Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-06-2014, 21:07 Oxunub: 2396

ABŞERON: inkişaf və quruculuq məkanı

ABŞERON: inkişaf və quruculuq məkanı Gedən mütərəqqi proseslər Zakir Fərəcovun rayon sakinlərinin bütün ümidlərini doğrultduğundan xəbər verir












Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət sayəsində ötən 10 ildə Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülüb və bu işlər hazırda yüksək əzmlə davam etdirilir. Başqa sözlə, ölkənin hər yerində yaşanan inkişaf Abşeron rayonunun simasında aydın müşahidə olunur. Ölkə Prezidentinin birbaşa təşəbbüsü və himayəsi sayəsində son illərdə rayon ərazisində mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm tikililərin təməli qoyulmuş və uğurla başa çatdırılmışdır. İstifadəyə verilən və yenidən qurulan səhiyyə və təhsil müəssisələri, uşaq bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman qurğuları, parklar, inzibati binalar rayonun simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət proqramlarından, həm də yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlamışdır.
Bütün bunlar bir daha göstərir ki, Abşeron rayonunda regionların sosial-iqtisadi inkişafına dair 1-ci və 2-ci dövlət proqramları uğurla icra olunmuşdur. O cümlədən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş Abşeronun qəsəbə və kəndlərində qaz kəmərlərinin yenidən qurulması, yeni yaşayış massivlərinin qazlaşdırılması, daşıyıcı qaz kəmərlərinin polietilen borularla çəkilməsi, su təchizatının və kanalizasiya sisteminin, əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması kimi vəzifələr uğurla yerinə yetirilmişdir.
Hazırda icra olunan yeni proqramda da Abşeronla bağlı mühüm bəndlər yer almışdır. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, rayonda kimya, yeyinti və yüngül sənayenin, heyvandarlıq, zeytunçuluq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dəstəklənməsi, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunun inzibati binasının, laboratoriyasının, anbar və qarajının əsaslı təmiri və mini emal sexinin yenidən qurulması qarşıya qoyulub. Proqrama əsasən, yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri, şəhərdaxili və qəsəbədaxili yolların asfaltlaşdırılması davam etdiriləcək. Həmçinin rayonda elektrik enerjisi, su və istilik təchizatının, rabitə, meliorasiya və irriqasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər nəzərdə tutulub.
Bunlarla yanaşı, rayonun yaşayış məntəqələrində yeni mədəniyyət və səhiyyə obyektləri, o cümlədən Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanası tikiləcək, Olimpiya İdman Kompleksi inşa olunacaq. O cümlədən "Abşeron Gənclər Şəhərciyi" yeni yaşayış massivində 600 şagird yerlik tam orta məktəb, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin həyətində 840 şagird yerlik əlavə korpus, Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin həyətində 400 şagird yerlik əlavə korpus, Mehdiabad qəsəbəsinin Yeni yaşayış massivində 400 şagird yerlik tam orta məktəb, Aşağı Güzdək qəsəbəsindəki tam orta məktəb üçün əlavə 200 şagird yerlik korpus və akt zalı, Ceyranbatan qəsəbəsindəki yeni yaşayış massivində 120 yerlik uşaq bağçası - körpələr evi tikiləcək.
Dövlət Proqramında Abşeronla bağlı bəndlərdən biri də Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun tikintisidir. Prezident İlham Əliyevin "Abşeron rayonunun Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında" 8 iyun 2014-cü il tarixli sərəncamı ilə 70 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,6 milyon manatı Abşeron Rayon İcra Hakimiyyətinə ayrılıb.

Rayon tikinti meydanını xatırladır

Bu günlər Abşeron rayonunda olarkən dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsinin şahidi olduq. Hazırda Xırdalan şəhəri başda olmaqla Abşeronun hər guşəsində dinamik quruculuq və abadlıq işləri həyata keçirilir. Artıq bəzi işlər başa çatdırılıb. Bunlardan biri Masazır-Saray-Novxanı avtomobil yolunun tikintisidir. Üç iri yaşayış massivini birləşdirən bu avtomobil yolu beynəlxalq standartlara uyğun yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, Xırdalan şəhərində 6 qrupluq uşaq bağçasının, Fatmayı kəndində həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır.
Xırdalandan söz düşmüşkən, qeyd etməliyik ki, şəhər son illərdə sürətlə inkişaf edib. Xüsusən şəhər statusu alandan sonra Xırdalan xeyli dəyişib, modernləşib. Cəmi bir neçə ilin ərzində burada onlarca yeni inzibati və çoxmərtəbəli yaşayış binaları inşa olunub, parklar salınıb. Şəhərin küçələrində dayaqlar üzərində quraşdırılmış yaraşıqlı gecə işıqları, ictimai binaların, fərdi evlərin, xidmət obyektlərinin, həyət divarlarının fasadlarının milli ornamentlər və müasir üzlük materialları ilə işlənməsi şəhərin ümumi mənzərəsinə xüsusi gözəllik verir. İnzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş sosial obyektlər, ticarət, iaşə və məişət xidməti müəssisələri şəhərin möhtəşəmliyini, müasirliyini əks etdirir.
İndi Xırdalana yolu düşən hər kəs şəhərin gözəlliyi ilə yanaşı, həm də iri tikinti meydanını xatırlatmasının şahidi ola bilər. Çünki hazırda şəhərin mədəniyyət və istirahət parkında möhtəşəm Heydər Əliyev Mərkəzinin, musiqi və şahmat məktəblərinin, Bayraq meydanının tikintisi davam edir. Eləcə də parkın özü büsbütün yenidən qurulur. Yaxın aylarda bu işlərin başa çatdırılması Xırdalan şəhərinin simasını daha da gözəlləşdirəcək. Bunlarla yanaşı, Dövlət Proqramında nəzərdə tutulan Xırdalan 1 nömrəli tam orta məktəbin həyətində 840 şagird-yerlik və 4 nömrəli tam orta məktəbin həyətində 400 şagird-yerlik əlavə korpusları istifadəyə veriləcək.
Hazırda Dövlət Proqramında nəzərdə tutulan Xırdalan şəhərində Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Mehdiabad qəsəbəsində 400 şagird yerlik tam orta məktəbin, o cümlədən Aşağı Güzdək qəsəbəsində 11 əlavə sinif otağının, Xırdalan şəhərində rayon Mərkəzi Xəstəxanasının, "At yalı" yeni yaşayış massivində həkim məntəqəsinin, Masazırda yeni stadionun inşası davam edir. Onu da qeyd edək ki, 2014-cü ildə Abşeron rayonunda yeni uşaq bağçaları öz qapılarını kiçik sakinlərin üzünə açacaq. Belə ki, Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramına dəstək verən Abşeron rayonunun bələdiyyələri fondun prezidenti, Milli Məclisin deputatı, YAP sədrinin müavini Mehriban xanım Əliyevanın çağırışına qoşularaq bu ilin sonuna kimi 10 yeni uşaq bağçasının inşası barədə təşəbbüs irəli sürüblər. Təşəbbüsə Abşeronun 15 bələdiyyəsi - Mehdiabad, Fatmayı, Saray, Ceyranbatan, Hökməli, Xırdalan, Aşağı Güzdək, Masazır, Məmmədli, Qobu, Digah, Güzdək, Pirəküşkül, Novxanı və Goradil bələdiyyələri qoşulublar. Bu təşəbbüs rayonun rəhbərliyi və ictimaiyyəti tərəfindən böyük rəğbət və razılıq hissi ilə qarşılanıb. Artıq "15 bələdiyyə - 15 məktəb" devizi altında bələdiyyələr qarşıya qoyduqları bu vəzifəni reallaşdırmaq üçün əməli fəaliyyətə başlayıblar. Beləliklə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan rayonun bələdiyyələri bu ilin sonuna kimi 15 yeni uşaq bağçası inşa edəcəklər. Ümumilikdə isə yaxın vaxtlarda rayonda Dövlət Proqramı çərçivəsində və daxili imkanlar hesabına 25 uşaq bağçası tikilərək istifadəyə veriləcək.
Hazırda rayonda aparılan əsaslı abadlıq və quruculuq işlərinin bir istiqamətini də Bakı-Şamaxı və Bakı-Quba avtomagistrallarının hər iki tərəfi boyunca tikililərin fasadlarının zövqlə üzlənməsi, yolların mühafizə zonasında qazon örtüklər salınmaqla dekorativ ağac və kolların əkilməsi, ərazilərdə aparılan təmizlik işləridir. Bu gün Bakıdan Qubaya və Şamaxıya, eləcə də əks istiqamətdə hərəkət edənlər özlərini Abşeron rayonunun ərazisində ürəkaçan, gözoxşayan yaşıllıqların əhatəsində görür və bu gözəllikdən zövq ala bilirlər.

Davamlı sosial-iqtisadi uğurlar

Abşeronun sosial-iqtisadi həyatındakı yüksəliş digər sahələrdə qazanılan uğurların məntiqi davamıdır. Belə ki, müasir, yaraşıqlı görkəmə malik olan Abşeron Azərbaycanın gündən-günə yeniləşən simasını özündə əks etdirməklə sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını da davamlı olaraq genişləndirir. Ötən il olduğu kimi, 2014-cü ilin ötən dövründə də rayonun sosial-iqtisadi həyatında artım qeydə alınmışdır.
Statistik rəqəmlərə diqqət yetirək:

- bu ilin əvvəlindən sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 25 milyon 183 min manata çatmışdır;
- əsas kapitala yönəldilmiş investisiya 138 milyon 530 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 faiz artım deməkdir;
- istehsal olunmuş sənaye məhsulunun 61,2 faizi qeyri-dövlət müəssisələrinin payına düşmüşdür;
- sənaye müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 466 manat olaraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 27 faiz artmışdır;
- rayonda tikinti işlərinin həcmi 76 milyon 571 min manat olmuşdur;
- sərnişin və yükdaşımalardan əldə olunan gəlir ötən ilin müvafiq dövrünə nisbətən 38,5 faiz artaraq 2 milyon 985 min manata çatmışdır;
- əhaliyə rayonun pərakəndə ticarət və iaşə şəbəkələrindən 61 milyon 655 min manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 5 faiz çox istehlak malları satılmış və iaşə xidmətləri göstərilmişdir;
- rayon əhalisinə 14 milyon 667 min manatlıq, yəni keçən illə müqayisədə 9 faiz çox pullu xidmət göstərilmişdir;
- 1000-ə yaxın yeni iş yeri açılmışdır;
Kənd təsərrüfatı Abşeronda iqtisadiyyatın mühüm qolunu təşkil edir. Təsadüfi deyil ki, rayonun qəsəbə və kəndlərində əhalinin başlıca məşğuliyyəti olan heyvandarlıq məhsulları istehsalının həcmi 2014-cü ilin ötən dövründə xeyli artırılmışdır. Qaramalın sayı 19387, davarın sayı 105484 başa, quşların sayı 685094 başa çatmışdır. Cari ilin birinci rübündə 6880 ton süd istehsal olunmuşdur ki, bu da əvvəlki ilin 3 ayı ilə müqayisədə 30 ton çoxdur. Yumurta istehsalı 90 faizdən çox artmışdır. Cari ilin birinci rübü ərzində təsərrüfatlarda 286 ton müxtəlif növ tərəvəz yığılmış, 7 hektar sahəyə kartof əkilmiş, 11 hektar sahəyə çoxillik yonca toxumu səpilmişdir.
Ümumiyyətlə, bu gün Abşeron rayonunda iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada yüksəliş əldə edilməsin. Kənd təsərrüfatının rayon üçün ənənəvi sahələri olan heyvandarlığın, bağçılıq və tərəvəzçiliyin intensiv yollarla inkişafı istiqamətində uğurlu addımlar atılmışdır. Dövlət tərəfindən edilən güzəştlərdən bəhrələnən istehsalçılar region üçün qiymətli ərzaq olan zeytun sahələrinin genişləndirilməsi, yeni üzümlüklər salınması, örtülü yerlərdə tərəvəz yetişdirilməsi və digər yöndə öz fəaliyyətlərini genişləndirmişlər.
Abşeronun iqitsadi inkişafından danışarkən diqqəti çəkən ən mühüm məqamlardan biri rayonun Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşməməsidir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin bəhrəsidir ki, rayonun iqtisadi imkanları artdıqca gəlirləri də ilbəil çoxalıb və dövlət büdcəsinin dotasiyasından asılılıq getdikcə aradan qalxıb. Bunun nəticəsində Abşeron bir neçə ildir ki, dövlət büdcəsinin yardımından imtina edib. Bu, rayonun sosial-iqtisadi inkişafının bariz göstəricisidir. Cari ilin əvvəlindən "Dövlət büdcəsi haqqında" qanunda nəzərdə tutulmuş müddəaların təmin edilməsi istiqamətində müəyyən iş görülmüş, birinci rübdə büdcənin yerli gəlirlər proqnozu 6 milyon 869 min 520 manata qarşı 8 milyon 391 min 563 manat və ya 122,1 faiz icra edilmişdir.
Abşeronla bağlı ən mühüm məqamlardan biri də rayonda son illərdə yeni sənaye sahələrinin yaradılmasıdır. Ölkədəki azad sahibkarlıq mühitinin və rayondakı mövcud şəraitdən irəli gələrək yeni istehsal müəssisələrinin sayı ötən 10 ildə sürətlə artıb. Prezident İlham Əliyevin 2014-cü il 16 yanvar tarixli sərəncamı ilə bu ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar olaraq rayonda bu sahənin inkişafı, ixracyönlü sənaye məhsullarının istehsalının və emalının əhəmiyyətli dərəcədə artırılması diqqət mərkəzində saxlanılır, iş adamları tərəfindən yeni müəssisələrin yaradılması təşviq edilir.
Bütün bunlar təsdiq edir ki, dinamik inkişaf edən Azərbaycanın qazandığı bütün uğurlarda Abşeron rayonunun da öz payı var. Ən əsası odur ki, rayonun inkişafı davamlıdır. Bu o deməkdir ki, Abşeronun ölkəmizin ümumi inkişafına verdiyi töhfələr ildən-ilə artır. Abşeronlular əminliklə deməyə əsas verir ki, bu inkişafı və quruculuğu bundan sonra da uğurla davam etdirəcək, miqyasını daha da genişləndirəcək, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəklər.
XƏBƏR LENTİ
23-08-2019, 13:46 | İradə Gülməmmədova Xırdalan şəhər sakinləri ilə görüşdü22-08-2019, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artır22-08-2019, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım