Abşeron rayon İcra Hakimiyyətində yeni təyinatlar olub. Abşeron Xəbərin məlumatına görə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülməmmədova İradə Akif qızı rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri təyin edilib.
Bundan başqa rayon icra hakimiyyətin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cəbrayılov Fuad Höcətağa oğlu Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin edilib.
Baş redaktor: Şamo Əliyev