəqələri tikilib istifadəyə verilib. Mehdiabad, Novxanı, Masazır, Hökməli qəsəbələrinin hər birində 16 otaqdan ibarət ikimərtəbəli həkim ambulatoriyaları, Aşağı Güzdək, Ceyranbatan və Güzdək qəsəbələrində, Qobustan kəndində tibb məntəqələri üçün binalar tikilib istifadəyə verilmişdir və sair.

Sağlamlığın rəhni olan gənclər arasında idmanın kütləviliyinə də diqqət son illər xüsusilə artmışdır. Hər yerdə sadə idman qurğuları yaradılmış, məktəblərin idman zalları lazımi idman avadanlıqları ilə təchiz edilmişdir. İdmançı gənclərimiz son illərdə beynəlxalq və respublika yarışlarında idmanın müxtrəlif növləri üzrə 100-dən artığı qızıl olmaqla, 300-ə yaxın medal qazanmışlar. 2013-cü ildə Xırdalan şəhərində Azərbaycan Ağır Atletika Federasiyası tərəfindlən yaşıl örtüklü mini futbol meydançaları, Masazır kəndində 10 min tamaşaçı yeri olan stadion istifadəyə verilmişdir.

Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, Göradil kəndində sahəsi 6200 kv.metr olan idman sağlamlıq meydançasının tikintisi davam etdirilir.

Rayonda aparılan genişmiqyaslı quruculuq mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini də əhatə edir. Xüsusilə şəhər Mədəniyyət sarayının əsaslı qaydada təmir olunub yenidən qurulması, ətrafının abadlaşdırılması və yaşıllaşdırılması, istilik siteminin bərpa edilməsi burada mədəni-kütləvi tədbirlərin, vaxtaşırı konsert və tamaşaların keçirilməsinə imkan yaratmışdır. Yerlərdə də mövcud mədəniyyət evləri təmir olunmuşdur. Qobu və Ceyranbatan qəsəbələrində 200-220 tamaşaçı zalları və müxtəlif təyinatlı əlavə otaqları olan mədəniyyət evlərinin tikintisi davam edir. Xırdalan şəhərində istifadəyə verilmiş “Gənclər evi”nin ikimərtəbəli geniş binasında müxtəlif maraq klubları, tətbiqi incəsənət dərnəkləri fəaliyyət göstərir.

Şəhərin Heydər Əliyev prospektində sahəsi 3300 kv.metr olan istirahət guşəsi tikilərək istifadəyə verilmişdir. 2013-cü ildə Qobu qəsəbəsində möhtəşəm «Sənətkarlıq evi» istifadəyə verilmişdir. Hazırda Heydər Əliyev adına parkda uşaq musiqi və şahmat məktəblərinin inşası sürətlə davam etdirilir.

- Yalçın müəllim, Abşeronda son illər görüllən işlər barədə məlumat verdiniz. Bəs yaxın gələçəkdə hansı işlərin həyata keçirilməsi planlaşdırılır?

- Abşeron rayonunda son 9 ildə görülən işlərlə bağlı bir müsahibədə danışmaq, məlumat vermək mümkünsüz olduğu kimi, planlaşdırılan işlərlə bağlı da tam şəkildə məlumat vermək çətindir. Çünki hörmətli prezident İlham Əliyev cənablarının tövsiyyə və tapşırıqları əsasında Zakir müəlimin rəhbərliyi ilə Abşeronda bundan sonra da çox geniş miqyaslı işlərin həyata keçirilməsi planlaşdırılır. Yaxın bir il ərzində rayonda təxminən 20-yə yaxın iri obyektin tikilib istifadəyə verilməsi nəzərdə tutulur. 2014-cü ildə iki yeni tam orta məktəbin, 1240 şagird yerlik üç əlavə tədris korpuslarının, 24 qrupluq beş uşaq bağçasının tikintisi başa çatdırılacaq, daha 8 ədəd təhsil müəssisəsinin inşasına başlanacaqdır.

Bunlara misal olaraq Xırdalan şəhərindəki “Abşeron Gənclər Şəhərciyi” yeni yaşayış massivində 600 şagirdlik orta məktəbin və 120 yerlik körpələr evinin tikintisini, Mehdiabad qəsəbəsində 400 şagird yerlik tam orta məktəbin tkintisini qeyd edə bilərəm. Bundan əlavə rayon ərazisindən keçən Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının yenidən qurulması, ətrafının abadlaşdırılması başa çatdırılmaq üzrədir. Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulmuş, Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta və Masazır-Saray-Novxanı avtomobil yollarının genişləndirilərək yenidən qurulması işinə başlanılmışdır.

Ümumiyyətlə, yaxın illərdə Abşeronun sosial-iqtisadi inkişafına dair quruculuq planlarımız daha geniş və çoxşaxəlidlir. Bu zaman təbii ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi də əsas diqqət mərkəzində olacaq. Əminəm ki, fəaliyyətimizi cənab Prezident İlham Əliyev rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyi böyük qayğıya uyğun qura biləcək, onun tapşırıq və tövsiyyələrini layiqincə yerinə yetirəcəyik.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib