Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
22-07-2014, 03:20 Oxunub: 1992

Respublikada ilk dəfı olaraq “Duz Bayramı” keçirilib.

Respublikada ilk dəfı olaraq “Duz Bayramı” keçirilib.


Oxu öyüdümü sən sətir-sətir,
Qoy yağsın hər zaman dilidən ətir,
Qazancını itir, malını itir,
Ancaq duz-çörəyi itirmə, oğlum!



Ulu Tanrının xəlq etdiyi bəndələrinə töhfələri arasında duz və çörək xüsusi yer tutur və müqəddəslik nümunəsi sayılır. Xörək duzu bəşər övladına çox qədimlərdən məlumdur. İnsanın onunla tanışlığının tarixi yeddi min ildən çoxdur. Dünyanın ədəbi abidələrindən hesab olunan "İliada"nın və "Odisseya"nın müəllifi, qədim yunan şairi Homer duzu müqəddəs substansiya, yəni, bütün cisimlərin və hadisələrin ilk əsasını təşkil edən maddə adlandırmışdır.

Abşeron rayonu Maszır kəndidə özünün duz gölü ilə məşhurdur. Bu göldən 1813-cü ildən başlayaraq mütəmadi şəkildə duz hasil olunur. Masazır gölünün uzunluğu 4.7 km, ortalama eni 2.1 km, ümumi sahəsi 10 km2-dir. Gölün dərinliyi 0.2 metrdən 3 metrə qədərdir. Masazır duz gölündə duz iki vəziyyətdə mövcuddur: gölün dibində olan duz layı şəklində və gölün suyunun tərkibində məhlul şəklində. Göl suyunda NaCl miqdarı 270 gr/litrdir, göl suyunun ümumi mineralizasiyası 330 gr/litrdir. Masazır gölünün cəmi duz ehtiyatı 1.735.000 tondur.

21 iyul 2014-ci il tarixində öz rəngarəngliyi və fərqliliyi ilə seçilən Abşeron rayonunda, rayon İcra Hakimiyyətinin və "Azersun Holding"-in təşkilatçılığı ilə respublikada ilk dəfı olaraq “Duz Bayramı” keçirilib.
İlk olaraq tədbirdə Masazır gölündə zavod təsis olunamışdan önçə çıxarılan duzla,zavod istifadəyə verildiyi gündən bu günə qədər olan dövürdə duzun hansı yolla çıxıarılması və antisanitariya qaydalarını özündə təzahür edən video çarx nümayiş etdirilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva,Abşeron rayon icra hakimiyyətinin başçısının I müavini İradə xanım Gülməmmədova, UNESCO-dan rəsmi qonaqlar, həkimlər,alimlər,media nümayəndələri,tanınmış incəsənət xadimləri,maszır kənd sakinləri, "Azersun Holding"-in nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Savaş Ozan duzun yodlaşdırılması yolu ilə yod çatışmazlığı xəstəliklərinin ləğv olunmasına dair proqrama uyğun olaraq 2007-ci ildə “Azersun Holdinq” Azərbaycanda ilk duz rafinasiya zavodunun tikilməsi missiyasını öz üzərlərinə götürməsindən, bu layihəni Azərbaycan İnvestisiya Şirkəti ilə birgə həyata keçirmələrindən və cənab prezidentin zavodun açlışında iştirakından danışıb.

Tədbirdə çıxış edən Abşeron rayon icra hakimiyyətinin başçısının I müavini İradə xanım Gülməmmədova ilk olaraq qonaqları rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun adından salamlayaraq,Abşeron rayonunda ilkdəfə keçirilən “Duz Bayramı” münasibətiylə təbrik edib.O qeyd edib ki,bu zavod həm dünya,həmdəki Ölkəmiz üçün çox əhəmiyyət kəsb edir.Çünki bu zavodun istehsal etdiyi duz çeşidləri ölkəmizin duza olan daxili təlabatını ödəməklə yanaşı,həm xarici bazarlara yerli məhsul ixrac edir,həmdəki bu duz insanların sağlamlığı üçün cox əlverişlidir.Həmçinin o qeyd edibki,Masazır gölü əfsanəvi göldür,çünki bu göl səhərlər tünd-qırmızı rəngdə olur,günortadan sonra isə gölün rəngi dəyişir.

Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva ilk olaraq bu bayramın ideya müəllifini alqışladığını dilə gətirərək qey edib ki,indəyə qədər bu ağla gəlməyib çünki,duz bayramı indəyənəcən olmayıb.Əgər folklorumuza baxsaq görərik ki,duzun bizim adət-ənənələrimizdə necə bir yeri olduğunu görərik.Hətda duzun çörəyə bərabər olduğunu görəririk. Sadiqlik və dostluq duz ilə təsdiqlənirdi. Ona görə ki, duz həmişə dəyişməz qalır, hətta suda həll edildikdən və duz məhlulu şəklində buxarlandırıldıqdan sonra qabın dibinə yenə də kub kristalları şəklində çökür. Bu, duzun dəyişməz olduğundan xəbər verir.İnşallah biz bu bayramımızı mən inanıramki,tezliklə işğaldan azad edəcəyimiz Qarabağımızda gələn il qeyd edəcəyik.
Daha sonra çıxış edənlər Zavodunun yaranmasını vacib edən amillərdən danışdılar.Qey olundu ki, 2005-ci ildə UNİCEF Azərbaycanla bağlı açıqlamasında ölkədə istehlak olunan duzun 75-%-də yod çatışmazlığını qeyd edib: "Uzun illərdən bəri süfrələrimizdə keyfiyyətsiz, yodlaşdırılmamış duzların istifadəsi isə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub. Bu səbəbdən 2006-cı ildə "Azərsun Holding” belə qərara gəlib ki, duz zavodu açsın: "Holdinqə məxsus Masazır Duz Zavodunun istifadəyə verilməsində əsas məqsəd yüksək keyfiyyətli məhsulla ölkəni təmin etmək və yod çatışmazlığı probleminin birdəfəlik aradan qaldırmaqdır”.

Tədbirdə qonaqların və medya nümayəndələrinin iştirakı ilə duz gölünə ekskursiyası təşkil olunub.Qonaqlarla birgə KİV təmsilçiləri yeni məhsulların təqdimatına qatılıb, zavodda istehsal prosesi tanış olublar. Görüş zamanı qonaqlara və medya təmsilçilərinə yeni məhsul çeşidləri, zavodun fəaliyyəti, istehsal sahələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, zavodda su təmizləmə sistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunması üçün nəzərdə tutulan tablet duzlar, heyvandarlıq təssərüfatları üçün heyvan yalama duzları da istehsal olunmaqdadır. Masazır Duz Zavodu kommunal təsərrüfat müəssisələrində, yol istismar idarələrində, neft sənayesində, gön-dəri sənayesində və bir cox başqa sənaye sahələrində tələbatı qarşılamaq üçün duz məhsullarının istehsalına başlayıb.
Zavodla əyani tanış olan media nümayəndələri və qonaqlar müəssisədə duzun istehsal prosesini əyani şəkildə müşahidə etdilər. Ziyarət zamanı müxbirlər zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun ərsəyə gələnə qədər keçdiyi prosedurlar ilə yaxından tanış oldular. Jurnalistlər həmçinin istehsalat, xammal əldə edilən sahələri və müasir texnologiyaların tətbiq edildiyi laboratoriyada oldular. Zavod mütəxəssisləri jurnalistləri geniş və ətraflı şəkildə məlumatlandırdılar. KİV nümayəndələri zavodun avtomatlaşdırılmış idarəetmə otağındakı prosesləri də izlədilər. Onlar burada istehsal prosesindəki cihazların mərhələlərlə işlənməsi ilə tanış oldular. Qeyd edək ki, bu otaqdan kompyuter vasitəsilə zavodun bütün fəaliyyətinə nəzarət olunur. Əgər haradasa cüzi bir nasazlıq varsa, dərhal kompyuterdə xəbərdarlıq işarəsi göstərilir. Xatırladaq ki, Masazır gölünün yanında inşa edilən Masazır Duz Zavodu 21 iyul 2010-cu ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılıb. Müəssisə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə emal edilmiş, təmizlənmiş və yodlaşdırılmış duz istehsal etməkdədir. Dünya standartlarına uyğun yüksək səviyyəli texnologiya ilə çalışan Masazır Duz Zavodunda 130 nəfər işlə təmin edilib.


Bədii hissə ilə davam edən bayramda daha bir maraqlı məqam is gənc rəssamlar və heykəltəraşlar tərəfindən duzdan hazırlanmış müxtəlif incəsənət əsərləri oldu. Burada duzdan hazırlanmış heykəllər və müxtəlif rəsm əsərləri sərgiləndi ki, bu da qonaqlar tərəfindən çox yüksək qiymətləndirildi. Bayramda kənd sakinləri və digər qonaqlar üçün “Azərsun Holdinq” tərəfindən iftar süfrəsi açıldı.

Bayramın sonunda isə “Azərsun Holdinq” tərəfindən gənc rəssamlara və heykəltəraşlara ilk Duz Bayramında iştirak etdiklərinə görə sertifikalar təqdim edildi. Tədbir maraqlı atəşfəşanlıqla yekunlaşdı.



Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Dünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib