Abşeron qəzetinin yeni sayı
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
25-08-2014, 13:07 Oxunub: 3208

Masazır quruculuq və abadlıq mərhələsindədir

Masazır quruculuq və abadlıq mərhələsindədir


Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı hər yerdə olduğu kimi, Abşeron rayonunun simasında da aydın müşahidə edilir. Bu inkişafın nəticəsidir ki, Abşeron son illərdə daha müasir və yaraşıqlı görkəm almaqla ölkəmizin gündən-günə yeniləşən simasını özündə əks etdirir. Hazırda rayonun hər yerində mühüm tikinti – quruculuq və abadlıq işləri gedir. Xüsusən Xırdalan şəhəri böyük tikinti meydanını xatırladır. Əsaslı yenidənqurma işlərindən sonra yaxın vaxtlarda sakinlərin ixtirayına veriləcək Heydər parkı şəhərin simasını daha da gözəlləşdirəcək. Burada inşa olunan və möhtəşəmliyi ilə seçilən Heydər Əliyev Mərkəzi isə abşeronluların ulu öndərin irsinə olan ehtiramlarının göstəricisidir.
Kəndlər, qəsəbələr inkişaf edir. Yeni-yeni yollar, parklar salınır, infrastruktur layihələri icra edilir. Qəsəbələrin və kəndlərin görkəmi tanınmaz dərəcədə dəyişilir və müasirləşir. Bu işlərdə rayonun ərazisində yerləşən bələdiyyələrin də böyük rolu var. Son illər Abşeron rayonunun Masazır kənd bələdiyyəsi də bu sahədə xeyli uğurlar əldə etmişdir. 2013-cü il ərzində Masazırda çoxsaylı əsaslı tikinti işi aparılmışdır. İl ərzində “Qurtuluş-93” MTK tərəfindən hər biri 50 ailəlik, beşmərtəbəli 4 ədəd, “Yeni Bakı” MTK tərəfindən 11 ədəd doqquz mərtəbəli, Masazır “Villa” MTK tərəfindən 42 ədəd müxtəlif mərtəbəli yaşayış evləri inşa edilmişdir.
Yol infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. İl ərzində Əliağa Vahid küçəsinə 54,0 min kv.metr, digər küçələrə isə 17,7 min kv.metr asfalt örtüyü çəkilmiş, kənddaxili yollara 6,620 kub.metr karbonat tökülərək yayılmış, 4500 metr uzunluğunda səki təmir edilmişdir.
Ağırtonnajlı yük avtomobillərinin hərəkəti üçün Əliağa Vahid küçəsini Mehdi Hüseyn küçəsi ilə birləşdirən 3,5 km uzunluğunda yeni alternativ yol çəkilmişdir.
Respublika Prezidenti cənab İlham Əliyev “Abşeron rayonunun Masazır-Saray-Novxanı” avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” 6 dekabr 2013-cü il tarixdə sərəncam imzalamış və bu məqsədlə üç milyon manat vəsait ayrılmışdır. Sərəncamın icrası ilə əlaqədar həmin yolun genişləndirilərək yenidən qurulması işinə başlanmışdır.
Əliağa Vahid küçəsi boyunca kənddaxili tikililərin fasadları zövqlə üzlənilmiş, yolların mühafizə zonasında qazon örtüklər salınmış, müxtəlif tinglər, dekorativ ağac və kollar əkilmiş, onların suvarılmasını təmin edən şəbəkə yaradılmışdır.
Ötən il ərzində 160 kv. metr hasar tikilmiş, 225 kv. metr sahə suvanmış, yol kənarlarındakı müxtəlif tikililərin fasadlarının 350 kv. metrlik sahəsi üzlük materiallarla üzlənmiş, 2,5 kubmetr torpaq tökməklə 11,0 min kv. metr qazon salınmış, 1474 ədəd ağac, 2100 ədəd dekorativ kol əkilmiş, burada suvarma şəbəkəsi qurulmuşdur.
Mövcud səki, küçə və yolların təmiz saxlanılması işinə qayğı artırılmışdır. Bu məqsədlə yerli bələdiyyənin maliyyə vəsaiti hesabına məişət tullantıları və yaşıllıqların suvarılmasını təmin edən üç ədəd avtomaşın alınmış, onlardan səmərəli istifadə işi təşkil edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2016-2018-ci illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir.
Həmin proqrama əsasən Abşeron yarımadasında yerləşən doqquz gölün və onun ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə aparılan hazırlıq işləri hər bir abşeronlu kimi masazırlıların da ürəyincə olmuşdur.
Hazırda Masazır kəndində doqquz mindən artıq təsərrüfat vardır ki, həmin təsərrüfatlarda 36 min nəfərdən artıq əhali yaşayır.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi sahəsində 2013-cü ildə bir sıra tədbirlər görülmüşdür.
Belə ki, “Azərenerji” ASC-nin sifarişi əsasında Masazırda elektrik şəbəkəsinin yenidən qurulması işi aparılmış, il ərzində beş ədəd 100, 250 və 400 kva-lıq ölçüyə malik transformatorlar qurulmuş, 80 ədəd yüksək gərginlikli və 0,4 kva-lıq dirəklər basdırılmış, Əliağa Vahid küçəsindəki küçə işıqları təmir edilmişdir.
2013-cü ildə kənddə qazlaşma işi davam etdirilmiş, müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və küçədaxili qaz xətləri çəkilmiş, 772 ədəd “Smart-kart” tipli sayğac quraşdırılmışdır.
Kənddəki üç orta məktəb, iki məktəbəqədər uşaq müəssisəsi və bir tibb məntəqəsinin istilik sisteminin qaydaya salınması istiqamətində də müvafiq tədbirlər görülmüşdür.
“Azərsu” ASC-nin sifarişi əsasında iki podrat təşkilat tərəfindən kəndin Abşeron, Xaqani, Səməd Vurğun, Zərifə Əliyeva və digər küçələrində müxtəlif diametrli borularla 20,1 km yeni su xətti çəkilmişdir.
Yeni istedadların üzə çıxarılması, bacarıqlı idmançıların yetişdirilməsi məqsədilə 10 min tamaşaçı yeri olan stadion tikilərək onların ixtiyarına verilmişdir.
Məktəbli, ikinci sinif şagirdi Aslanov Ümüd Fuad oğlu həmyaşıdları arasında Serbiya Respublikasında keçirilən şahmat yarışmasının qalibi olmuş və Avropa çempionu titulunu qazanmışdır.
Ötən il əhaliyə ticarət və iaşə xidməti şəbəkəsi də xeyli genişləndirilmiş, “Şok”, “Araz” və “Dəniz” adlı supermarketlər, eləcə də ikimərtəbəli “Brilliant” şadlıq sarayı tikilərək əhalinin istifadəsinə verilmişdir. Ötən il “Qurtuluş 93” MTK tərəfindən tikintisinə başlanılmış üçmərtəbəli şadlıq sarayında hazırda son tamamlama işləri aparılır.
Təhsil müəssisələrinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən qayğıya pedaqoji kollektivlər öz səmərəli fəaliyyətləri ilə cavab vermiş, 225 nəfər müəllimin çalışdığı, 2692 şagirdin təhsil aldığı həmin tam orta məktəbləri ötən il 124 nəfər bitirmiş, onlardan 64 nəfəri ali məktəbə və kolleclərə qəbul olunmuşdur.
Masazır kənd 3 saylı tam orta məktəbi üçün 400 şagird yerlik əlavə tədris korpusu tikilmiş, 4 saylı uşaq bağçasının dam örtüyü əsaslı təmir olunmuş, altı qrupluq uşaq bağçası-körpələr evinin inşasına başlanılmışdır.
Abşeron Rayon İcra Hakimiyyətinin burada həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət hər bir sakinin yaşayış səviyyəsinin, sosial rifahının yüksəlişinə rəvac verib.

Baş redaktor: Şamo Əliyev
XƏBƏR LENTİ
Dünən, 15:08 | Abşeronda əlillər, şəhid ailələri və veteranlara dövlət qayğısı davamlı olaraq artırDünən, 14:52 | “Alovlu Abşeron” festivalı möhtəşəm konsert proqramı ilə yadda qalıb - FOTOLAR21-08-2019, 13:13 | "İstedadlı əlillər" ictimai birliyinin yekun hesabat konfransı20-08-2019, 16:07 | İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü - FOTO19-08-2019, 14:51 | Saçı tökülənlərin nəzərinə: sizdə bu xəstəlik ola bilər - HƏKİM RƏYİ19-08-2019, 14:46 | Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi19-08-2019, 12:29 | Son 6 ay ərzində Abşeronda 1362 qaz sayğacı quraşdırılıb19-08-2019, 12:27 | Xırdalana 147.5 km uzunluğunda içməli su, 77 km uzunluğunda isə yeni kanalizasiya xətti çəkilib19-08-2019, 11:27 | Üzüm qabığının bu faydasını bilirdinizmi?19-08-2019, 11:27 | Qarpız qabığının FAYDALARI. Müalicəvi reseptlər19-08-2019, 11:26 | Günvurmadan qorunmaq üçün HƏKİM TÖVSİYƏLƏRİ19-08-2019, 11:24 | Çay, qəhvə, şokolad hansı xəstəliklərdən qoruyur?19-08-2019, 11:23 | "Bu sənəd Prezidentin pensiyaçılara qayğısının əyani göstəricisidir”19-08-2019, 10:10 | QDTİB: Azərbaycanla bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, süd emalı sahələrində işləməyi planlaşdırırıq19-08-2019, 10:08 | Azərbaycan Milli Mətbəxi Finlandiya ictimaiyyətinin marağına səbəb olub19-08-2019, 09:50 | Şəhidin bacısının toyu Dövlət Himni ilə başladı - FOTOLAR16-08-2019, 16:19 | İradə Gülməmmədova Fatmayı kənd sakinlərilə görüşdü16-08-2019, 12:35 | Latviyanın Azərbaycana təyin olunan yeni səfirinin adını açıqlanıb16-08-2019, 12:34 | “Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub16-08-2019, 12:32 | “Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub16-08-2019, 11:03 | Uşaqlara yanıqlar zamanı DÜZGÜN yardım16-08-2019, 09:58 | DTV-Abşeronda 6 ayın yekunlarına dair hesabat yığıncağı keçirilib