Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
25-08-2014, 11:59 Oxunub: 1485

Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)

Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)

Dahi öndər, ümummilli lider Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın hər yerində xoş nəfəsli yeniliklər çiçəklənir. Bu gün Abşeronun hər yerində sözün əsl mənasında çox böyük abadlıq, quruculuq işləri gedir. 2005-ci ildən bu yana bütün problemlərin həlli yönündə ciddi addımlar atan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov başda olmaqla, bütün yerli strukturlar əhalinin xoş güzəranı naminə bir çox yeniliklər ediblər. Abşeronun bütün kənd və qəsəbələri eyni ahəngli inkişaf dinamikası ilə yeniləşir. Göz çevirib hara baxsan, orada bir yenilik, coşğunluq və qaynarlıq görmək olur. Hiss olunur ki, qədim və müasir Abşeron öz tarixiliyini, qədimliyini qorumaqla müasirliyinə doğru irəliləyir.

Prezident İlham Əliyevin regionların sosial-iqtisadi, mədəni inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir ki, Abşeron rayonunda geniş miqyaslı abadlıq-quruculuq işləri böyük vüsət alıb. Abşeron rayonunda quruculuq və abadlıq işləri davam edir.
Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidənqurulan obyektlər rayonumuza xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır.

Abşeronun küçə və prospektlərində abadlaşma işləri sürətlə davam edir. Kommunal xətlər yenilənir və yol kənarlarındakı köhnə bordürlər yeniləri ilə əvəz olunur.
Görülən işlər çərçivəsində yol kənarlarının abadlaşması ilə yanaşı, yolların genişləndirilməsi işləri də aparılır. Yol kənarındakı boş ərazilər xüsusi qaydalara uyğun olaraq yolun hərəkət hissəsinə qatılır. Bu da öz növbəsində avtomobillərin daha rahat hərəkəti üçün imkanlar yaradır.
Bundan başqa bəzi yerlərdə avtomobillərin yol kənarlarına rahat park edilməsi üçün kiçik dayanacaqlar da inşa edilir. Bildirək ki, yol kənarlarının abadlaşdırılması və bordürlərin yenilənməsi rayonumuzun bütün küçə və prospektlərini əhatə edəcək.
Qeyd edək ki, cari ilin altı ayı ərzində Bakı-Quba və Bakı-Şamaxı avtomagistrallarının
rayon ərazisinə düşən hissəsinin kənarlarında 350 min kv.metrdən çox sahədə yaşıl ot (qazon),500 minə yaxın gül,20 mindən çox dekorativ kol və ağac əkilmişdir.Yaşıllıqların suvarılmaı məqsədilə 25 km uzunluqda su xətləri çəkilmişdir.Magistral yolların yaşayış məntəqlərində keçən hissəsində 7 min metr uzunluqda hasar çəkilərək ağlay daşla üzlənmişdir.
Magistral yolun kənarlarında avtobus dayanacaqları, eləcədə işıqlandırma sistemi quraşdırılıb



Baş redaktor: Şamo Əliyev


Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)
Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)
Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)
Abşeronda yol kənarları abadlaşdırılır (Foto , video)
XƏBƏR LENTİ
Dünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib